Əməkdar elm xadimi, Prof. Qəzənfər Paşayevin Prof.Akad. Hamlet İsaxanlı haqqında “Şair qəlbli maarifçi alim” adlı məqaləsi “Ədəbiyyat qəzeti”nin 8 mart 2024-cü il tarixli nömrəsində və saytında dərc olunmuşdur. 2024-cü il martın 1-də Prof.Akad. Hamlet İsaxanlının Gəncədə şəhər ictimaiyyəti ilə görüşündə iştirak etmiş Qəzənfər Paşayev həmin tədbirin təəssüratlarını qələmə almaqla yanaşı, görkəmli riyaziyyatçı alim və şairin, eyni zamanda həyat yoldaşı, görkəmli maarif xadimi Nailəxanım İsayevanın həyat və fəaliyyətlərindən də bəhs etmişdir. 

https://edebiyyatqazeti.az/news/gundem/11484-professor-hamlet-isaxanliya-mektub

khazar.org