Hamlet İsaxanlı https://hisaxanli.org Rəsmi saytı Mon, 01 Apr 2024 08:19:15 +0000 azb hourly 1 https://wordpress.org/?v=6.4.3 “Dubna” həftəlik qəzetində Xəzər Universiteti nümayəndə heyətinin BNTİ-yə işgüzar səfəri barədə məqalə dərc ediıib https://hisaxanli.org/dubna-h%c9%99ft%c9%99lik-q%c9%99zetind%c9%99-x%c9%99z%c9%99r-universiteti-numay%c9%99nd%c9%99-hey%c9%99tinin-bnti%cc%87-y%c9%99-isguzar-s%c9%99f%c9%99ri-bar%c9%99d%c9%99-m%c9%99qal/ https://hisaxanli.org/dubna-h%c9%99ft%c9%99lik-q%c9%99zetind%c9%99-x%c9%99z%c9%99r-universiteti-numay%c9%99nd%c9%99-hey%c9%99tinin-bnti%cc%87-y%c9%99-isguzar-s%c9%99f%c9%99ri-bar%c9%99d%c9%99-m%c9%99qal/#respond Mon, 01 Apr 2024 08:19:15 +0000 https://hisaxanli.org/dubna-h%c9%99ft%c9%99lik-q%c9%99zetind%c9%99-x%c9%99z%c9%99r-universiteti-numay%c9%99nd%c9%99-hey%c9%99tinin-bnti%cc%87-y%c9%99-isguzar-s%c9%99f%c9%99ri-bar%c9%99d%c9%99-m%c9%99qal/ Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) “Dubna” həftəlik qəzetinin 01 fevral 2024 cü il tarixli 4 nömrəli sayında Xəzər Universiteti nümayəndə heyətinin instituta iki günlük işgüzar səfəri barədə məqalə və foto dərc edilib.

Məqalədə Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlının başçılıq etdiyi nümayəndə heyətinin (tərkibə Fizika və elektronika departamentinin müdiri Dr. Fəridə Tatardar və biotibbi, tibbi-kimyəvi sahə üzrə professor, universitetin tədqiqat qrupunun rəhbəri Südabə Davaran daxil idi) BNTİ-nin direktoru Qriqoriy Trubnikov və digər rəhbər əməkdaşlarla, institutun laboratoriyalarında keçirdiyi görüşlər və aparılmış müzakirələrdən bəhs olunub. Qeyd edilib ki, institutun direktorluğu ilə görüşdə Azərbaycan və BNTİ arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində perspektivlər müəyyən edilib.

Məqalədə vurğulanır ki, müzakirə prosesində Prof.Akad. Hamlet İsaxanlının söylədiyi kimi, səfərin əsas məqsədi Azərbaycan Respublikasının elm ocaqları ilə BNTİ arasında elmi əlaqələrin möhkəmləndirilməsidir.

khazar.org

]]>
https://hisaxanli.org/dubna-h%c9%99ft%c9%99lik-q%c9%99zetind%c9%99-x%c9%99z%c9%99r-universiteti-numay%c9%99nd%c9%99-hey%c9%99tinin-bnti%cc%87-y%c9%99-isguzar-s%c9%99f%c9%99ri-bar%c9%99d%c9%99-m%c9%99qal/feed/ 0
Xəzər Universitetinin rəhbərliyinin TKTA-nın İdarə Heyətinin sədri ilə görüşü https://hisaxanli.org/x%c9%99z%c9%99r-universitetinin-r%c9%99hb%c9%99rliyinin-tkta-nin-i%cc%87dar%c9%99-hey%c9%99tinin-s%c9%99dri-il%c9%99-gorusu/ https://hisaxanli.org/x%c9%99z%c9%99r-universitetinin-r%c9%99hb%c9%99rliyinin-tkta-nin-i%cc%87dar%c9%99-hey%c9%99tinin-s%c9%99dri-il%c9%99-gorusu/#respond Fri, 29 Mar 2024 20:16:11 +0000 https://hisaxanli.org/x%c9%99z%c9%99r-universitetinin-r%c9%99hb%c9%99rliyinin-tkta-nin-i%cc%87dar%c9%99-hey%c9%99tinin-s%c9%99dri-il%c9%99-gorusu/ 2024-cü il martın 19-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və universitetin rektoru Dos. İradə Xəlilovanın Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovla görüşü keçirilib.

Görüş zamanı ilk növbədə Xəzər Universiteti ilə gələcək əməkdaşlığın istiqamətləri, Akkreditasiya Komissiyası tərəfindən verilmiş tövsiyələrin icrası və digər məsələlər müzakirə olunmuşdur.

Sonda isə Xəzər Universitetinə 2023-2028-ci illəri əhatə edən Akkreditasiya sertifikatı təqdim olunmuşdur.

khazar.org

]]>
https://hisaxanli.org/x%c9%99z%c9%99r-universitetinin-r%c9%99hb%c9%99rliyinin-tkta-nin-i%cc%87dar%c9%99-hey%c9%99tinin-s%c9%99dri-il%c9%99-gorusu/feed/ 0
Azedu: “Xəzər Universiteti martın 18-də yaradılmışdır” https://hisaxanli.org/azedu-x%c9%99z%c9%99r-universiteti-martin-18-d%c9%99-yaradilmisdir/ https://hisaxanli.org/azedu-x%c9%99z%c9%99r-universiteti-martin-18-d%c9%99-yaradilmisdir/#respond Wed, 27 Mar 2024 00:17:27 +0000 https://hisaxanli.org/azedu-x%c9%99z%c9%99r-universiteti-martin-18-d%c9%99-yaradilmisdir/ 2024-cü il martın 18-də Azedu Azərbaycan təhsil portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün əhəmiyyətli hadisələri sırasında Xəzər Universitetinin də yarandığını təqdim etmişdir:

“18 mart 1991-ci ildə Xəzər Universiteti təsis edilib: Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur.

