Haqqında yazılanlar – Hamlet İsaxanlı http://hisaxanli.org Rəsmi saytı Mon, 18 Mar 2024 10:08:38 +0000 azb hourly 1 https://wordpress.org/?v=6.4.3 Alim və qurucu ömrü https://hisaxanli.org/wp-content/uploads/2024/03/Alim-ve-qurucu-omur.docx#new_tab https://hisaxanli.org/wp-content/uploads/2024/03/Alim-ve-qurucu-omur.docx#new_tab#respond Mon, 18 Mar 2024 10:07:11 +0000 https://hisaxanli.org/?p=13069 https://hisaxanli.org/wp-content/uploads/2024/03/Alim-ve-qurucu-omur.docx#new_tab/feed/ 0 ЧТО В ЭТОТ МИР ПРИНЕС Я… https://hisaxanli.org/wp-content/uploads/2024/03/что-в-этот-мир-принес-я.docx#new_tab https://hisaxanli.org/wp-content/uploads/2024/03/что-в-этот-мир-принес-я.docx#new_tab#respond Thu, 14 Mar 2024 09:28:09 +0000 https://hisaxanli.org/?p=12912 https://hisaxanli.org/wp-content/uploads/2024/03/что-в-этот-мир-принес-я.docx#new_tab/feed/ 0 Yaddaş simfoniyası – son akkordlar http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-yaddas-simfoniyasi-son-akkordlar/ http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-yaddas-simfoniyasi-son-akkordlar/#respond Thu, 14 Mar 2024 07:09:42 +0000 https://hisaxanli.org/?p=12906 Əli Rza Xələfli

H.İsaxanlının “Ziyarət” poemasını yaddaşın əzəmətli simfoniyasına bənzətmək olar. Yaddaş Sahibinin ocaq-ocaq, cığır-cığır, ev-ev və ən başlıcası, ürək-ürək gəzdiyi yerlərdə xatirələrin oyanışı hisslərə, duyğulara təsir edir, canlanmalar poetik lövhələrə çevrilir. Beləcə, əsər boyu poeziyanın incə, duyğuları titrədən, bəzən şahə qalxan, fırtınalı dalğalara bənzəyən, bəzən az qala ağacları kökündən qoparan küləklərin vıyıltısına, bəzən də bir səhər çağında bülbüllərin cəhcəhinə bənzər səsləri dinləməli olduq. Şairin orijinal, öz səsi və öz nəfəsi ilə oxunan musiqinin son akkordlarına gəlib çatırıq. Artıq ahəng dəyişib, Yaddaş Sahibi xəyalən mənəvi dünyasını bir ömrə sığışmış olan nə varsa, hamısını gəzib, təəssüratlarını da, birinci növbədə ömrünün indiki çağları ilə bölüşüb. Şübhəsiz, bu bölgüdən onun müasirlərinə də pay çatıb. Əsərin sonluğunda şairin “saf, dumduru el nəfəsi” adı ilə təqdim etdiyi son poetik akkordlar ruhumuza həm də bir payız nəfəsi gətirir. Həzin pıçıltılarla bu payız nəfəsinin səsini dinləməli oluruq:

Kənd dursa da, ruh dəyişib, Qara zurna gözə dəymir; Görən, aşıq kimdən küsüb? Saz sinədə dastan demir.

Ömrün coşğun çağlarının ötüb-keçməsi haqqında elegiya təsiri bağışlayan bir nəğməni dinləməli olacağımızı elə bəri başdan hiss edirik. Deyəsən, Şəhriyarın ölməz “Heydərbabaya salam” poemasının ruhi-mənəvi təsiri də bu misralarda duyulur. Şəhriyar da əsərinin ikinci hissəsində yaddaş salnaməsinin səhifələrində ocaqların yerinin qaldığından, bulaqların quruduğundan, onun uşaqlıq çağlarının şəriki olan tay-tuşlarının dünyadan köç edib getməsindən danışırdı.
H.İsaxanlı da ruhların dəyişdiyini, qara zurnanın gözə dəymədiyini, qismən dəyişmiş olsa da, qalmış kəndin fonunda yada salır. Aşıqların əvvəlki şövq ilə oxumamasının səbəbini axtarır. Bəlkə, o aşıqlar kimdənsə küsüb? “Saz sinədə niyə dastan demir?” sualı ilə öz könlünə müraciət edir.
Demək, həyat öz axarını dəyişməsə də, hər axarın öz dövrü olduğunu diktə edir. Müəllifin (əsərdə Yaddaş Sahibinin) karvanı payızın qapısı ağzındadır. O, ruhuna hakim kəsilən bu fikri hissləri, duyğuları ilə sözə çevirməyə başlayır:
Karvan köçür, yola salmaq vaxtıdır,
Küsmüşəm, könlümü almaq vaxtıdır.
Laylası əskikdir nazik ömrümün,
Çal, aşıq, çal, qardaş, çalmaq vaxtıdır.

