[:az]2018-ci il mayın 25-də universitetin Mərmər salonunda Humanitar və sosial elmlər fakültəsi və Psixologiya departamentinin təşkilatçılığı ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının 70 illik yubileyinə həsr olunmuş “Hamlet İsaxanlının poeziyasına psixoloji səyahət” adlı tədbir keçirildi. Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları, tələbələr, tanınmış elm və incəsənət xadimləri iştirak edirdilər.
Tədbiri Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə açaraq, H.İsaxanlının poetik yaradıcılığının yeni rakursdan şərhi baxımından tədbirin özünəməxsusluğunu qeyd etdi. Sonra H.İsaxanlının həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi Firəngiz Nəsirova H.İsaxanlının şeirlərini ingilis dilinə tərcümə etmək təcrübəsindən danışdı və “Yaşamağa nə var ki?” şeirindən bəhs etdi. Humanitar və sosial elmlər fakültəsinin Psixologiya departamentinin koordinatoru, universitetin Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova, Psixologiya departamentinin müəllimləri Nilufər Əlizadə və Fərəh Adıgözəlova H.İsaxanlının şeirlərini psixoloji cəhətdən analiz etdilər, Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Dilbər Zeynalova, Fəlsəfə departamentinin müəllimi Mail Yaqub şairin şeirləri haqqında fikirlərini bildirdilər.
Şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq yazıçısı Mövlud Süleymanlı öz çıxışlarında H.İsaxanlının görkəmli riyaziyyatçı alim olması ilə yanaşı çoxşaxəli fəaliyyətindən danışdılar, şair və tərcüməçi kimi, humanitar elm sahələrinin tədqiqatçısı kimi yaradıcılığından bəhs etdilər.
Nilufər Əlizadə H.İsaxanlının həyat yoldaşı Nailəxanım İsayeva ilə birlikdə çəkilmiş portretini ona hədiyyə verdi.
Tədbir musiqi proqramı ilə müşayiət olunurdu. Universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqovanın başçılıq etdiyi universitetin Kamera orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Atəş Qarayev, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının solisti, Xəzər Universitetinin müəllimi Məhsəti Çabbarova H.İsaxanlının sözlərinə Nailəxanım İsayeva, Əməkdar artist Elza Seyidcahan və Dilarə Qulamovanın bəstələdikləri mahnıları ifa etdilər.
Sonda professor Hamlet İsaxanlı çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.
http://www.khazar.org/az/news/article/3252
[:en]On May 25, 2018, on the organizational support of the Faculty of Humanities and Social Sciences and the Department of Psychology, an event entitled “Psychological journey to Hamlet Isakhanli’s poetry” was held at Khazar University which was dedicated to Prof. Hamlet Isakhanli’s, the founder of Khazar University, and Chairman of its Board of Directors and Trustees, 70th anniversary. The event was attended by the administration, staff and students of the University as well as well-known scientists and art figures.
In her opening speech, Nilufar Alizadeh, an instructor of the Department of Psychology, underlined the peculiarity of the event in terms of interpretation of Hamlet Isakhanli’s poetry from a new perspective. Then a video about Hamlet Isakhanli’s life and career was played.
Firangiz Nasirova, Head teacher of the Department of English Language and Literature, talked about her experience of translating Hamlet Isakhanli’s poems into English. She also talked about Hamlet Isakhanli’s poem entitled “Yaşamağa nə var ki?”. Melek Kerimova, coordinator of the Department of Psychology of the School of Humanities and Social Sciences and Director of Psychological Service Center of Khazar University, Nilufar Alizadeh and Farah Adigozelova, instructors of the Department of Psychology, made psychological analyses of Hamlet Isakhanli’s poems. Besides, Dilbar Zeynalova, an instructor of the Department of Azerbaijani Language and Literature, and Mail Yagub, an instructor of the Department of Philosophy, shared their views about Hamlet Isakhanli’s poems.
In their speech, Baba Vaziroghlu, poet and Honored Art Worker, and Movlud Suleymanli, People’s Writer, stressed that along with being a prominent mathematician, Hamlet Isakhanli has also built an astonishing career in Humanities as a researcher and has become a well-known poet and translator.
Nilufar Alizadeh presented a portrait depicting Hamlet Isakhanli and Nailakhanim Isayeva, his wife, to Hamlet Isakhanli.
The event was accompanied by a music program. Chamber orchestra of the University, led by Zulfiyya Sadigova, Head of the Department of Music and Fine Arts, Honored Teacher and pianist, accompanied by Atesh Garayev, soloist of Azerbaijan State Musical Theater and laureate of international competitions, and Mahsati Jabbarova, an instructor of Khazar University and soloist of Azerbaijan State Philharmonic named after Muslim Magomayev, who performed pieces of music with lyrics by Hamlet Isakhanli which were composed by Nailakhanim Isayeva, Elza Seyidjahan and Dilara Gulamova.
At the end of the event, Hamlet Isakhanli delivered a speech and expressed his thanks to organizers and participants.
http://www.khazar.org/en/news/article/3252
[:]