[:az]2018-ci ilin sentyabrın 18-də Bakı Yunus Emre İnstitutu və Xəzər Universitetinin birgə əməkdaşlığı ilə Xəzər Universitetinin “Mərmər” zalında Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni-daşnak qüvvələrindən azad olunmasının 100-cü ildönümünə həsr olunan “Yüz illik əmanət: Qafqaz İslam Ordusu” adlı panel keçirildi. Paneldə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xaricdə Yaşayan Türklər və Qohum Birliyi Başqanlığının vitse-prezidenti cənab Sayit Yusuf, Şimali Kipr Bakı nümayəndəsi Ufuk Arca Turganer, Türkiyə səfirliyinin mətbuat müşaviri Hamid Karadeniz, TRT Bakı təmsilçiliyinin müdiri Murat Akkoç, Xəzər Universitetinin əməkdaşları, Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, müəllimləri Orxan Zamanov, Ülviyyə İbrahimli, Samirə Qarayeva, tarix ixtisasının tələbələri və digər qonaqlar iştirak edirdilər. Paneldə professor Hamlet İsaxanlı, Yunus Emre İnstitutunun rəhbəri Doç. Dr Cihan Özdemir və Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Telman Nüsrətoğlu Qafqaz İslam Ordusunun quruluşu və Gəncədən Bakının işğaldan azad edilməsinə qədər davam edən çətin mübarizəsi, dövrün mürəkkəb geopolitik mənzərəsi, Azərbaycan-Türkiyə qardaşlığının tarixi kökləri haqda məruzələrlə çıxış etdilər.
Panel Türkiyə və Azərbaycan mediası tərəfindən geniş şəkildə işıqlandırılmışdır.
http://www.khazar.org/az/news/article/3434
[:en]On September 18, 2018, on a joint collaboration of Yunus Emre Institute and Khazar University, a panel discussion “A hundred-year heritage: Caucasian Islamic Army”, dedicated to the 100th anniversary of the liberation of Baku from Armenian-Dashnaks by the Caucasian Islamic Army, was held in “Marble” hall of Khazar University. Prof. Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Mr Sayit Yusuf, Vice-president of Association of Turks Living Abroad and Union of Relatives; Ufuk Arja Turganer, representative of Northern Cyprus in Baku; Hamid Karadeniz, Press secretary of the Turkish Embassy; Murat Akkoch, Director of TRT Baku Representative Office; Roza Arazova, Head of the Department of History and Archaeology; Orkhan Zamanov, Ulviyya Ibrahimli, Samira Garayeva, Khazar University associates, as well as students majoring in History at Khazar University participated in the panel. Prof. Hamlet Isakhanli, Dr. Cihan Ozdemir, Director of Yunus Emre Institute, Dr. Telman Nusratoghlu, Instructor of the Department of History and Archaeology of Khazar University, delivered speeches on the structure of the Caucasian Islamic Army, its struggle until liberation of Baku, complicated geopolitical situation of that time and historical roots of brotherhood of Azerbaijan and Turkey.
The panel was widely covered by Turkish and Azeri media.