Göründüyü kimi, bu misralarda bir köç təbilinin həyəcanlarını dinləyirik. Onun aşığa müraciətlə “çal, aşıq” deməsi də daha əvvəlki çağların qaynarlığından xəbər vermir. Könlümüzə, duyğularımıza bir payız havası gətirir:
“Yarpaqlar töküləndə… nələr olur? Günəşin rəngi bir az saralır, istisi də azalır. Təbiət solur. Günəşin rənginə çalır yarpaqlar. Qızılı-sarı yarpaqların tökümü başlayır. İl ömrünü başa vurur. Bəs nədən payız həmişə sevilir? Kədər gətirsə də, bir tutqunluq gətirsə də əbədi ayrılığın başlanğıcı kimi payızı qucaqlamaq istəyirsən. Bəlkə də, ürəyinin dərinliklərində heç nə ilə üstünü örtə bilmədiyin göyüm-göyüm göynəyən sevgini ona açmaq istəyirsən. Lap ona üz tutub “Ey solğun dəm, ey xilqətin cazibəli, şux afəti” (Puşkin) məni qoyub hara gedirsən, əlimi ətəyindən üzən kimi ürəyim də üzüləcək. Axı sən mənim sevgimsən, qəlbimsən.
Sanki payız də illər boyu gizlədilmiş bu sevginin vaxtı ötmüş etirafını tökülən yarpaqları ilə şabaşlara qərq etdiyi kimi, elə bu yarpaq tökümləri ilə də sənə əlvida deyir.
Ayrılıqlar həmişə gözəldir. Ayrılıqlar anında insanın bütün uyğulu duyğuları dilə gəlir. Səssiz fəryadlar göylərə bülənd olur. Ancaq bu fəryadların ahı, amanı o göylərin yeddi qatınacan qalxsa belə, onu kimsə eşitmir, kimsə bilmir, bir özün bilirsən, bir də payız… “1
Hər halda gənclik duyğularının yüyənsiz at kimi havanı yarıb qanad açmaq istədiyi dövrlərin arxada qaldığı zamanın onun çiyninə yığdığı yükün ağırlığı altında öz ağrıları haqqında ağır-ağır danışdığı bir hekayəti dinləyirik. Bu hekayətin sevinci və kədəri bir-birinə o qədər qovuşub ki, hətta onları ayırmaq da mümkün deyil. Yaddaş Sahibi ömrünün bu məqamını hamıya danışmaq istəməzdi. Ancaq özünün mənəvi aləmində gizləyib saxlamaq da istəmir. Ola bilsin ki, onu çoxları başa düşməsin, duymasın. Amma hər halda kimsə duyacaq və o, öz salamını da onu duya bilən kimsəyə ünvanlayır:
Bir ömürlük sevincimi, naləmi,
Yüklənərək yelkən açdı bir gəmi.
Ömür keçdi dalğalarla yan-yana,
Salam olsun bu əhvalı duyana.

İnsan nə qədər sevinclər içərisində olsa da, daxili aləmində onu həmişə vüsalına qovuşmayan arzuların iztirabları, ağrıları ilə baş-başa qoyan bir kədər yükü də var. Bəlkə də, bu kədər yükü, ağrısı olmasaydı, insan öz sevincləri ilə çox bayağı görünərdi. Hansı əsər, hansı ədəbi istedad onun daxili aləmindən gələn bu kədər duyğularını verə bilirsə, demək, oxucusuna bir qapı açır. Füzuli ona görə cazibədardır, Füzulini oxumaq insan hisslərinin dərinliklərinə baş vurmaq, insanın özünü duymaq, kədərini anlamaq deməkdir. Əlbəttə, poeziyanın öz dilini bilənlərdən söhbət gedir. Görünür, professor Kamil Vəli Nərimanoğlu Füzuli poeziyasından danışanda elə bu anlamı nəzərdə tutur:
“Yetər ki, sən kitabı aç və ilk misranı oxu. Bu dua, bu vəhy səni alıb aparacaq. Gedəcəksən və öz kədərin qədər kədərlənəcəksən, kədərlənə bildiyin qədər kədərlənəcəksən. O qədər duman, sis, ağrı gətirəcəksən. Və görəcəksən ki, bu ağrı insanı yaşadan qüdrətin özüdür. Tanrıya doğru atılan addımdır. Nəfəsdir. Bir dünyadan bir neçə dünyaya açılan qapıdır”.

İnsan hisslərini, insan duyğularını öz təravətində təzədən insanlara qaytaran səsi arzulayan şair ömrünün payız qapısında yenə nikbin duyğularla yaşayır. Axı insan nəsilləri yeni fəsillər görəcək, yeni nəsillər bu fəsillərdən keçdikcə bir vaxt Yaddaş Sahibinin dediyi kimi, damarlarında axan qanın eşq olduğunu duyacaqlar. Ona görə də, Yaddaş Sahibinin ruhu da bu yeni nəsillərlə təzədən qayıdacaq və torpağa müraciətlə tükənməz ilham çeşməsi arzulayacaq:
Ana torpaq, səslə bizi,
Tükənməz ilham çeşməsi.
Kölgə düşən qəlbimizi
İsidəcək nəğmə səsi.
Bu büsata hay verəcək
Qayalardan axan su tək
Saf, dumduru el nəfəsi.
Könülləri, kölgələnən ürəkləri “Qayalardan axan su kimi saf, dumduru el nəfəsi” isidəcək. Həyat yenə gözəl olacaq. Çünki həyatın nəbzi yeni nəsillərin ürəyinin ahəngi ilə döyünəcək. Amma Yaddaş Sahibi indi doğulub-böyüdüyü, arzuları ilə qucaqlaşdığı diyarda tamam başqa bir mənzərəni sanki onun özünə tərəf gələn, onun ruhunun daşıyıcısı olan körpə bir uşağı görür. Onun doğma eldə-obada, öz dünyasını yaratdığı məkanda ətrafına yığılan adamların arasında ruhu böyük hörmət-izzət görür. Onun adına, onun yaratdıqlarına ehtiramı duyur:
Doğulduğum, boy atdığım, Arzularla qucaqlaşıb
Öz dünyamı yaratdığım
Doğma eldə, obadayam.
Yığılıbdır xeyli adam,
Bu ülfətə mən də şadam. Üz-gözlərdə hörmət, izzət, Hər damlaya dərya qiymət…
Şair, bəlkə də, son akkordlar kimi bir vaxt ruhunun gəzəcəyi yerlərdə sonuncu sirlərini açır.
Buna “istedadin sirri” də demək olar:

“Hər bir ədəbi istedadın cəmiyyətdən, onu əhatə eləyən mühitdən gizli qalan bir sirri var. Bəlkə də, həmin sirr nədirsə, o sirrin özü istedadı daim qıcıqlandırır, onu yazmağa, yaratmağa həvəsləndirir. Bəs bu sirr deyilən nədir? Onun yəni hər hansı bir müəllifin geyimində, paltarında, davranışında, danışığında gizlənir bu sirr, yoxsa daha dərin qatlarda onun mahiyyətini axtarmaq lazımdır?
Zənnimcə, insanın həm də bu yöndən istedadın yaradıcılıq potensialı onun daxili-mənəvi mühitində gizlənən enerjidir. Və bizim üçün – yaradıcı adamın müasiri üçün örtülü olan, bəlkə də, bir çox məqamlarda açıla bilməyən tərəfləri biz “sirr” adlandıraraq o daxili-mənəvi mühitdə gizlənən enerjidə axtarmalıyıq “1.
Ayrılıqların gözəlliyi daxili aləmin içində gizlənib qalmış olan sonuncu işığın üzə çıxmasıdır. Bəlkə də, ayrılıqlara qədər aşiqin cəsarət eləyib üzə çıxarmadığı etiraflar yalnız bu ayrılıqlar anında dilə gəlir. Və “Ziyarət”in son misralarında Hamletin bu etiraflarını da, həm də çox səmimi etiraflarını da, dərin hisslərlə müşayiət olunan duyğulanmalarını da misra-misra ruhumuza çəkirik:
Bu yerlərə çox gəlmişəm,
Gəldikcə də kövrəlmişəm.
Nəşəm qəmlə görüşübdür,
Sevincimə xal düşübdür.
Ey Tanrıdan aldığım nur,
Sən göstərən yol doğrudur.
De, keçmişdənmi gəlmişəm,
Ya mən özüm köhnəlmişəm?

