2024-cü il iyunun 4-də  Xəzər Universitetini həm respublika, həm də beynəlxalq tədbir və layihələrdə uğurla təmsil  edən tələbələrin mükafatlandırılması mərasimi baş tutub. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı,  Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, fakültə dekanları, universitet əməkdaşları və tələbələr iştirak ediblər.

İradə Xəlillova tədbiri giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və  tələbələri təbrik edib. Daha sonra tələbələrin mükafatlandırılması  və onların  uğurlarına həsr edilən videoçarx nümayiş etdirilib. 

Mükafatlandırılma mərasimindən sonra Tələbə Məclisinin sədri Hüseyn Musayev çıxış edərək həm Tələbə Məclisi, həm də öz adından universitet rəhbərliyinə  təşəkkürünü bildirib və   tələbələri təbrik edib. Əcnəbi tələbələr adından ikinci kurs  magistratura tələbəsi Siyuan Wang çıxış edərək  vətənindən uzaqda  olsa da, ölkəmizdə və universitetdə özünü öz evindəki kimi hiss etdiyini vurğulayıb. 

Sonra Xəzər Universitetinin məzunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial sifarişlər və layihələr departamentinin müdiri Vətən müharibəsi iştirakçısı Fərhad Allahverdizadə təbrik nitqi söyləyib. 

Tədbir konsert proqramı ilə davam edib.

khazar.org