Qeyd edək ki, biologiya elmləri üzrə fəlsəfə doktoru, Dos. İradə Xəlilova Xəzər Universitetinin rektorudur.”

khazar.org

]]>
https://hisaxanli.org/azedu-x%c9%99z%c9%99r-universiteti-martin-18-d%c9%99-yaradilmisdir/feed/ 0
“Xəzər”də Novruz şənliyi https://hisaxanli.org/x%c9%99z%c9%99rd%c9%99-novruz-s%c9%99nliyi/ https://hisaxanli.org/x%c9%99z%c9%99rd%c9%99-novruz-s%c9%99nliyi/#respond Wed, 27 Mar 2024 00:17:24 +0000 https://hisaxanli.org/x%c9%99z%c9%99rd%c9%99-novruz-s%c9%99nliyi/ 2024-cü il martın 19-da Xəzər Universitetində ənənəvi Novruz şənliyi keçirildi. Universitet kollektivi və tələbələrin iştirak etdiyi tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı təbrik nitqi söylədi, bayram münasibətilə arzularını bildirdi, universitet kollektivinə və tələbə heyətinə yeni uğurlar arzuladı.

Xəzər Universitetinin rektoru, Dos. İradə Xəlilova bayram tonqalını yandırdı və Novruz şənliyi başladı. Universitetin vokal müəllimi Məhsəti Cabbarova mahnılar ifa etdi. Tələbələr böyük çoşqu ilə rəqs etdilər, əyləndilər və növbəti Novruz şənliyi də xoş əhval-ruhiyyə ilə başa çatdı.

khazar.org

]]>
https://hisaxanli.org/x%c9%99z%c9%99rd%c9%99-novruz-s%c9%99nliyi/feed/ 0
Xalq yazıçısı Anar ilə “Xəzər”də görüş https://hisaxanli.org/xalq-yazicisi-anar-il%c9%99-x%c9%99z%c9%99rd%c9%99-gorus/ https://hisaxanli.org/xalq-yazicisi-anar-il%c9%99-x%c9%99z%c9%99rd%c9%99-gorus/#respond Mon, 18 Mar 2024 20:27:29 +0000 https://hisaxanli.org/xalq-yazicisi-anar-il%c9%99-x%c9%99z%c9%99rd%c9%99-gorus/ 2024-cü il martın 15-də Xəzər Universitetinin Mərkəz kampusunda Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə görüş keçirildi.

Görüşdə universitetin rəhbərliyi, əməkdaşları və tələbələri, digər ali məktəblərin əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, akademiyanın elmi işçiləri, Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının sədri və “525-ci qəzet”in baş redaktoru şair-publisist Rəşad Məcid, şair və yazıçılar, sənət adamları, mətbuat nümayəndələri, eləcə də yazıçının müxtəlif sahələri təmsil edən yaxın dostları və ailə üzvləri iştirak edirdilər.

Foyedə görkəmli yazıçının kitablarından ibarət sərgi nümayiş olunurdu.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı tədbiri açaraq, bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Qeyd etdi ki, bu görüş həm də onunla əlamətdardır ki, Anarın doğum günü ərəfəsinə təsadüf edir.

Xalq yazıçısı iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Sonra Hamlet İsaxanlı onu səhnəyə dəvət etdi və ənənəvi görüş qaydasından fərqli olaraq onlar üz-üzə kresloda əyləşdilər.

Öncə Anarın həyat yoluna işıq salan videoçarx nümayiş olundu, sonra yazıçı iştirakçıları salamladı və yaradıcılığına verilən dəyərə görə universitet rəhbərliyinə dərin təşəkkürünü ifadə etdi.

Hamlet İsaxanlı ilə Anar arasında diskussiya şəraitində keçən görüşdə Xalq yazıçısı ona ünvanlanan bütün sualları geniş və əhatəli cavablandırdı. O, həmçinin, sözlərinə yazılan mahnıların da olduğunu söylədi və qardaş Türkiyədə yaşadığı dövrdə vətən həsrəti ilə yazdığı bir şeirə mərhum bəstəkar dostu Emin Sabitoğlunun gözəl bir mahnı bəstələdiyini də xatırladı. Hamlet İsaxanlı cavab olaraq söylədi ki, biz bu mahnının tarixçəsi barədə artıq məlumatlıyıq və buna görə də onun bəstəkarın özündən sonra ən gözəl ifaçısı olan Xalq artisti İlqar Muradovu tədbirə dəvət etmişik.

Sonra Xalq artisti Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər – universitetin Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə həmin mahnını ifa etdi.

Sonra Anar Rzayevin əsərləri əsasında çəkilən filmlərdən parçalar təqdim edildi və bu kinofilmlərin bəzi məziyyətləri ilə bağlı Hamlet İsaxanlı ilə Xalq yazıçısı arasında fikir mübadiləsi oldu.

Tədbirin yekununda Xalq yazıçısının doğum günü münasibətilə hazırlanan tort səhnəyə gətirildi və Zülfiyyə Sadıqova Anara universitet adından gül dəstəsi təqdim etdi.

khazar.org

]]>
https://hisaxanli.org/xalq-yazicisi-anar-il%c9%99-x%c9%99z%c9%99rd%c9%99-gorus/feed/ 0
Prof. Akad. Hamlet İsaxanlıya Türkiyədən təbrik məktubu https://hisaxanli.org/prof-akad-hamlet-i%cc%87saxanliya-turkiy%c9%99d%c9%99n-t%c9%99brik-m%c9%99ktubu/ https://hisaxanli.org/prof-akad-hamlet-i%cc%87saxanliya-turkiy%c9%99d%c9%99n-t%c9%99brik-m%c9%99ktubu/#respond Mon, 18 Mar 2024 20:27:07 +0000 https://hisaxanli.org/prof-akad-hamlet-i%cc%87saxanliya-turkiy%c9%99d%c9%99n-t%c9%99brik-m%c9%99ktubu/ Türk yazıçısı, şairi və alimi, Türkiyənin Ege Universitetinin Ədəbiyyat fakültəsinin professoru, Türkiyə Yazarlar Birliyi, Türk Mədəniyyəti Araşdırma İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin üzvü Yavuz Akpınar Xəzər Universiteti və “Dünya” məktəblərinin qurucusu və rəhbəri Prof.Akad. Hamlet İsaxanlıya təbrik məktubu göndərmişdir.