Bu, “Ziyarət” poemasının sonuncu misralarıdır. İlk baxışdan oxucuya elə gələ bilər ki, şair (əsərdə Yaddaş Sahibi) “Ziyarət”in fonunda bütün təəssüratlarını misralara çevirib, poetik lövhələrlə gələcək nəsillərə ünvanlayıb. Bəs onda nə üçün sonuncu misranın doğurduğu sual intonasiyası ilə dilemma qarşısında qaldığını etiraf edir. Bu, hansı məchulluqdur? Hansı açılmayan müəmma var ki, şair ona müdaxilə edə bilməyib? Əgər diqqət edilsə, bütün sualların cavabını əsər boyu o, özündən soruşmağa cəhd edib. Əsərin ayrı-ayrı hissələrində Tanrıya müraciətlər, insana, keçmişə, gələcəyə xitablar, müraciətlər sıralansa da, son anda yenə o, öz qəlbinə, özünün mənəvi aləminə qayıdır sualı da əslində, Tanrının adını çəksə də, özünə verir. Tanrı Şairlik istedadını, mənəvi aləminə, sözə aşiqlik nuru bəxş eləməklə Allahlıq, Tanrılıq borcunu ödəyib. İndi qalır onun mənəvi aləminə hakim olan nur ilə, İlahi güclə onun arasındakı münasibətlərin harmoniyası, ahəngi…
Şairin qənaətinə görə bu nur, bu İlahi missiya onun yolgöstərənidir. Ən düzgün yolu da yalnız bu nur göstərə bilər. Elə ona görə də müəllifin zənninə görə, az qala bir əsri əhatə edən yaddaş tarixində Yaddaş Sahibi ona aydın olmayan daxili aləmindəki müəmmaya, suala çevrilmiş əsas mətləbə yaxınlaşa bilməyib. Yəni onun öz dövründə hansı zamanın adamı olduğu sual olaraq qalır. O, keçmişdənmi gəlib, yoxsa özü keçmişdən gəlməyib, bu günün adamıdır bunu bilmir. Ona görə də şübhəli qalan budur ki, bəlkə, özü köhnəlib? Hər halda mənəvi dəyərlərin də zamanın sınaqlarından çıxanı var, aşınmaya məruz qalanı var, yeni olanın da mənəviyyata daxil olmaqla vətəndaşlıq haqqı qazananı var. Ona görə də əslində şairin Tanrının ona verdiyi nura müraciəti gələcək nəsillərə ünvanlanmış sualdır. Bəli, bu suala gələcək nəsillər cavab verəcək. Kimin kim olduğunu aydınlaşdırmaq yalnız gələcəyin (gələcək nəsillərin) missiyasıdır.
* * *
H.İsaxanlının poeziyası daha çox musiqiyə bənzəyir. Bəzən səhradan
keçən karvan yolundakı bir qatarın ağır, ləngərli yerişilə muğam sədaları dinləyirik. Bəzən simlərdə tufan yaradan sazın yanğıları bizi qovurur. Bəzən də həzin, sakit çay axarı ilə hansısa bir məbədin içərisindən, divarların, daşların arasından özünə yol tapıb çıxan orqan musiqisinin sehrinə düşürük. Simfonik sədalar bizi düşündürür, bəzən də “Üvertüra”nın qanı coşduran sədaları altında yumruqlarımız düyünlənir, qəzəbimiz ovxarlı qılınc kimi haqsızları doğramaq üçün qınından siyrilir.
…Şair qan istəmir, şair qan istəməz. Amma həm də qan tökməkdən, qan içməkdən gözü doymayanlara qan qusdurmağı istəyər.
H.İsaxanlının poeziyasında bəlkə də, yaşından çox böyük bir müdriklik var. Amma görünür, haqsızlıq şairin qana çevrilib dizindən yuxarı qalxanda onun müdrikliyi də kara gəlmir. İnsanın haqqını qorumaq istəyi daha ucadır.
* * *
H.İsaxanlıda sözə aşiqlik var. Bəli, təkcə poeziyaya yox, sözə aşiqlik var. Dünya fəlsəfi irsini tədqiq edəndə də, rus ədəbi irsinin ən dəyərli nümunələrini araşdıranda da sözə vurğunluğu ətrafında bir işıqlı halə yaradır. Mənəvi aləmin nuru onun sözündə açıq-aşkar görünür. Hər halda bu aşiqlik, bu vurğunluq nə qədər vurnuxsa da, nə qədər çırpınsa da, poeziya mələyinin onu oxşayan gözəgörünməz əlləri altında sakitləşir, həzin-həzin pıçıltılarla bu mələyə öz nəğmələrini oxuyur. Və yalnız bu zaman özünü daha çox bəxtiyar, daha çox xoşbəxt hiss edir. “Bu da bir həyatdı”, “Dördlüklər”, “Təzadlar” və həm də “Ziyarət” poemasındakı səmimi, duyğulu poetik örnəklər fikrimizin təsdiqi üçün canlı sübutlardır. Son onillik mərhələ onun poeziya ömrüdür
hökmü həmişə doğru olacaq! Onu yaşadacaq poeziya ömrü.
…H.İsaxanlı sözün bətnində hansı gücün olduğunu yaxşı bilir. Və daha çox poetik sözün daxili aləmindəki enerjinin nəyə qadir olduğunu… Əməl insanın özündən daha uzunömürlüdür, illah da, sözə, sənətə çevrilmiş əməl!

