[:az]2018-ci il mayın 21-24-də Xəzər Universitetinin Riyaziyyat departamentinin təşkilatçılığı, Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, ABŞ, İsveç və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələrindən ibarət Beynəlxalq Təşkilat Komitəsinn rəhbərliyi ilə universitetin Mərmər salonunda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının (İsayev) 70 illik yubileyinə həsr olunmuş “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın məqsədi riyazi fizika sahəsində yeni nəticələri və tədqiqat istiqamətlərini müzakirə etmək idi.

Konfransda Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Almaniya, Fransa, İspaniya, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya, ABŞ, İtaliya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri və İsveçdən olan 70-ə yaxın görkəmli alim, aparıcı mütəxəssis və tədqiqatçılar iştirak edirdilər.

Konfrans bu mövzuları əhatə edirdi: Ümumi operatorlar və spektral nəzəriyyə; Riyazi fizikanın xüsusi törəməli tənliklərinin analizi; Diferensial operatorların spektral nəzəriyyəsi; Riyazi fizikanın məsələlərində bazislər, freimlər və aproksimantlar; Klassik və kvant inteqrallanan modellər; Sim və kvant sahə nəzəriyyəsi; Xüsusi funksiyalar; Səpilmə nəzəriyyəsi; Tərs məsələlər.

Konfransı giriş sözü ilə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs açaraq, iştirakçıları salamladı, tədbirin beynəlxalq əhəmiyyətindən danışdı və konfrans iştirakçıları adından professor Hamlet İsaxanlını 70 illik yubileyi münasibətilə təbrik etdi.

Professor Hamlet İsaxanlı geniş çıxışında riyazi fizika sahəsində dünyada əldə olunan yeni nəticələrin və tədqiqat istiqamətlərinin müzakirə edilməsini, sahənin aparıcı mütəxəssislərinin Bakıda, Xəzər Universitetində bir araya gəlməsini əlamətdar hadisə adlandırdı və buna görə iştirakçılara təşəkkürünü bidirdi, konfransa uğurlu iş arzuladı.

Sonra konfransın proqramına uyğun olaraq məruzələrin dinlənilməsinə başlanıldı.

Konfrans 4 gün ərzində 4 bölmədə işini davam etdirdi. 70-dək məruzə dinlənildi, müzakirələr aparılaraq, suallar cavablandırıldı.

Konfransın professor Hamlet İsaxanlıya həsr olunmuş xüsusi sessiyası keçirildi. Sessiyada professor Hamlet İsaxanlı “Operatorların çoxparametrli spektral nəzəriyyəsi haqqında”, Türkiyənin Koç Universitetinin (İstanbul) professoru Varqa Kələntərov “Professor Hamlet İsaxanlının operatorlar nəzəriyyəsi sahəsindəki işlərinə dair”, Xəzər Universiteti Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova “Professor Hamlet İsaxanlının həyat yolu”, Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev “Professor Hamlet İsaxanlının humanitar və sosial elmlər sahəsindəki elmi işləri”, filologiya elmləri doktoru, professor Asif Hacılı “Professor Hamlet İsaxanlı – şair, yazıçı və tərcüməçi” mövzularında məruzələrlə çıxış etdilər.

Mayın 24-də universitetin Mərmər salonunda konfransın bağlanış mərasimi keçirildi. Professor Hamlet İsaxanlı çıxış edərək, konfransın işini yekunlaşdırdı. Qeyd etdi ki, konfrans görkəmli alim və mütəxəssislərin fəal iştirakı ilə keçərək səmərəli olmuş, onlar bir-birinin yeni elmi tədqiqatları və nəticələri ilə tanış olmuşlar. H.İsaxanlı, həmçinin, belə konfransların imkan daxilində daha mütəmadi keçirilməsi zəruriliyini də vurğuladı.

Konfrans iştirakçıları adından Rusiyanın Belqorod Dövlət Universitetinin professoru Aleksandr Soldatov çıxış edərək, konfransın yüksək səviyyədə təşkili və keçirilməsinə görə Xəzər Universitetinin rəhbərliyinə, şəxsən professor Hamlet İsaxanlıya və bütün təşkilatçılara dərin təşəkkürünü bildirdi.

Konfrans iştirakçıları üçün Bakı şəhərinə ekskursiya, böyük ziyafət və Xəzər Universitetinin Kamera orkestrinin konserti təşkil olunmuşdu.

http://www.khazar.org/az/news/article/3251

[:en]On May 21-24, 2018, on the organizational support of the Department of Mathematics of Khazar University, under leadership of International Organization Committee consisting of the delegates from Azerbaijan, Russia, Georgia, Turkey, Ukraine, the USA, Sweden and the United Arab Emirates, the international conference “Operators, Functions, and Systems of Mathematical Physics Conference” (OFSMPC), dedicated to Professor Hamlet Isakhanli’s, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, 70th anniversary, was held in “Marble” hall of Khazar University. The main aim of the conference was to discuss recent developments and progress in Mathematical Physics.

The conference was attended by administration and staff of Khazar University as well as about 70 well-known scholars, specialists and researchers from Azerbaijan, Turkey, Iran, Russia, Georgia, Ukraine, Kazakhstan, Germany, France, Spain, Kingdom of Saudi Arabia, Austria, the USA, Italy, England, the United Arab Emirates.

The conference covered the following subjects: General operators and spectral theory; Analysis of Partial Differential Equations of Mathematical Physics; Bases, Frames and Approximants in problems of Mathematical Physics; Spectral theory of differential operators; Classical and quantum integrable models; String and quantum field theory; Special functions; Scattering Theory; Inverse problems.

Dr. Hassan Niknafs, the rector of Khazar University, welcomed the participants, spoke about the international significance of the event and congratulated Professor Hamlet Isakhanli on the occasion of the 70th jubilee on behalf of the conference participants.

Professor Hamlet Isakhanli, in his speech, called the discussion of new achievements and research directions in the field of Mathematical Physics and bringing together leading experts in the field in Baku, Khazar University as a remarkable event, thanked the participants and wished them success in the conference.

Then the experts started delivering their reports based on the conference agenda.

The conference continued its work in 4 sections within 4 days. About 70 reports were delivered and discussions were held.

A special session was held dedicated to Hamlet Isakhanli’s anniversary. The following reports were delivered: “On multi-parameter spectral theory of operators” by Hamlet Isakhanli, “About the works on Hamlet Isakhanli’s operators theory” by Varga Kalantarov, Professor of Koç University of Turkey (Istanbul), “The life path of Hamlet Isakhanli” by Lyudmila Sotova, Director of the Quality Assurance Center, “Prof. Hamlet Isakhanli’s scientific works in Humanities and Social Sciences” by Dr. Eldar Shahgaldiyev, Head of the Division for Graduate Students and Research, and “Prof. Hamlet Isakhanli – poet, writer and translator” by Prof. Asif Hajili.

On May 24, a closing ceremony of the conference was held in “Marble” hall. Prof. Hamlet Isakhanli delivered a closing speech. He mentioned that prominent scholars and experts took an active part in the conference and got familiar with new research findings. He also mentioned that there is a need to hold such conferences as frequently as possible.

Prof. Aleksander Soldatov, Belgorod State University of Russia, delivered a speech and expressed special gratitude for conducting a high-quality conference to Prof. Hamlet Isakhanli, all the organizers and the conference participants.

Baku tour, a reception and a concert of Chamber orchestra of Khazar University were organized for the conference participants.

http://www.khazar.org/en/news/article/3251

[:]