 

Muhterem Hamlet Müellim,

Bugün edebiyyat gazetini oxuyarken sizin 75’inci yaş gününüzün Gence’de zatınıza layık törenlerle kutlandığını öğrendim. Bu münasebetle sizi yürekten tebrik eder, Allah’tan size uzun ömür, işlerinizde nice nice başarılar dilerim. Siz benim hayatımda tanıdığı en necip insanlardan birisiniz. Sizin nezaketiniz, etrafınızdaki insanlara, tanışlarınıza gösterdiğiniz samimi alaka-kaygı, milli meselelerdeki dikkat ve hassasiyetiniz, insanlık problemlerine insanca bakışınız beni son derecede etkilemişti. Sadece kurucusu olduğunuz Xezer Üniversitesi’nin başarıları, ilim alemine hediyeleri, Azerbaycan’ın sizin gibi mesuliyet taşıyan, vatana gerçek anlamda fiilen hizmet eden bir aydınla iftixar etmesi için yeterlidir. Daima yolunuz açık, uğurlu olsun. Daimi saygı ve sevgilerimle.

Yavuz Akpınar, İzmir

khazar.org

]]>
https://hisaxanli.org/prof-akad-hamlet-i%cc%87saxanliya-turkiy%c9%99d%c9%99n-t%c9%99brik-m%c9%99ktubu/feed/ 0
Alim və qurucu ömrü https://hisaxanli.org/wp-content/uploads/2024/03/Alim-ve-qurucu-omur.docx#new_tab https://hisaxanli.org/wp-content/uploads/2024/03/Alim-ve-qurucu-omur.docx#new_tab#respond Mon, 18 Mar 2024 10:07:11 +0000 https://hisaxanli.org/?p=13069 https://hisaxanli.org/wp-content/uploads/2024/03/Alim-ve-qurucu-omur.docx#new_tab/feed/ 0 ЧТО В ЭТОТ МИР ПРИНЕС Я… https://hisaxanli.org/wp-content/uploads/2024/03/что-в-этот-мир-принес-я.docx#new_tab https://hisaxanli.org/wp-content/uploads/2024/03/что-в-этот-мир-принес-я.docx#new_tab#respond Thu, 14 Mar 2024 09:28:09 +0000 https://hisaxanli.org/?p=12912 https://hisaxanli.org/wp-content/uploads/2024/03/что-в-этот-мир-принес-я.docx#new_tab/feed/ 0 Yaddaş simfoniyası – son akkordlar https://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-yaddas-simfoniyasi-son-akkordlar/ https://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-yaddas-simfoniyasi-son-akkordlar/#respond Thu, 14 Mar 2024 07:09:42 +0000 https://hisaxanli.org/?p=12906 Əli Rza Xələfli

H.İsaxanlının “Ziyarət” poemasını yaddaşın əzəmətli simfoniyasına bənzətmək olar. Yaddaş Sahibinin ocaq-ocaq, cığır-cığır, ev-ev və ən başlıcası, ürək-ürək gəzdiyi yerlərdə xatirələrin oyanışı hisslərə, duyğulara təsir edir, canlanmalar poetik lövhələrə çevrilir. Beləcə, əsər boyu poeziyanın incə, duyğuları titrədən, bəzən şahə qalxan, fırtınalı dalğalara bənzəyən, bəzən az qala ağacları kökündən qoparan küləklərin vıyıltısına, bəzən də bir səhər çağında bülbüllərin cəhcəhinə bənzər səsləri dinləməli olduq. Şairin orijinal, öz səsi və öz nəfəsi ilə oxunan musiqinin son akkordlarına gəlib çatırıq. Artıq ahəng dəyişib, Yaddaş Sahibi xəyalən mənəvi dünyasını bir ömrə sığışmış olan nə varsa, hamısını gəzib, təəssüratlarını da, birinci növbədə ömrünün indiki çağları ilə bölüşüb. Şübhəsiz, bu bölgüdən onun müasirlərinə də pay çatıb. Əsərin sonluğunda şairin “saf, dumduru el nəfəsi” adı ilə təqdim etdiyi son poetik akkordlar ruhumuza həm də bir payız nəfəsi gətirir. Həzin pıçıltılarla bu payız nəfəsinin səsini dinləməli oluruq:

Kənd dursa da, ruh dəyişib, Qara zurna gözə dəymir; Görən, aşıq kimdən küsüb? Saz sinədə dastan demir.

Ömrün coşğun çağlarının ötüb-keçməsi haqqında elegiya təsiri bağışlayan bir nəğməni dinləməli olacağımızı elə bəri başdan hiss edirik. Deyəsən, Şəhriyarın ölməz “Heydərbabaya salam” poemasının ruhi-mənəvi təsiri də bu misralarda duyulur. Şəhriyar da əsərinin ikinci hissəsində yaddaş salnaməsinin səhifələrində ocaqların yerinin qaldığından, bulaqların quruduğundan, onun uşaqlıq çağlarının şəriki olan tay-tuşlarının dünyadan köç edib getməsindən danışırdı.
H.İsaxanlı da ruhların dəyişdiyini, qara zurnanın gözə dəymədiyini, qismən dəyişmiş olsa da, qalmış kəndin fonunda yada salır. Aşıqların əvvəlki şövq ilə oxumamasının səbəbini axtarır. Bəlkə, o aşıqlar kimdənsə küsüb? “Saz sinədə niyə dastan demir?” sualı ilə öz könlünə müraciət edir.
Demək, həyat öz axarını dəyişməsə də, hər axarın öz dövrü olduğunu diktə edir. Müəllifin (əsərdə Yaddaş Sahibinin) karvanı payızın qapısı ağzındadır. O, ruhuna hakim kəsilən bu fikri hissləri, duyğuları ilə sözə çevirməyə başlayır:
Karvan köçür, yola salmaq vaxtıdır,
Küsmüşəm, könlümü almaq vaxtıdır.
Laylası əskikdir nazik ömrümün,
Çal, aşıq, çal, qardaş, çalmaq vaxtıdır.