Ədəbiyyat:

Ə.Xələfli.”Yarpaqlar töküləndə” (esse). 30.05.2006
Kamil Vəli Nərimanoğlu. “Özümüz, sözümüz”. Çinar-Çap.Bakı , 2005, s.437.
Ə.Xələfli.”İstedadın sirri” (esse), 02.04.2010
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-yaddas-simfoniyasi-son-akkordlar/feed/ 0
Həyat enerjisi – eşqin görünməz gücü http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-h%c9%99yat-enerjisi-esqin-gorunm%c9%99z-gucu/ http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-h%c9%99yat-enerjisi-esqin-gorunm%c9%99z-gucu/#respond Thu, 14 Mar 2024 07:07:33 +0000 https://hisaxanli.org/?p=12904 Əli Rza Xələfli

Cəmiyyət həmişə keçmişi idealizə etdiyi kimi, cəmiyyəti yaradan ayrıayrı insanlar da artıq yaşamış olduqları həyatı daha çox idealizə edirlər. Sanki sehirli bir aləmdən ayrılıblar və bir də həmin aləmə doğru həmişə can atırlar. Uşaqlarda isə əksinədir, uşaqlar böyüklərin yaşadığı həyata tələsir. Amma bu həyata çatan kimi üzü geriyə boylanır və ən gözəl günlərinin geridə qaldığını düşünürlər. Görünür, bu, həyatın özündən gələn, həyatın təbiətindən doğan bir hissdir. Və biz Yaddaş Sahibinin “damarlarda eşq axardi” xatırlaması ilə gəncliyini, yeniyetməlik çağlarını bu qədər böyük hiss və həyəcanla anmasını da həmin hisslərlə bağlamalıyıq. Və görünür, elə bu səbəbdən gənclik əldən gedəndən sonra, insanlar yenidən gəncliyə qayıtmaq, yenidən cavanlaşmaq iksirini axtarıblar. Azərbaycan nağıllarındakı sehirli almanı yada salaq: Məlikməmmədi qaranlıq dünyadan keçirərək yenidən işıqlı aləmə qaytaran hadisələrin məğzində bu sehirin, bu ovsunun tapılması əsas şərtdir. Söhbət onda deyil ki, həqiqətən belə bir sehirli alma var, ya yox?! Amma insanlar hər halda bu almanı arzulayıblar. İnsanların zahiri əlamətlərdə onları gəncləşdirən, cavanlaşdıran, yaxud gənc kimi, cavan kimi göstərən vasitələrə meyl etmələri, müəyyən forma dəyişikliklərinə can atmaları həmin istəyin nəticəsidir. Cismani əbədi həyat olmadığı kimi, insanın yaşadığı ömrə cismən qayıdışı da mümkün deyil. Mifin məntiqinə görə,
“Ambroziya (müşkənbər) öz-özlüyündə yalnız gənclik, güc və gözəllik verirdi. O, bədənin əbədi yeniləşməsi üçün qidadır. İlahilərin ölümsüzlüyü əbədi həyatla, daimi gəncliyin və gözəlliyin birgəliyi kimi təsəvvür olunurdu”.

