[:az]2018-ci il sentyabrın 14-də Sumqayıt “Dünya” məktəbində yeni dərs ilinin açılışı münasibətilə tədbir keçirildi. Məktəb rəhbərliyi, şagird, müəllim, valideyn kollektivinin birgə iştirakı ilə keçirilən tədbir Xəzər Universitetinin tələbələri və “Dünya” məktəbinin şagirdlərindən ibarət rəqs qrupunun təntənəli çıxışları ilə bəzəndi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı bu günü təhsilin bayramı adlandıraraq, təhsil günü münasibətilə hamını təbrik etdi. Professor İsaxanlı qloballaşan dünyada öz xalqının musiqisini, ədəbiyyatını, mədəniyyətini gözəl bilməklə yanaşı, həm də dünyanı yaxşı başa düşən, insanların bərabər olduğunu dərk edən şagirdlərin yetişdirilməsinin zəruri olduğunu vurğuladı. Hamlet İsaxanlı bunun üçün beynəlxalq təhsil proqramlarının tərtib olunmasının və beynəlxalq dillərə üz tutmağın vacibliyini qeyd etdi.
O, Sumqayıtın Azərbaycanın üç böyük şəhərindən biri olduğunu bildirək, Sumqayıt “Dünya” məktəbində ən güclü pedaqoqların toplaşdığını və məktəbdə şagirdlərin daha yaxşı təhsil almaları üçün hər cür şərait yaradıldığını və bu şəraitin daha da genişləndiriləcəyini dedi.
Əllərində gül dəstələri ilə məktəbə ilk qədəmlərini qoyan birincilər, valideynlər xüsusi maraq və həvəslə məktəblə daha yaxından tanış oldular.
http://www.khazar.org/az/news/article/3427
[:en]On September 14, 2018, on the occasion of the beginning of a new academic year, an event was held at Sumgait “Dunya” school. The school administration, teachers, students and parents attended the event which became more entertaining with a performance of the dance group consisting of students of Khazar University and pupils of “Dunya” school.
Prof. Hamlet Isakhanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, called that day an education holiday and congratulated everyone on the day of education. He also mentioned that it is important that we educate students who are aware of music, literature and culture of their people along with having a good understanding of the world and equality of people. To achieve this purpose, H. Isakhanli stressed the importance of preparing international education programs and learning foreign languages.
H.Isakhanli remarked that Sumgait is one of the three biggest cities of Azerbaijan and added that the best pedagogues are teaching at Sumgait “Dunya” school and there is a suitable environment for education which is gradually being developed.
With bunches of flowers in their hands, first-grade pupils and their parents became familiar with the school with special interest and enthusiasm.
http://www.khazar.org/en/news/article/3427
[:]