Göründüyü kimi, bu misralarda bir köç təbilinin həyəcanlarını dinləyirik. Onun aşığa müraciətlə “çal, aşıq” deməsi də daha əvvəlki çağların qaynarlığından xəbər vermir. Könlümüzə, duyğularımıza bir payız havası gətirir:
“Yarpaqlar töküləndə… nələr olur? Günəşin rəngi bir az saralır, istisi də azalır. Təbiət solur. Günəşin rənginə çalır yarpaqlar. Qızılı-sarı yarpaqların tökümü başlayır. İl ömrünü başa vurur. Bəs nədən payız həmişə sevilir? Kədər gətirsə də, bir tutqunluq gətirsə də əbədi ayrılığın başlanğıcı kimi payızı qucaqlamaq istəyirsən. Bəlkə də, ürəyinin dərinliklərində heç nə ilə üstünü örtə bilmədiyin göyüm-göyüm göynəyən sevgini ona açmaq istəyirsən. Lap ona üz tutub “Ey solğun dəm, ey xilqətin cazibəli, şux afəti” (Puşkin) məni qoyub hara gedirsən, əlimi ətəyindən üzən kimi ürəyim də üzüləcək. Axı sən mənim sevgimsən, qəlbimsən.
Sanki payız də illər boyu gizlədilmiş bu sevginin vaxtı ötmüş etirafını tökülən yarpaqları ilə şabaşlara qərq etdiyi kimi, elə bu yarpaq tökümləri ilə də sənə əlvida deyir.
Ayrılıqlar həmişə gözəldir. Ayrılıqlar anında insanın bütün uyğulu duyğuları dilə gəlir. Səssiz fəryadlar göylərə bülənd olur. Ancaq bu fəryadların ahı, amanı o göylərin yeddi qatınacan qalxsa belə, onu kimsə eşitmir, kimsə bilmir, bir özün bilirsən, bir də payız… “1
Hər halda gənclik duyğularının yüyənsiz at kimi havanı yarıb qanad açmaq istədiyi dövrlərin arxada qaldığı zamanın onun çiyninə yığdığı yükün ağırlığı altında öz ağrıları haqqında ağır-ağır danışdığı bir hekayəti dinləyirik. Bu hekayətin sevinci və kədəri bir-birinə o qədər qovuşub ki, hətta onları ayırmaq da mümkün deyil. Yaddaş Sahibi ömrünün bu məqamını hamıya danışmaq istəməzdi. Ancaq özünün mənəvi aləmində gizləyib saxlamaq da istəmir. Ola bilsin ki, onu çoxları başa düşməsin, duymasın. Amma hər halda kimsə duyacaq və o, öz salamını da onu duya bilən kimsəyə ünvanlayır:
Bir ömürlük sevincimi, naləmi,
Yüklənərək yelkən açdı bir gəmi.
Ömür keçdi dalğalarla yan-yana,
Salam olsun bu əhvalı duyana.

İnsan nə qədər sevinclər içərisində olsa da, daxili aləmində onu həmişə vüsalına qovuşmayan arzuların iztirabları, ağrıları ilə baş-başa qoyan bir kədər yükü də var. Bəlkə də, bu kədər yükü, ağrısı olmasaydı, insan öz sevincləri ilə çox bayağı görünərdi. Hansı əsər, hansı ədəbi istedad onun daxili aləmindən gələn bu kədər duyğularını verə bilirsə, demək, oxucusuna bir qapı açır. Füzuli ona görə cazibədardır, Füzulini oxumaq insan hisslərinin dərinliklərinə baş vurmaq, insanın özünü duymaq, kədərini anlamaq deməkdir. Əlbəttə, poeziyanın öz dilini bilənlərdən söhbət gedir. Görünür, professor Kamil Vəli Nərimanoğlu Füzuli poeziyasından danışanda elə bu anlamı nəzərdə tutur:
“Yetər ki, sən kitabı aç və ilk misranı oxu. Bu dua, bu vəhy səni alıb aparacaq. Gedəcəksən və öz kədərin qədər kədərlənəcəksən, kədərlənə bildiyin qədər kədərlənəcəksən. O qədər duman, sis, ağrı gətirəcəksən. Və görəcəksən ki, bu ağrı insanı yaşadan qüdrətin özüdür. Tanrıya doğru atılan addımdır. Nəfəsdir. Bir dünyadan bir neçə dünyaya açılan qapıdır”.

İnsan hisslərini, insan duyğularını öz təravətində təzədən insanlara qaytaran səsi arzulayan şair ömrünün payız qapısında yenə nikbin duyğularla yaşayır. Axı insan nəsilləri yeni fəsillər görəcək, yeni nəsillər bu fəsillərdən keçdikcə bir vaxt Yaddaş Sahibinin dediyi kimi, damarlarında axan qanın eşq olduğunu duyacaqlar. Ona görə də, Yaddaş Sahibinin ruhu da bu yeni nəsillərlə təzədən qayıdacaq və torpağa müraciətlə tükənməz ilham çeşməsi arzulayacaq:
Ana torpaq, səslə bizi,
Tükənməz ilham çeşməsi.
Kölgə düşən qəlbimizi
İsidəcək nəğmə səsi.
Bu büsata hay verəcək
Qayalardan axan su tək
Saf, dumduru el nəfəsi.
Könülləri, kölgələnən ürəkləri “Qayalardan axan su kimi saf, dumduru el nəfəsi” isidəcək. Həyat yenə gözəl olacaq. Çünki həyatın nəbzi yeni nəsillərin ürəyinin ahəngi ilə döyünəcək. Amma Yaddaş Sahibi indi doğulub-böyüdüyü, arzuları ilə qucaqlaşdığı diyarda tamam başqa bir mənzərəni sanki onun özünə tərəf gələn, onun ruhunun daşıyıcısı olan körpə bir uşağı görür. Onun doğma eldə-obada, öz dünyasını yaratdığı məkanda ətrafına yığılan adamların arasında ruhu böyük hörmət-izzət görür. Onun adına, onun yaratdıqlarına ehtiramı duyur:
Doğulduğum, boy atdığım, Arzularla qucaqlaşıb
Öz dünyamı yaratdığım
Doğma eldə, obadayam.
Yığılıbdır xeyli adam,
Bu ülfətə mən də şadam. Üz-gözlərdə hörmət, izzət, Hər damlaya dərya qiymət…
Şair, bəlkə də, son akkordlar kimi bir vaxt ruhunun gəzəcəyi yerlərdə sonuncu sirlərini açır.
Buna “istedadin sirri” də demək olar:

“Hər bir ədəbi istedadın cəmiyyətdən, onu əhatə eləyən mühitdən gizli qalan bir sirri var. Bəlkə də, həmin sirr nədirsə, o sirrin özü istedadı daim qıcıqlandırır, onu yazmağa, yaratmağa həvəsləndirir. Bəs bu sirr deyilən nədir? Onun yəni hər hansı bir müəllifin geyimində, paltarında, davranışında, danışığında gizlənir bu sirr, yoxsa daha dərin qatlarda onun mahiyyətini axtarmaq lazımdır?
Zənnimcə, insanın həm də bu yöndən istedadın yaradıcılıq potensialı onun daxili-mənəvi mühitində gizlənən enerjidir. Və bizim üçün – yaradıcı adamın müasiri üçün örtülü olan, bəlkə də, bir çox məqamlarda açıla bilməyən tərəfləri biz “sirr” adlandıraraq o daxili-mənəvi mühitdə gizlənən enerjidə axtarmalıyıq “1.
Ayrılıqların gözəlliyi daxili aləmin içində gizlənib qalmış olan sonuncu işığın üzə çıxmasıdır. Bəlkə də, ayrılıqlara qədər aşiqin cəsarət eləyib üzə çıxarmadığı etiraflar yalnız bu ayrılıqlar anında dilə gəlir. Və “Ziyarət”in son misralarında Hamletin bu etiraflarını da, həm də çox səmimi etiraflarını da, dərin hisslərlə müşayiət olunan duyğulanmalarını da misra-misra ruhumuza çəkirik:
Bu yerlərə çox gəlmişəm,
Gəldikcə də kövrəlmişəm.
Nəşəm qəmlə görüşübdür,
Sevincimə xal düşübdür.
Ey Tanrıdan aldığım nur,
Sən göstərən yol doğrudur.
De, keçmişdənmi gəlmişəm,
Ya mən özüm köhnəlmişəm?

Bu, “Ziyarət” poemasının sonuncu misralarıdır. İlk baxışdan oxucuya elə gələ bilər ki, şair (əsərdə Yaddaş Sahibi) “Ziyarət”in fonunda bütün təəssüratlarını misralara çevirib, poetik lövhələrlə gələcək nəsillərə ünvanlayıb. Bəs onda nə üçün sonuncu misranın doğurduğu sual intonasiyası ilə dilemma qarşısında qaldığını etiraf edir. Bu, hansı məchulluqdur? Hansı açılmayan müəmma var ki, şair ona müdaxilə edə bilməyib? Əgər diqqət edilsə, bütün sualların cavabını əsər boyu o, özündən soruşmağa cəhd edib. Əsərin ayrı-ayrı hissələrində Tanrıya müraciətlər, insana, keçmişə, gələcəyə xitablar, müraciətlər sıralansa da, son anda yenə o, öz qəlbinə, özünün mənəvi aləminə qayıdır sualı da əslində, Tanrının adını çəksə də, özünə verir. Tanrı Şairlik istedadını, mənəvi aləminə, sözə aşiqlik nuru bəxş eləməklə Allahlıq, Tanrılıq borcunu ödəyib. İndi qalır onun mənəvi aləminə hakim olan nur ilə, İlahi güclə onun arasındakı münasibətlərin harmoniyası, ahəngi…
Şairin qənaətinə görə bu nur, bu İlahi missiya onun yolgöstərənidir. Ən düzgün yolu da yalnız bu nur göstərə bilər. Elə ona görə də müəllifin zənninə görə, az qala bir əsri əhatə edən yaddaş tarixində Yaddaş Sahibi ona aydın olmayan daxili aləmindəki müəmmaya, suala çevrilmiş əsas mətləbə yaxınlaşa bilməyib. Yəni onun öz dövründə hansı zamanın adamı olduğu sual olaraq qalır. O, keçmişdənmi gəlib, yoxsa özü keçmişdən gəlməyib, bu günün adamıdır bunu bilmir. Ona görə də şübhəli qalan budur ki, bəlkə, özü köhnəlib? Hər halda mənəvi dəyərlərin də zamanın sınaqlarından çıxanı var, aşınmaya məruz qalanı var, yeni olanın da mənəviyyata daxil olmaqla vətəndaşlıq haqqı qazananı var. Ona görə də əslində şairin Tanrının ona verdiyi nura müraciəti gələcək nəsillərə ünvanlanmış sualdır. Bəli, bu suala gələcək nəsillər cavab verəcək. Kimin kim olduğunu aydınlaşdırmaq yalnız gələcəyin (gələcək nəsillərin) missiyasıdır.
* * *
H.İsaxanlının poeziyası daha çox musiqiyə bənzəyir. Bəzən səhradan
keçən karvan yolundakı bir qatarın ağır, ləngərli yerişilə muğam sədaları dinləyirik. Bəzən simlərdə tufan yaradan sazın yanğıları bizi qovurur. Bəzən də həzin, sakit çay axarı ilə hansısa bir məbədin içərisindən, divarların, daşların arasından özünə yol tapıb çıxan orqan musiqisinin sehrinə düşürük. Simfonik sədalar bizi düşündürür, bəzən də “Üvertüra”nın qanı coşduran sədaları altında yumruqlarımız düyünlənir, qəzəbimiz ovxarlı qılınc kimi haqsızları doğramaq üçün qınından siyrilir.
…Şair qan istəmir, şair qan istəməz. Amma həm də qan tökməkdən, qan içməkdən gözü doymayanlara qan qusdurmağı istəyər.
H.İsaxanlının poeziyasında bəlkə də, yaşından çox böyük bir müdriklik var. Amma görünür, haqsızlıq şairin qana çevrilib dizindən yuxarı qalxanda onun müdrikliyi də kara gəlmir. İnsanın haqqını qorumaq istəyi daha ucadır.
* * *
H.İsaxanlıda sözə aşiqlik var. Bəli, təkcə poeziyaya yox, sözə aşiqlik var. Dünya fəlsəfi irsini tədqiq edəndə də, rus ədəbi irsinin ən dəyərli nümunələrini araşdıranda da sözə vurğunluğu ətrafında bir işıqlı halə yaradır. Mənəvi aləmin nuru onun sözündə açıq-aşkar görünür. Hər halda bu aşiqlik, bu vurğunluq nə qədər vurnuxsa da, nə qədər çırpınsa da, poeziya mələyinin onu oxşayan gözəgörünməz əlləri altında sakitləşir, həzin-həzin pıçıltılarla bu mələyə öz nəğmələrini oxuyur. Və yalnız bu zaman özünü daha çox bəxtiyar, daha çox xoşbəxt hiss edir. “Bu da bir həyatdı”, “Dördlüklər”, “Təzadlar” və həm də “Ziyarət” poemasındakı səmimi, duyğulu poetik örnəklər fikrimizin təsdiqi üçün canlı sübutlardır. Son onillik mərhələ onun poeziya ömrüdür
hökmü həmişə doğru olacaq! Onu yaşadacaq poeziya ömrü.
…H.İsaxanlı sözün bətnində hansı gücün olduğunu yaxşı bilir. Və daha çox poetik sözün daxili aləmindəki enerjinin nəyə qadir olduğunu… Əməl insanın özündən daha uzunömürlüdür, illah da, sözə, sənətə çevrilmiş əməl!