Əlbəttə, söhbət mifdən gedəndə. Amma gəncliyə qayıdış bütün zahiri vasitələrdən asılı olmayaraq (zahiri vasitələr müəyyən təsəvvürlər yarada bilər), ancaq xəyalən, ruhən mümkündür, insanın həyat enerjisindən, onun daxili-mənəvi ehtiyatından, həyata sevgisindən asılıdır. Bu hiss insanda bir mənəvi səfərbərlik yaradır. Onu gənclik enerjisi ilə yazmağa-yaratmağa sövq edir (müəyyən yaş dövrünü keçirən insanların fiziki işlə də belə şövqlə işləmələri mümkündür), amma bir şərtlə, gərək insanın damarlarında qan formasında eşq (həyat enerjisi, güc) çağlamış olsun. Hər halda, Yaddaş Sahibinin belə gücünü hiss edirik. Müəllifin timsalında onun yazıb-yaratmaq həvəsi sonsuzdur və tükənməzdir.
Poeziyanın şairin varlığına hakim olan bir fikrin məhsulu olması klassiklər tərəfindən dəfələrlə ən müxtəlif forma və şəkillərdə ifadə olunub. Azərbaycan ədəbiyyatında Nizamidən, Füzulidən üzü bəri şerin sənətkarın varlığından necə doğulması, yaranışı hətta təfərrüatına qədər şərh olunub. Ancaq söhbət onda deyil ki, ən yaxşı bir fikri şair müəyyən formaya, qəlibə salır və bizə oxucusuna təqdim edir. Xeyr, əslində, belə deyil. Şairin varlığına hakim olan fikir onun hissləri, emosiyaları ilə çulğaşır, başqa sözlə desək, qanına qarışır. Onun damarlarından axan qanın rəngini özünə hopdurur. Yalnız bu zaman şeir yaranır. H.İsaxanlının poeziyasını da əlvan rənglərə bürüyən, onu dil-dil ötməyə vadar edən, canlandıran, danışdıran öz qanının rənginə boyaması ilə bağlıdır. “Ziyarət”in ayrı-ayrı fəsillərində zaman, məkan dəyişir, poetik duyğuların ən müxtəlif formalarda rəngləri təzahür edir. Rənglər bəzən tündləşir, bəzən bozarır, hətta bəzən güclə seziləcək dərəcədə çalar kəsb edir. Bu, şairin damarlarından axan qanın sürəti, onun qatılaşması və bəzən də durulması ilə bağlıdır. Demək, bu poetik örnəklər yalnız ayrı-ayrı məqamlarda fikirlər şəklində təzahür eləmir, həm də şairin zəngin duyğular aləmini, onun gərginləşən, tarıma çəkilən əsəblərini, varlığını özündə ehtiva edən hisslərini bizə çatdırır. Damarlarında axan qan bu zaman şairin mənəvi aləmində fikir kimi təzahür edir. Şair bunu adicə qan hesab eləmir, insanı yaşadan vasitə, qaynaq kimi görmür. O, bu qanı həyat eşqi, yaradıcılıq enerjisi kimi təsəvvür edir. Gərək insanın qanında əvvəlcə eşqin özü yaransın, onun bəsirət gözü açılsın, o, həyatı sevsin, yaşamağın gözəlliyini duysun. Yalnız bu anlamdan sonra o, damarlarında axan mayenin qan formasında olan eşq olduğunu anlayacaq. Müəllifin düşüncəsinə görə (əsərdə Yaddaş Sahibinin qənaətinə görə), gəncliyin elə bir mərhələsi başlanır ki, bu mərhələdə zaman da, məkan da, hərəkət də bütövlükdə ecazkar, qeyriadi, füsunkar və cəzbedici olur. Özü də təsəvvür edin; qışda yağan qarın özü insanın damarlarında qaynayan (həm də sözün həqiqi mənasında qaynayan) qanı soyuda bilmir, onun mənəvi aləmində bir od qaynayır:
Zaman necə füsunkardı… Qışda lopa qar yağardı, İçimdə sönməz od vardı.
Yeraltı layların hansısa qatlarında güclü istilik enerjisi bəzən o qədər yığılır ki, yer təkinin onu boğub saxlamağa gücü çatmır. Və beləcə, vulkanlar püskürür. Şair də müəyyən mənada canlı varlıq olaraq təbiətin belə bir hadisəsinə bənzəyir. Bayırda lopa-lopa qarın yağdığı, onun özünün daxili aləmindəki alovun bu gənci təlatümə gətirdiyi dövrün özü, müəyyən mənada, açıq izah tələb edir. Onun gözlərinin önündə uzun yollar var. O, bu yolları necə keçəcək? Hələ aydın deyil, heç yolun son ucu haqqında da düşünmür. Amma bu yol ona görə cazibəlidir ki, bu yolda ona sirli baxışları ilə “arxamca gəl, mənimlə gəl, mənə çat, əlimdən tut, mənə qovuş” deyən, səssiz baxışlarla danışan gözəlin özü şairin ruhunu özünə çəkmiş, varlığını özündən almış dünyanın sahibi var:
O zaman uzundu yollar, Yol boyu gəzərdi yar. Ayaq gəzər, göz süzərdi, Könül hər şeyi bəzərdi.
Damarlarında eşq axan, gözlərindən vurğunluq yağan gəncin həyatının mənası onun könül dünyası ilə bağlıdır. Bu könül aləmi ayaqların gəzdiyi, gözlərin süzdüyü yerlərin hamısını öz dili ilə bəzəyir. Hətta sevgilisinin gövdəsinə söykənib dayandığı ağacın yarpaqlarına, bu yarpaqların tərpənişlərinə məna verir. Sanki o yarpaqların bir səhər küləyilə tərpənişləri şairə nəyi isə danışır. Burada şair anlamını aşiq kimi düşünmək təbiidir.
Yaddaş Sahibi bəzən özünü kənara çəkir, başqa sözlə, özündən özünə baxır. Yaxud bu günün gözü ilə qayıdıb həmin günləri təzədən müşahidə edir. Bir ağacın altında dayanmış axşamın qaranlığında yolları kəsişən gənclərin gözlərinin parıltısı ilə danışması, səssiz sükutla dilləşməsi damarlarında eşq axan, sevgi çağlayan gəncliyin ömür salnaməsinin başlanğıcı olan bir dövrdür. Bu, artıq insan həyatının elə anıdır ki, bu anın hər zərrəsi bir dünya qədər əhəmiyyət kəsb edir. Həmin anlarda gənclərə dünyanı əvəz olaraq verib odlu baxışlarla bir-birini süzməsini dəyişmək təklifinə onlar nifrətlə baxardılar. Çünki onların gözündə görünən parıltılar elə dünyanın özü deməkdir. Və nəhayət, Yaddaş Sahibi bu günün zirvəsindən boylanıb damarlarda çağlayan qanın o vaxt nə demək olduğunu bir daha etiraf edir. Bəli, bu, eşq idi:
Elə ki, axşam düşərdi, Sevgililər qaranlıqda
Bir anlığa görüşərdi. Gözlər həsrətlə baxardı, Damarlarda eşq axardı.
Nizaminin uca göylər üçün mehrab hesab elədiyi, Füzulinin “Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor” hökmüdür. Yaddaş Sahibi sanki klassiklərin düsturunu özünün orijinal düşüncəsi ilə tamamlayır. Eşqin damarlarda qan şəklində çağladığı dövrlərdə insan övladı özünü nağıllar aləmində bilir. Bu nağıllar aləmi son dərəcə “dadlı”dır, öz dadı ilə mənəvi aləmə bir sehr, ovsun gətirən gücdədir. Həm də bir yerdə qərar tutan deyil, damarlarında eşq axmayanların bir ildə bəlkə, elə bütün ömürləri boyu gəzə biləcəkləri yerləri, məkanları bircə anda gəzib dolanırlar. Onların xəyalı, şairin dililə desək, “atlı”dır. Çox işlənən bir fikirlə ifadə eləmiş olsaq, deməliyik ki, bu xəyallar qanadlıdır, mələk timsallıdır. Bəli, bu həyatın sirrini, sehrini ancaq onu yaşamış olanlar duya bilər:
Nağılların dünyası da Dadlı idi, atlı idi, Atları qanadlı idi. Söz-söhbət təsirli idi, Həyat necə sirli idi!
Bir daha damarlarında eşq axan gənclərin həyatının sirrini, sehrini şairin mənəvi aləmi ilə bağlamağa cəhd edək. Onda hansı mənzərəni görərik? Bu mənzərədə şairin fikirlər aləmi ilə hisslərinin, duyğularının necə qovuşduğunu müşahidə edə bilmək, əslində, onun poeziyasının sirlərini bilmək deməkdir. Bütün zamanlar boyu öz düşüncələri ilə şairlərə və poeziyaya sadiq olan ustad bütün əsər boyu bizimlə birgə addımlamış (Yaddaş Sahibi, şair və onların həmfikri olaraq mənim özüm) V.Q.Belinski belə düşünürdü:

