[:az]2018-ci il iyunun 4-də Çinin Sosial Elmlər Akademiyası Fəlsəfə İnstitutundan nümayəndə heyəti (ÇSEA) Xəzər Universitetini ziyarət etdilər. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, həmçinin, universitetin rektoru Dr. Hassan Niknafs, prorektorlar professor Məhəmməd Nuriyev, Dr. İsaxan İsaxanlı, dosent İradə Xəlilova, dekanlar – dosent Cabir Xəlilov, dosent Elza Səmədli, dosent Ceyhun Məmmədov və Magistratura, doktorantura və elmi işlər üzrə şöbənin rəhbəri Dr. Eldar Şahgəldiyev iştirak edirdilər.
Dr. Eldar Şahgeldiyevin Xəzər Universiteti haqqında qısa təqdimatından sonra Çinin Sosial Elmlər Akademiyasının (ÇSEA) nümayəndələri ÇSEA Mədəniyyət Siyasəti üzrə Araşdırma Mərkəzinin dosenti Zu Chun Ming, onun həmkarları – ÇSEA Fəlsəfə İnstitutunun professoru Tsui Wei Hang və Mədəniyyətşünaslıq üzrə Milli Mərkəzin direktor müavini professor Li He öz institutları haqqında məlumat verərək, təhsil və tədqiqat, mədəniyyət mübadiləsi, turizm və tələbə mübadiləsi sahələrində gələcəkdə əməkdaşlıq etmək niyyətində olduqlarını ifadə etdilər.
Görüşün sonunda, Professor İsaxanlı Çin dilinə tərcümə edilmiş şeirlər kitabını və Çin haqqında “Böyük çaylar Qərbdən Şərqə doğru axır: Azərbaycan və Çin” sərlövhəli məqaləsini qonaqlara hədiyyə etdi. Öz növbəsində, qonaqlar Konfutsi fəlsəfəsinə həsr edilmiş ÇSEA-nın xüsusi buraxılışı olan kitabı H.İsaxanlıya təqdim etdilər.
http://www.khazar.org/az/news/article/3285
[:en]On June 4, a Chinese delegation from the Institute of Philosophy of Chinese Academy of Social Sciences (CASS) visited Khazar University. Khazar University Founder, Chairman of its Board of Directors and Trustees Professor Hamlet Isakhanli, as well as its Rector Dr. Hassan Niknafs, Vice Rectors Prof. Mahammad Nouriyev, Assoc. Prof. Irada Khalilova, Dr. Isakhan Isakhanli, and Deans Assoc. Prof. Elza Samadli, Assoc. Prof. Jabir Khalilov, Dr. Jeyhun Mammadov and the Head of Division for Graduate Studies and Research, Dr. Eldar Shahgaldiyev participated in the meeting.
Following a brief introduction about Khazar University presented by Dr. Eldar Shahgaldiyev, representatives of the Institute of Philosophy of Chinese Academy of Social Sciences (CASS) – Associate Professor Zu Chun Ming of Research Center for Cultural Policy, her colleagues Professor Cui Wei Hang of Institute of Philosophy, and Professor Li He, Deputy Director of China’s National Center for Cultural Studies introduced their institution and expressed their will for future collaboration in the fields of education and research; cultural exchange, tourism and student exchange.
At the end of the meeting, Prof. Isakhanli presented the guests his book of poems in Chinese and his article about China “Major Rivers Flow from the West to the East: Azerbaijan and China”. In its turn, the guests presented a book – special edition of CASS dedicated to Confucian philosophy.