Ədəbiyyat:

Ə.Xələfli.”Yarpaqlar töküləndə” (esse). 30.05.2006
Kamil Vəli Nərimanoğlu. “Özümüz, sözümüz”. Çinar-Çap.Bakı , 2005, s.437.
Ə.Xələfli.”İstedadın sirri” (esse), 02.04.2010
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
https://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-yaddas-simfoniyasi-son-akkordlar/feed/ 0
Həyat enerjisi – eşqin görünməz gücü https://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-h%c9%99yat-enerjisi-esqin-gorunm%c9%99z-gucu/ https://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-h%c9%99yat-enerjisi-esqin-gorunm%c9%99z-gucu/#respond Thu, 14 Mar 2024 07:07:33 +0000 https://hisaxanli.org/?p=12904 Əli Rza Xələfli

Cəmiyyət həmişə keçmişi idealizə etdiyi kimi, cəmiyyəti yaradan ayrıayrı insanlar da artıq yaşamış olduqları həyatı daha çox idealizə edirlər. Sanki sehirli bir aləmdən ayrılıblar və bir də həmin aləmə doğru həmişə can atırlar. Uşaqlarda isə əksinədir, uşaqlar böyüklərin yaşadığı həyata tələsir. Amma bu həyata çatan kimi üzü geriyə boylanır və ən gözəl günlərinin geridə qaldığını düşünürlər. Görünür, bu, həyatın özündən gələn, həyatın təbiətindən doğan bir hissdir. Və biz Yaddaş Sahibinin “damarlarda eşq axardi” xatırlaması ilə gəncliyini, yeniyetməlik çağlarını bu qədər böyük hiss və həyəcanla anmasını da həmin hisslərlə bağlamalıyıq. Və görünür, elə bu səbəbdən gənclik əldən gedəndən sonra, insanlar yenidən gəncliyə qayıtmaq, yenidən cavanlaşmaq iksirini axtarıblar. Azərbaycan nağıllarındakı sehirli almanı yada salaq: Məlikməmmədi qaranlıq dünyadan keçirərək yenidən işıqlı aləmə qaytaran hadisələrin məğzində bu sehirin, bu ovsunun tapılması əsas şərtdir. Söhbət onda deyil ki, həqiqətən belə bir sehirli alma var, ya yox?! Amma insanlar hər halda bu almanı arzulayıblar. İnsanların zahiri əlamətlərdə onları gəncləşdirən, cavanlaşdıran, yaxud gənc kimi, cavan kimi göstərən vasitələrə meyl etmələri, müəyyən forma dəyişikliklərinə can atmaları həmin istəyin nəticəsidir. Cismani əbədi həyat olmadığı kimi, insanın yaşadığı ömrə cismən qayıdışı da mümkün deyil. Mifin məntiqinə görə,
“Ambroziya (müşkənbər) öz-özlüyündə yalnız gənclik, güc və gözəllik verirdi. O, bədənin əbədi yeniləşməsi üçün qidadır. İlahilərin ölümsüzlüyü əbədi həyatla, daimi gəncliyin və gözəlliyin birgəliyi kimi təsəvvür olunurdu”.