“…Hər bir poetik əsər şairin qəlbinə hakim olan qüdrətli bir fikrin məhsuludur. Əgər biz bu fikri şairin ancaq əqli fəaliyyətinin nəticəsi saymış olsaydıq, bununla yalnız incəsənəti deyil, həmçinin incəsənətin yaranması imkanınını da məhv etmiş olardıq. Doğrudan da, iş təkcə bir fikri tapıb onu uydurulmuş bir formaya salmaqdan ibarət olsaydı, şair olmaq çox asan olmazdımı və hər kəs ehtiyac, fayda, yaxud həvəs üzündən şair ola bilməzdimi? Yox, öz təbiəti etibarilə və istedadına görə şair yarananlar bu yolla şair olmurlar! Təbiətcə şair olmayan şəxsin ağlına gələn fikir qoy nə qədər dərin, nə qədər həqiqi və hətta müqəddəs olursa-olsun, onun əsəri cüzi, yalan, saxta, eybəcər və cansız olacaq, bu əsər kimsəni inandırmayacaq, həmin əsərdə ifadə olunmuş fikrin düzgünlüyünə baxmayaraq, bəlkə də hər kəsi məyus edəcəkdir! Halbuki qara camaat incəsənəti nə isə məhz belə başa düşür, şairlərdən də məhz bunu tələb edir. Boş vaxtınızda onun üçün yaxşı bir şey düşünün, sonra isə qızılın ortasına alınan brilyant kimi bundan bir şey uydurub düzəldin! Bununla iş bitmiş olar! Yox, şairin başına gələn fikirlər belə fikirlər deyildir və bunlar şairin varlığına belə hakim kəsilmir, canlı əsərlərin canlı rüşeymləri belə olmur! İncəsənət mücərrəd, fəlsəfi və xüsusən düşünülmüş ideyaları yaxına buraxmır: o, yalnız poetik ideyaları qəbul edir; poetik ideyalar isə sillogizm, doqmat və qayda deyil, canlı ehtirasdır, pafosdur” 1.
Adamın heyfi gəlir, zəncir kimi bir-birilə bağlanan insan hisslərinin dərinliklərinə qədər baş vuran, sözə çevrilmiş bu duyğuların arasını harda, necə kəsmək olar? Axı bu cümlələrin qırılmaz məntiqi eynilə müəllifin mənəvi aləminin göstəricisidir. Eyni zamanda, “Ziyarət” müəllifinin daxili aləminin güzgüsüdür. Biz damarlarda eşq axan gənclərin ehtiraslarını, onları bir-birinə tərəf çəkən gücü görə bilirik. Başqa cür olsaydı, heç H.İsaxanlının özü də, hətta öz həyatının xatirəsi olsa belə, həmin günlərə qayıda bilməzdi. Yalnız ağlın məntiqinə söykənib hisslərdən təcrid olunar, damarlarda axanın ancaq qan olduğunu iddia edərdi. Və beləcə, damarlarında qan əvəzinə eşq axan gənclərin daxili aləmini poetik mənzərəyə, poeziyaya, şeriyyətə, şerə çevirə bilməzdi.
Bəli, poeziya emosiyaların, hisslərin, duyğuların tüğyanı ilə yaranır.

Ədəbiyyat:

Y.E.Qolosovker. “Mifin məntiqi”. Kitab aləmi. Bakı , 2006, s.94.
V.Q.Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı , 1954, s.94.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-h%c9%99yat-enerjisi-esqin-gorunm%c9%99z-gucu/feed/ 0
Xəyalın qanadlarında http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-x%c9%99yalin-qanadlarinda/ http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-x%c9%99yalin-qanadlarinda/#respond Thu, 14 Mar 2024 07:05:46 +0000 https://hisaxanli.org/?p=12902 Əli Rza Xələfli

