[:az]2018-ci il oktyabrın 16-dan 19-dək Xəzər Universitetinin Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Çinin Tai Hu əyalətində keçirilən “Sivilizasiya naminə dialoq: Bəşəriyyət üçün ortaq gələcəyə malik cəmiyyətin qurulması” adlı Dünya Mədəniyyət Forumunun Beşinci İllik Konfransına “Müvafiq sahədə böyük nailiyyətlərinə” görə dəvət olunmuş qonaq qismində iştirak etdi.

Professor Hamlet İsaxanlı “Böyük çaylar Qərbdən Şərqə axır: Azərbaycan və Çin” adlı məruzəsində İpək Yolunun varisləri kimi Azərbaycan və Çinin tarixi və mədəni əlaqələrindən danışdı.

Qeyd edək ki, Dünya Mədəniyyət Forumu yüksək səviyyədə təşkil olunan beynəlxalq qeyri-hökumət mədəni forumudur. Bu forum, eyni zamanda, Mülki İşlər Nazirliyi tərəfindən qeydiyyata alınan yeganə milli qeyri-hökumət təşkilatıdır. İdarə heyəti Pekində yerləşən bu forum təsis edildiyi gündən etibarən dörd dəfə illik konfrans təşkil etmişdir. Bu konfranslara beş qitənin 60 ölkəsi və bölgəsindən iştirakçılar qatılmışdır.

Qeyri-stabilliyin hökm sürdüyü dunyada heç bir sivilizasiya bəşəriyyətin qarşılaşdığı çətinliyi təkbaşına dəf edə bilməz. İnsanlar sülh və tərəqqinin, inklüzivliyin, ümumdünya səviyyəli təhlükəsizliyin, eləcə də, birgə inkişafın var olduğu təmiz və gözəl dünya arzu edirlərsə, onda mədəniyyət uzunmüddətli, hərtərəfli və strateji bir plan təmin etməlidir. Bu ideyanın işığında “Sivilizasiya naminə dialoq: Bəşəriyyət üçün ortaq gələcəyə malik cəmiyyətin qurulması” adlı beşinci illik konfrans Çin və dünyanın digər bölgələrindən olan mütəxəssislərin fikir mübadiləsi aparmağı və “universal sivilizasiya”nın yaradılması üçün kollektiv şüurun formalaşması üçün imkanlar yaradır.

http://www.khazar.org/az/news/article/3536

[:en]Khazar University founder, Chairman of its Board of Directors and Trustees Prof. Hamlet Isakhanli was invited “for his remarkable achievements in relevant fields” to the Fifth Annual Conference of World Cultural Forum – Dialogue of Civilizations: Building a Community of Shared Future for Mankind held in Tai Hu, China from October 16-19, 2018.

Prof. Isakhanli delivered his speech on “Major Rivers flow from the West to the East: Azerbaijan and China”, where he correlates Azerbaijan and China from the historical and cultural viewpoint as the heirs of the Silk Road.

World Cultural Forum is a high-level, non-governmental international cultural forum. It is also the only national non-governmental organization named after a forum and registered with the Ministry of Civil Affairs. With an executive board based in Beijing, the forum, since its initiation, has successfully held four annual conferences, with participation of people from all walks of life both at home and abroad covering over 60 countries and regions on five continents.

In a world laden with uncertainties and instability, no civilization alone can address the challenges shared by all mankind. When people across the world desire a clean and beautiful world of peace and development, openness and inclusiveness, lasting peace and universal security, as well as common prosperity, culture is expected to shoulder a fundamental, overarching, strategic responsibility in the long run. In the light of this, the fifth annual conference, with the theme “Dialogues of Civilizations: Building a Community of Shared Future for Mankind”, presents an opportunity for elites from various sectors in China and beyond to share ideas and learn from each other, contributing collective wisdoms to the development of “universal civilization”.

http://www.khazar.org/en/news/article/3536

[:]