[:az]2018-ci il iyunun 8-də Xəzər Universitetinin Mədəniyyət Mərkəzində Fulbright təqaüdçüsü Wisconsin La-Crosse universitetinin dosenti Robert Jecklinin yolasalma tədbiri keçirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Elmi işlər üzrə prorektor dosent İradə Xəlilova, baş müəllim Firəngiz Nəsirova və digərləri R.Jecklin-lə olan xatirələrini bölüşərək, onun şəxsi keyfiyyətlərini və peşəkar bacarıqlarını yüksək qiymətləndirdiklərini, işinə olan fədakarlığını təqdir etdiklərini bildirdilər və yeni işlərində uğurlar arzuladılar.
Cənab Jecklin səmimi sözlər və arzulara görə hər kəsə təşəkkür etdi, Xəzər Universiteti kollektivini və tələbələrini səmimi və mehriban insanlar kimi həmişə xatırlayacağını bildirdi.
Bundan sonra xanım Xəlilova Robert Jecklinə həmkarları adından hədiyyələr təqdim etdi.
Tədbirin sonunda cənab Jecklin “Xəzərli”lərlə xatirə şəkli çəkdirdi.
http://www.khazar.org/az/news/article/3298
[:en]On June 8, 2018, a farewell party for the Fulbright scholar Mr. Robert Jecklin, Assistant Professor of University of Wisconsin-La Crosse was held at Culture Center of Khazar University.
Prof. Hamlet Isakhanli, founder of Khazar University, Chairman of its Board of Directors and Trustees, Vice-Rector Assoc. Prof. Irada Khalilova, the University’s senior teacher Dr. Firangiz Nasirova and others shared their memories with Mr. Jecklin, highly priced his personal qualities and professional skills, appreciated his commitment to his job and wished him success in all his beginnings.
Mr. Jecklin thanked everyone for kind words and wishes and said that he would always remember Khazar University staff and students as sincere and warm people.
On behalf of colleagues Ms. Khalilova presented gifts to Mr. Jecklin.
A memory photo was taken with Mr. Jecklin and Khazarians at the end of the party.