Bədii əsər istər poeziya olsun, istərsə də nəsr nə vaxt oxucunu çəkir? Sözün bədii gücü nə vaxt özünü göstərə bilir, ecazkar haləsini yaradır? Bəlkə də, bədii sözü yaradanlar bu barədə ya düşünmür, ya da çox az düşünürlər. Əvəzində ədəbiyyatın sirrini axtaranlar, ədəbiyyatın eczkar mahiyyətini anlamağa çalışanlar bədii sözün dərk olunduğu gündən bəri bu suallar ətrafında baş sındırırlar. Sənətkar hər hansı bir obrazı həyatda görə bilirsə və yaxud özündən kənar xarici mühitin təsirilə onun mənəvi aləmində yaranan təəssüratlar, hadisələr müəyyən olunmuş bir xətt ətrafında düzülürsə və demək olar ki, sənətkar həmin proseslərə müdaxilə eləmirsə, demək, obrazların, hadisələrin təbiiliyi də qorunur. Sənətkar təbiiliyi, onun daxili aləmində formalaşmış obrazlara səmimi münasibətini qoruyursa, onda bədii sözün haləsində ecazkar bir mühit yaranır. Bu, cəlbedici bir mühitdir, oxucunu çəkən mühitdir. Ətrafı özünə cəzb edən, haradan baxılsa görünən bir mühitdir. Bir çəməndə bal üçün şirəsi olan çiçəyi arıya göstərən yoxdur. Amma arı özünün təbii instinkti ilə o çiçəyin xüsusi qoxusunu duyur, hiss edir və çəməndə yeganə olsa belə həmin çiçəyi tapa bilir.
Demək, əsas məsələ yazıçının hadisələrə yanaşma tərzi ilə bağlıdır. Onun daxili aləmində formalaşmış olan dünyagörüşü, məqsəd və məramı ilə bağlıdır. Beləliklə, sənətkar özünün məqsədini, məramını müəyyən hadisələrin fonunda ardıcıl olaraq diktə edir və onun oxucuya danışmaq istədiyi məzmun yaranır.
Ayrı-ayrı oxucuların belə bir qənaəti ola bilər ki, H.İsaxanlının poetik yaradıcılığında forma baxımından bir dağınıqlıq var. Doğrudur, dərzinin biçdiyi paltar sahibinin əyninə, ölçüsünə, biçisinə uyğun gələndə onu daha gözəl göstərir. Amma ən qiymətli bir paltarı belə ən mahir dərzinin əli ilə biçilmiş-tikilmiş bir paltarı, belə paltarın nə demək olduğunu bilməyən meymuna geydirsən onu, bəlkə də, zahirən, kənardan baxanda insana bənzədə bilər, amma meymunu döndərib insan eləyə bilməz. Demək, əsas məsələ yazıçının, sənətkarın oxucuya aşılamaq istədiyi ideya ilə bağlıdır. H.İsaxanlı poetik lövhələrində məhz bu ölçülərə sadiqdir, başqa sözlə, mənəvi ölçülərə… Onun yaradıcılığı daxili aləmindən gələn səslərin oxucuya yad, təsirlərsiz çatdırılması ilə fərqlənir. “Ziyarət” poemasında da bu təbiiliyi, müəllifin daxili aləmindən gələn səslərin fərdiliyini və orijinallığını hiss edirik. Əsərin son hissələri ilk baxışdan Yaddaş Sahibinin xatırlamaları ilə əlaqəsiz, yaxud da zəif əlaqəli görünə bilər. Amma əslində, belə deyil. Yaddaş Sahibi hər şeyi danışıb. Ziyarətə çağıran ilk zəng səslərindən tutmuş, ziyarətdən sonra ziyarətçini ziyarət edənlərin münasibətlərinə qədər nə varsa, hamısı artıq məlumdur. Bir anlığa şairi də elə belə bir müsafir kimi təsəvvür edək. O, səfərini başa vurub, olanların hamısını danışıb, onu ziyarət edənlər də dinləyiblər və nəhayət ki, hərə dağılışıb bir yana. Amma bu uzun yol müsafirinin xəyal, düşüncə aləmindən gəlmiş Yaddaş Sahibinin bir özü, bir də qəlbi tənhalıqdadır. O, öz könlü ilə danışır. Daha doğrusu, heç kimsəyə deyə bilmədiyi, heç kimsəyə aça bilmədiyi duyğularını nəğmələrə çevirir. Beləliklə, “Ziyarət” poemasının “nəğmələrin qanadinda” adlı bir hissəsi yaranır. Yaddaş Sahibi o, bu hissədə şairin özü ilə eyniləşib kimsəyə danışa bilmədiklərini bəlkə də, onu bir kimsənin anlamayacağını düşündüyündən içindəki nəğmələrini həzin-həzin, özü üçün oxumağa başlayır:
Dənizlər olmayan yerdə Çayda dənizçi olardım. Ləpələnən boz çöllərdə Şütüyərdim, iz salardım. Külək içimə dolardı, Köynəyim yelkən olardı.
Zirvədən başlanan yolun son ucu dənizdə qurtarır. Bu, bir insan ömrüdür. Bu, bir insanın həyatdan aldığı paydır. Zirvə onun həyata gəlişidir, dünyanın hər tərəfindən görünən bir məqamdır. Onun ilkin çığırtısı hər tərəfdən eşidilir; dünyaya insan gəlir! Məhz zirvə olduğu üçün bu səsi insanlar eşidir. Amma dənizdə qurtaran yol əbədiyyətin başlanğıcıdır. Sanki əsər boyu müəllif yaddaşında oyanan nə varsa, hamısını dənizəcən keçdiyi yollarda danışır. Amma indi üzü zirvəyə tərəf. O zirvədə qoyub gəldiyi ilk çığırtısı ilə insanlara sevinc gətirmiş güllərə tərəf nəğməsini oxuyur. Orada necə idi, hansı hisslərlə yaşayırdı? Hansı duyğuları ilə sinəsi qabarır, könlü atlanırdı? Bəlkə də, o, həmin zirvədə üzü dənizə sarı boylanıb bir dənizçi olmaq istəyirmiş. Dənizlər də onun üçün boz çöllərə bənzəyirmiş. Onun köynək yelkəni küləyin axarında qanadlarını açarmış və hərdən də dönüb ləpələrə baxar, ləpələrin yuyub apardığı izinə baxarmış. Hər halda, bu, onun ilk arzuları idi. Onu həyata, göylərin ənginliyində qanadlarını çalıb süzdüyü boşluqlarda qoruyub saxlayan, onun uçuşunu təmin edən arzular idi.
İnsan dərəyə enməkdən çox dağa qalxmağı arzulayır. Eynilə bu düsturu onun həyatının mənasına da şamil etmək olar. İnsan ucalığa can atır. Mənəvi ucalıq insanın gücünün, qüdrətinin mahiyyətidir. Təbiətdəngəlmə duyğular şairin məramına, niyyətinə çevrilir:
Gül ətirli, göy yamaclı, Dik qayalı, bulud saçlı. Dağları seyrə dalardım, Ucalıqdan həzz alardım.
Onun ucalıqdan, ucalıq eşqindən məmnun olması, hətta bəzən xəyalən çatdığı bu ucalığın yüksəkliyində xumarlanması, məst olması, bu ucalıq həzzini öz canında duyması onun boy artmasıdır, mənəvi böyüməsidir. Sanki həmin ucalıqdan özü boyda olan dağlara baxır, dağlarla özü arasında bir müvazilik, bir yaxınlıq, mənəvi qohumluq görür. Həmin andaca təzədən günlərimizə qayıdır. Sanki həmin o uşaqlıq arzusuna asanlıqla, xəyalən qalxdığı ucalıqlara təbəssümlə, uşaq sadəlövhlüyünə yumşaq bir istehza da duyulur onun bu münasibətində. Yağışlara vurulmaq, hələ əlinin çatmadığı, ovuclayıb bir yay gününün istisində ağzına təpəcəyi dağ qarına həsrətli sevgisini təzədən yaşayır. Bu, o qədər saf, o qədər təmiz bir sevgidir ki, hətta onun rəngini belə oxucu təsəvvür edir. Dağların ucalığındakı qarın ağlığı kimi…
Bir uşaqdım, vurulmuşdum Asta yağan yağışlara.
Həsrətli bir sevgim vardı, Dağ başına düşən qara.
Bir uşaqdım vurulmuşdum, Göydə gəzən buludlara.

