[:az]2018-ci il iyunun 1-də Xəzər Universitetinin Mərmər salonunda 1-ci “Tək sağlamlıq: problemlər və onların həlli” mövzusunda beynəlxalq konfrans işə başladı.

Qeyd edək ki, konfrans haqqında hələ mayın 15-də Tək Sağlamlıq Komissiyasının (One Health Commission) media resurslarında xəbər yaymlanmışdı (http://myemail.constantcontact.com/One-Health-Happenings-News-Notes–May-2018.html?soid=1121110857318&aid=nGDIr9fIgws.

Məşhur universitetlərin, o cümlədən Xəzər Universitetinin də daxil olduğu Harvard Universitetinin Planetar Sağlamlıq İttifaqı (Planetary Health Alliance) isə Böyük Britaniyanın Edinburq Universitetində eyni vaxtda təşkil edəcəyi illik konfransını “Tərəfdaşlıq tədbiri” kimi elan etmişdi (https://planetaryhealthannualmeeting.org/satellite-meetings/). Bu ittifaq məşhur Rokfeller Fondu tərəfindən maliyyələşdirilən və dünyanın 95-dən çox universitet, dövlət təşkilatları və tədqiqat institutlarının daxil olduğu bir alyansdır.

Beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, ABŞ, Kanada və İsveçrədən sahənin 30 nəfərdən artıq görkəmli mütəxəssisi iştirak edir.

Konfransı giriş sözü ilə Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru dosent İradə Xəlilova açaraq, iştirakçıları salamladı və sözü universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. Professor Hamlet İsaxanlı çıxışında konfransda müzakirə olunacaq mövzunun beynəlxalq əhəmiyyətindən danışdı, konfransa uğurlu iş arzuladı.

Sonra proqram üzrə məruzələrin dinlənilməsinə başlandı. İyunun 2-də də işini davam etdirəcək konfransın bağlanış mərasimi həmin gün universitetin Mərmər salonunda olacaq.

http://www.khazar.org/az/news/article/3265

[:en]On June 1, 2018, 1st International Conference “One Health: Problems and Solutions” started in “Marble” hall at Khazar University. The media resources of One Health Commission posted news on the conference on May 15 (http://myemail.constantcontact.com/One-Health-Happenings-News-Notes–May-2018.html?soid=1121110857318&aid=nGDIr9fIgws).

Planetary Health Alliance of Harvard University, which includes Khazar University and other well-known universities, announced its annual conference as “Partnership event” which is to be held at the same time at University of Edinburgh, UK (https://planetaryhealthannualmeeting.org/satellite-meetings/).

This Alliance is financed by The Rockefeller Foundation and includes more than 95 universities, state organisations and research institutions.

More than 30 experts from Azerbaijan, Turkey, Russia, Iran, Georgia, USA, Canada and Switzerland are participating in the conference.

Assoc.Prof. Irada Khalilova, Vice-rector for Research of Khazar University, delivered an opening speech and gave the floor to Prof. Hamlet Isakhanli, the founder of Khazar University, and Chairman of its Board of Directors and Trustees. In his speech, Prof. Hamlet Isakhanli stressed the international importance of the conference and wished success to participants.

Then report deliveries started according to the conference program. The conference will continue on June 2 and will end on the same day. The closing ceremony will be held in “Marble” hall.

http://www.khazar.org/en/news/article/3265

 [:]