[:az]2018-ci iyunun 11-də Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin “THE SAME” komandasının təşkil etdiyi “Sənin baxışın” adlı rəsm sərgisinin yekun tədbiri Xətai Sənət Mərkəzində baş tutdu. Sərginin əsas məqsədi irqçilik və ayrıseçkiliyə gənclərin, uşaqların gözündən yanaşmaq idi. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin, eyni zamanda, “THE SAME” komandasının koordinatoru Dr. Bahadır Baysal, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi, Amerika səfirliyindən –Rumina Mürşüdova, xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, əməkdar rəssam Azərbaycan Rəssamlar İttifaqının gənclər bölməsinin sədri Tahir Məmmədov, əməkdar mədəniyyət iscisi, quruluşçu rəssam Rafael Əsədov, əməkdar mədəniyyət işçisi, animator Elçin Axundov, rəssam-dizayner DTS muzeyinin mudiri və Xəzər Universitetinin Dizayn departamentinin sədri Afaq Kərimova, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digər elm, sənət xadimləri iştirak edirdilər. Komanda üzvlərinin və qonaqların çıxışlarından sonra musiqi sədaları altında sərgi açıq elan olundu. Görkəmli rəssamlar və qonaqlar əsərləri bir-bir qiymətləndirdilər. Müxtəlif televiziyalardan gəlmiş nümayəndələr iştirakçılardan və qonaqlardan müsahibə aldılar və sərgini işıqlandırdılar. Sərgidə 40-a yaxın əl işi var idi.
Qaliblər həm uşaq kateqoriyasından, həm də gənclər kateqoriyasından seçildi. Qaliblərə və iştirakçılara hədiyyələr, diplomlar təqdim olundu.
http://www.khazar.org/az/news/article/3302
[:en]On June 1, 2018, the final stage of competition “Your view”, which was organized by “The Same” team of the School of Economics and Management took place at Khatai Art Center. The aim of the exhibition was to look at racism and discrimination through the eyes of children and the youth. Prof. Hamlet Isakhanli, the founder of Khazar University, and Chairman of its Board of Directors and Trustees, Alovsat Amirbeyli, Director for Public Relations and Media, Dr.Bahadir Baysal, Coordinator of the School of Economics and Management, “The Same” team, Irfan Chiftchi, Culture and Tourism Advisor to the Turkish Embassy in Azerbaijan, Rumina Murshudova, a representative of the USA Embassy, Agahali Ibrahimov, Secretary of the Union of Artists of Azerbaijan, Ziyadkhan Aliyev, Honored Art Worker and art critic, Tahir Mammadov, Honored Artist and Chair of the Division of the Youth of the Union of Artists of Azerbaijan, Rafael Asadov, Honored Art Worker and artist, Elchin Akhundov, Honored Art Worker and animator, Afag Karimova, Chair of the Department of Design of Khazar University, Zahid Avazov, Director of Khatai Art Center and other science and art figures participated at the event. After speeches of team members and guests, the exhibition was announced open under music. Prominent artists and guests evaluated all the paintings. Reporters from various TV channels took interviews. About 40 paintings were demonstrated.
The winners were selected from both the category of children and the youth. The winners and participants were presented with gifts and diplomas.