Əlbəttə, söhbət mifdən gedəndə. Amma gəncliyə qayıdış bütün zahiri vasitələrdən asılı olmayaraq (zahiri vasitələr müəyyən təsəvvürlər yarada bilər), ancaq xəyalən, ruhən mümkündür, insanın həyat enerjisindən, onun daxili-mənəvi ehtiyatından, həyata sevgisindən asılıdır. Bu hiss insanda bir mənəvi səfərbərlik yaradır. Onu gənclik enerjisi ilə yazmağa-yaratmağa sövq edir (müəyyən yaş dövrünü keçirən insanların fiziki işlə də belə şövqlə işləmələri mümkündür), amma bir şərtlə, gərək insanın damarlarında qan formasında eşq (həyat enerjisi, güc) çağlamış olsun. Hər halda, Yaddaş Sahibinin belə gücünü hiss edirik. Müəllifin timsalında onun yazıb-yaratmaq həvəsi sonsuzdur və tükənməzdir.
Poeziyanın şairin varlığına hakim olan bir fikrin məhsulu olması klassiklər tərəfindən dəfələrlə ən müxtəlif forma və şəkillərdə ifadə olunub. Azərbaycan ədəbiyyatında Nizamidən, Füzulidən üzü bəri şerin sənətkarın varlığından necə doğulması, yaranışı hətta təfərrüatına qədər şərh olunub. Ancaq söhbət onda deyil ki, ən yaxşı bir fikri şair müəyyən formaya, qəlibə salır və bizə oxucusuna təqdim edir. Xeyr, əslində, belə deyil. Şairin varlığına hakim olan fikir onun hissləri, emosiyaları ilə çulğaşır, başqa sözlə desək, qanına qarışır. Onun damarlarından axan qanın rəngini özünə hopdurur. Yalnız bu zaman şeir yaranır. H.İsaxanlının poeziyasını da əlvan rənglərə bürüyən, onu dil-dil ötməyə vadar edən, canlandıran, danışdıran öz qanının rənginə boyaması ilə bağlıdır. “Ziyarət”in ayrı-ayrı fəsillərində zaman, məkan dəyişir, poetik duyğuların ən müxtəlif formalarda rəngləri təzahür edir. Rənglər bəzən tündləşir, bəzən bozarır, hətta bəzən güclə seziləcək dərəcədə çalar kəsb edir. Bu, şairin damarlarından axan qanın sürəti, onun qatılaşması və bəzən də durulması ilə bağlıdır. Demək, bu poetik örnəklər yalnız ayrı-ayrı məqamlarda fikirlər şəklində təzahür eləmir, həm də şairin zəngin duyğular aləmini, onun gərginləşən, tarıma çəkilən əsəblərini, varlığını özündə ehtiva edən hisslərini bizə çatdırır. Damarlarında axan qan bu zaman şairin mənəvi aləmində fikir kimi təzahür edir. Şair bunu adicə qan hesab eləmir, insanı yaşadan vasitə, qaynaq kimi görmür. O, bu qanı həyat eşqi, yaradıcılıq enerjisi kimi təsəvvür edir. Gərək insanın qanında əvvəlcə eşqin özü yaransın, onun bəsirət gözü açılsın, o, həyatı sevsin, yaşamağın gözəlliyini duysun. Yalnız bu anlamdan sonra o, damarlarında axan mayenin qan formasında olan eşq olduğunu anlayacaq. Müəllifin düşüncəsinə görə (əsərdə Yaddaş Sahibinin qənaətinə görə), gəncliyin elə bir mərhələsi başlanır ki, bu mərhələdə zaman da, məkan da, hərəkət də bütövlükdə ecazkar, qeyriadi, füsunkar və cəzbedici olur. Özü də təsəvvür edin; qışda yağan qarın özü insanın damarlarında qaynayan (həm də sözün həqiqi mənasında qaynayan) qanı soyuda bilmir, onun mənəvi aləmində bir od qaynayır:
Zaman necə füsunkardı… Qışda lopa qar yağardı, İçimdə sönməz od vardı.
Yeraltı layların hansısa qatlarında güclü istilik enerjisi bəzən o qədər yığılır ki, yer təkinin onu boğub saxlamağa gücü çatmır. Və beləcə, vulkanlar püskürür. Şair də müəyyən mənada canlı varlıq olaraq təbiətin belə bir hadisəsinə bənzəyir. Bayırda lopa-lopa qarın yağdığı, onun özünün daxili aləmindəki alovun bu gənci təlatümə gətirdiyi dövrün özü, müəyyən mənada, açıq izah tələb edir. Onun gözlərinin önündə uzun yollar var. O, bu yolları necə keçəcək? Hələ aydın deyil, heç yolun son ucu haqqında da düşünmür. Amma bu yol ona görə cazibəlidir ki, bu yolda ona sirli baxışları ilə “arxamca gəl, mənimlə gəl, mənə çat, əlimdən tut, mənə qovuş” deyən, səssiz baxışlarla danışan gözəlin özü şairin ruhunu özünə çəkmiş, varlığını özündən almış dünyanın sahibi var:
O zaman uzundu yollar, Yol boyu gəzərdi yar. Ayaq gəzər, göz süzərdi, Könül hər şeyi bəzərdi.
Damarlarında eşq axan, gözlərindən vurğunluq yağan gəncin həyatının mənası onun könül dünyası ilə bağlıdır. Bu könül aləmi ayaqların gəzdiyi, gözlərin süzdüyü yerlərin hamısını öz dili ilə bəzəyir. Hətta sevgilisinin gövdəsinə söykənib dayandığı ağacın yarpaqlarına, bu yarpaqların tərpənişlərinə məna verir. Sanki o yarpaqların bir səhər küləyilə tərpənişləri şairə nəyi isə danışır. Burada şair anlamını aşiq kimi düşünmək təbiidir.
Yaddaş Sahibi bəzən özünü kənara çəkir, başqa sözlə, özündən özünə baxır. Yaxud bu günün gözü ilə qayıdıb həmin günləri təzədən müşahidə edir. Bir ağacın altında dayanmış axşamın qaranlığında yolları kəsişən gənclərin gözlərinin parıltısı ilə danışması, səssiz sükutla dilləşməsi damarlarında eşq axan, sevgi çağlayan gəncliyin ömür salnaməsinin başlanğıcı olan bir dövrdür. Bu, artıq insan həyatının elə anıdır ki, bu anın hər zərrəsi bir dünya qədər əhəmiyyət kəsb edir. Həmin anlarda gənclərə dünyanı əvəz olaraq verib odlu baxışlarla bir-birini süzməsini dəyişmək təklifinə onlar nifrətlə baxardılar. Çünki onların gözündə görünən parıltılar elə dünyanın özü deməkdir. Və nəhayət, Yaddaş Sahibi bu günün zirvəsindən boylanıb damarlarda çağlayan qanın o vaxt nə demək olduğunu bir daha etiraf edir. Bəli, bu, eşq idi:
Elə ki, axşam düşərdi, Sevgililər qaranlıqda
Bir anlığa görüşərdi. Gözlər həsrətlə baxardı, Damarlarda eşq axardı.
Nizaminin uca göylər üçün mehrab hesab elədiyi, Füzulinin “Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor” hökmüdür. Yaddaş Sahibi sanki klassiklərin düsturunu özünün orijinal düşüncəsi ilə tamamlayır. Eşqin damarlarda qan şəklində çağladığı dövrlərdə insan övladı özünü nağıllar aləmində bilir. Bu nağıllar aləmi son dərəcə “dadlı”dır, öz dadı ilə mənəvi aləmə bir sehr, ovsun gətirən gücdədir. Həm də bir yerdə qərar tutan deyil, damarlarında eşq axmayanların bir ildə bəlkə, elə bütün ömürləri boyu gəzə biləcəkləri yerləri, məkanları bircə anda gəzib dolanırlar. Onların xəyalı, şairin dililə desək, “atlı”dır. Çox işlənən bir fikirlə ifadə eləmiş olsaq, deməliyik ki, bu xəyallar qanadlıdır, mələk timsallıdır. Bəli, bu həyatın sirrini, sehrini ancaq onu yaşamış olanlar duya bilər:
Nağılların dünyası da Dadlı idi, atlı idi, Atları qanadlı idi. Söz-söhbət təsirli idi, Həyat necə sirli idi!
Bir daha damarlarında eşq axan gənclərin həyatının sirrini, sehrini şairin mənəvi aləmi ilə bağlamağa cəhd edək. Onda hansı mənzərəni görərik? Bu mənzərədə şairin fikirlər aləmi ilə hisslərinin, duyğularının necə qovuşduğunu müşahidə edə bilmək, əslində, onun poeziyasının sirlərini bilmək deməkdir. Bütün zamanlar boyu öz düşüncələri ilə şairlərə və poeziyaya sadiq olan ustad bütün əsər boyu bizimlə birgə addımlamış (Yaddaş Sahibi, şair və onların həmfikri olaraq mənim özüm) V.Q.Belinski belə düşünürdü:

“…Hər bir poetik əsər şairin qəlbinə hakim olan qüdrətli bir fikrin məhsuludur. Əgər biz bu fikri şairin ancaq əqli fəaliyyətinin nəticəsi saymış olsaydıq, bununla yalnız incəsənəti deyil, həmçinin incəsənətin yaranması imkanınını da məhv etmiş olardıq. Doğrudan da, iş təkcə bir fikri tapıb onu uydurulmuş bir formaya salmaqdan ibarət olsaydı, şair olmaq çox asan olmazdımı və hər kəs ehtiyac, fayda, yaxud həvəs üzündən şair ola bilməzdimi? Yox, öz təbiəti etibarilə və istedadına görə şair yarananlar bu yolla şair olmurlar! Təbiətcə şair olmayan şəxsin ağlına gələn fikir qoy nə qədər dərin, nə qədər həqiqi və hətta müqəddəs olursa-olsun, onun əsəri cüzi, yalan, saxta, eybəcər və cansız olacaq, bu əsər kimsəni inandırmayacaq, həmin əsərdə ifadə olunmuş fikrin düzgünlüyünə baxmayaraq, bəlkə də hər kəsi məyus edəcəkdir! Halbuki qara camaat incəsənəti nə isə məhz belə başa düşür, şairlərdən də məhz bunu tələb edir. Boş vaxtınızda onun üçün yaxşı bir şey düşünün, sonra isə qızılın ortasına alınan brilyant kimi bundan bir şey uydurub düzəldin! Bununla iş bitmiş olar! Yox, şairin başına gələn fikirlər belə fikirlər deyildir və bunlar şairin varlığına belə hakim kəsilmir, canlı əsərlərin canlı rüşeymləri belə olmur! İncəsənət mücərrəd, fəlsəfi və xüsusən düşünülmüş ideyaları yaxına buraxmır: o, yalnız poetik ideyaları qəbul edir; poetik ideyalar isə sillogizm, doqmat və qayda deyil, canlı ehtirasdır, pafosdur” 1.
Adamın heyfi gəlir, zəncir kimi bir-birilə bağlanan insan hisslərinin dərinliklərinə qədər baş vuran, sözə çevrilmiş bu duyğuların arasını harda, necə kəsmək olar? Axı bu cümlələrin qırılmaz məntiqi eynilə müəllifin mənəvi aləminin göstəricisidir. Eyni zamanda, “Ziyarət” müəllifinin daxili aləminin güzgüsüdür. Biz damarlarda eşq axan gənclərin ehtiraslarını, onları bir-birinə tərəf çəkən gücü görə bilirik. Başqa cür olsaydı, heç H.İsaxanlının özü də, hətta öz həyatının xatirəsi olsa belə, həmin günlərə qayıda bilməzdi. Yalnız ağlın məntiqinə söykənib hisslərdən təcrid olunar, damarlarda axanın ancaq qan olduğunu iddia edərdi. Və beləcə, damarlarında qan əvəzinə eşq axan gənclərin daxili aləmini poetik mənzərəyə, poeziyaya, şeriyyətə, şerə çevirə bilməzdi.
Bəli, poeziya emosiyaların, hisslərin, duyğuların tüğyanı ilə yaranır.

Ədəbiyyat:

Y.E.Qolosovker. “Mifin məntiqi”. Kitab aləmi. Bakı , 2006, s.94.
V.Q.Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı , 1954, s.94.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
https://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-h%c9%99yat-enerjisi-esqin-gorunm%c9%99z-gucu/feed/ 0