[:az]2018-ci il sentyabrın 15-də Xəzər Universitetində yeni dərs ilinin başlanmasına həsr olunmuş mərasim keçirildi. Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları, universitetə yeni qəbul olunmuş tələbələr və onların valideynləri, qonaqlar iştirak edirdilər.
Mərasim Azərbaycanın Dövlət Himninin ifası ilə başladı. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, universitetə qəbul olunmuş gəncləri təbrik etdi, universitetin təhsil mühiti və beynəlxalq əlaqələrindən, tələbələrin hərtərəfli inkişafı üçün görülən işlərdən danışdı. Universitetin rektoru Dr. Hassan Niknafs da tələbələri təbrik etdi, onlara təhsillərində uğurlar arzuladı.
H.İsaxanlı, H.Niknafs, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov və Təhsil fakültəsinin dekanı Elza Səmədova universitetə yüksək balla qəbul olunmuş bir qrup tələbəyə tələbə bileti və hədiyyələr təqdim etdilər, onlarla xatirə şəkli çəkildi.
Universitetə yeni qəbul olunmuş tələbələr adından orta məktəbi qızıl medalla bitirmiş, 690 bal toplamış Tamerlan Abdullayev (Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, kompüter mühəndisliyi ixtisası) çıxış edərək, qardaşı Tuqayla birlikdə (690 bal, Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, kompüter elmləri ixtisası) Xəzər Universitetini ən yüksək səviyyəli təhsil verən ali məktəb kimi tanıdıqlarına görə seçdiklərini söylədi, tələbələrə uğurlar arzuladı.
Universitetin Musiqi və İncəsənət departamentinin hazırladığı, M.F.Axundov adına Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarlı və müğənni tələbələrin iştirakı ilə keçən konsertdən sonra universitetin İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı tələbələri auditoriyalara dəvət etdi. Fakültə dekanları, departament müdirləri və əməkdaşlar tələbələrə universitet və ixtisaslar haqqında geniş məlumat verdilər, onların suallarını cavablandırdılar.
Xəzər Universitetində daha bir yeni dərs ili başladı.
http://www.khazar.org/az/news/article/3421
[:en]On September 15, 2018, a ceremony dedicated to the start of a new academic year was held at Khazar University. The ceremony was attended by University administration and staff as well as newly admitted students, their parents and guests.
The ceremony started with the State Anthem of Azerbaijan. Prof. Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered a speech and congratulated newly admitted students, and talked about international relations of, and suitable education environment at the University for the comprehensive development of students. Dr. Hassan Niknafs, Rector, also congratulated the students and wished them success.
H.Isakhanli, H.Niknafs, Jeyhun Mammadov, Dean of the School of Economics and Management, Jabir Khalilov, Dean of the School of Humanities and Social Sciences, and Elza Samadova, Dean of the School of Education, presented a group of students, with high scores of admission, with student IDs and gifts, and had memory photos taken with them.
Tamerlan Abdullayev (the School of Engineering and Applied Sciences, Computer Engineering specialty), who finished secondary school with a gold medal and scored 690 points, delivered a speech on behalf of new students and mentioned that with his brother Tugay (690 points, the School of Engineering and Applied Sciences, Computer Sciences specialty), he preferred Khazar University since they recognize Khazar University offering education of high quality, and congratulated the students.
A concert program, which was organized by the Department of Music and Fine Arts, was implemented by Mahsati Jabbarli, instructor of Khazar University and a soloist of the State Academic Opera and Ballet Theater named after M.Akhundov, and the students of Khazar university. After the concert, Isakhan Isakhanli, Vice-rector for Administration and Student Affairs, invited the students to the classrooms.
Deans, Heads of Departments and staff informed the students about the University and specialties and answered students’ questions.
Another new academic year started at Khazar University.