Uşağın mənəvi aləmi safdır, təmizdir, qərəzsizdir, uşaq nə vaxtsa qanadlarının olacağına inanır. Ona görə də bəzən vahiməli görünən, bəzən alatala, seyrək-seyrək başımızın üstündən keçib gedən buludlaracan qalxıb onun üstündə anasının yırğaladığı beşikdə olduğu kimi, əmin-amanlıqla, asudə, qollarını açıb dincəlmək, göy üzündəki buludların üstündən yerləri süzmək istəyir. Bəs onda uşaq niyə buludlara vurulmasın? Niyə buludları sevməsin? Buludlar ki, onu bu qədər ucalıqlara qaldıra bilər.
Göründüyü kimi, onun mənəvi mühitində saf bir sevginin təməli qoyulub. Bundan sonra o uşağın dünyasında heç vaxt tikanlar, qanqallar bitə bilməz. Onun ruh çəmənzarında elə ətirli güllər, elə yaşıl çəmənlər dil açıb danışacaq ki, onun səsini eşidən hər kəs bu çəmənzara gəlmək istəyəcək. Bu, həyatın gözəllik donudur, bu, həyatın həyata çağırış səsidir. Burada o, artıq özünü dərk edir. Buludların üstünə qalxmaq qanadı olmasa da, sevgi aləminin ucağılında onu saxlayacaq, onu daha da kamilləşdirəcək sevgi qanadları yaranacaq. Və bu zaman o, arxasınca baxan iki həsrətli gözü görəcək. Bu iki göz onu əbədi olaraq özünə bağlayacaq. Onun qəlbində yandırdığı odla özündən şimşək qanadları ilə onun sinəsinə köçürdüyü hisslərlə, duyğularla… Beləcə, bir gəncin sevdası başlanır. Və o, yuxusuz gecələrində ona baxan iki gözü heç vaxt unutmayacaq, həmişə ona doğru uçacaq. Çatacaq, çatmayacaq bunu həyat bilər:
İki gözdən bir od aldım,
Alışdım, sönə bilmədim. Gecə-gündüz qanad çaldım, Geriyə dönə bilmədim.
Bəzən saf, təmiz məhəbbətin çiçəyi çırtlasa da, gülləri açılsa da, onun vaxtsız solduğunu, onun bar-bəhrə gətirmək üçün öz fəslinin gəlmədiyini də görürük. Əsərin qəhrəmanı ömrü boyu sinəsinin altında saxladığı bu duyğuları nəğməyə çevirib oxumasaydı, bəlkə də, bizim artıq tanıdığımız, bizə çox əziz olan Yaddaş Sahilinin obrazını bu qədər mükəmməl təsəvvür edə bilməzdik. İndi onun səmimiyyəti, onun təbiiliyi onu bizim gözümüzdə daha da ucaldır. Heç kimə heç nə deməsə də, dostları, yoldaşları, həmtayları taytuşları onun gözündə yanan işıqların mənasını duyur, könlünün sevgi odunda yandığını hiss edirlər. Bəzən gözlər sözlərdən daha açıq danışır:

Göz qandırdı, göz yandırdı Könül-könülə yaraşdı. Dost-yoldaşlar utandırdı, Söz o sözdü, yaş o yaşdı…
Beləcə, ilk gəncliyin sevgi işıqları onun yolunu nurlandırır, onun həyatına yeni məna gətirir. Onu sevgi dolu bir aləmin, bu aləmin yaşamağa haqqı olan bir sakininə çevirir. Yaddaş Sahibi sanki yuxudan ayılır. Hansı hisslərini nəğməyə çevirib oxuduğunu duyur və nəğməsini elə buradaca dayandırır. Bir sözlə, həmin o uşaqlıqdan qopmaqda olan aləmə indiki yaşından baxır:
Uşaqkən min xəyal qurdum… Nəğmələrin qanadında.
Deyəsən sevda adında Arzuma doğru uçurdum?!.
Nəğmələrin qanadında uçduğu anları, xəyallarında yaratdığı aləmi öz nəğmələri ilə bizə qaytaran müsafir çox böyük səmimiyyətlə etiraf edir ki, onun dənizçi olmaq, təyyarəçi olmaq, səyahətçi olmaq istəyinin hamısının məğzində, mayasında dayanan bircə həqiqət vardı. O da sevda adlı arzusuna çatmaq həqiqəti.
Zənnimcə, müəllifin sevgini, sevdaları arzuya bənzətməsi də çox maraqlıdır. Əslində, elə həyatın yaşarılığını təmin edən əsas amil arzu ilə bağlıdır. Sevdasız, sevgisiz arzu isə yəqin ki, mənasız istək olardı. Birdən onun qəlbindən bir haray sədası qalxır. Özü öz nəğmələrinin qanadında qayıdıb uşaqlıq aləmindən ayrıldığı günlərə düşən anlarda öz səsinin sehrinə düşür. Axı o, bu səsi, heç kimsəyə oxumadığı nəğmələri özü eşitdi, öz dilindən, öz ağzından çıxan nəğmələri eşidən kimi vahimələnir. Hər halda o, bu nəğmələri könül sirri kimi saxlayırdı. İndi onun sirri faş olmuşdu. Özü öz səsini eşitmişdi. Bəlkə, bu səsi eşitməklə onun nəğmələrinə bir xələllik gələr? Bəlkə, məhrəmliyini qoruduğu sirrinə xəyanət eləmiş olar? Amma yox, bu səsdəki ecaz, bu səsdəki duyğu tamam başqadır. Yerlər, göylər eşitsə də, lap Allahın özünə çatsa da həm də Allahın da özünə çata bilər, çünki sevgi nəğmələri Tanrı yanında dualardan da müqəddəsdi onun, o ecazkar səsin nə yerlərə, nə göylərə bir xətəri dəyməz. Tanrı dərgahından tutmuş insanların mənəvi saraylarına qədər bu səs kainatda harmoniya, ahəng yaradar. Müəllifin həmin səsi təsvir etdiyi misralara diqqət edək:
Allah, Allah, o nə səsdi, Yerlər, göylər eşitdimi? Duadan da müqəddəsdi. Bülbüldümü, Rəşiddimi?
Ya, bəlkə, Şövkətdi, Xandı? Ruh titrədi, könül yandı…
Beləcə, onun mənəvi aləmindəki titrəyişlər, həyəcanlar öz ünvanına çatır. Onun ruhunu təzədən qanadlandırır. Bu, o qədər təsirlidir ki, onun könül aləminə bir yanğı gətirir və əsərin indiki məqamında Yaddaş Sahibinin iztirablarını, onun mənəvi ağrılarını gözlərimizin önündə canlandırır. Bəlkə də, Xanın, Rəşidin, Şövkətin adlarını çəkməklə onun könül dünyasında səssiz oxunan nəğmənin səsini, sədasını bu səs qüdrətlilərinin ecazkar səsləri ilə müqayisə etməsi onu düşündürür. Bu səsin məlahətini o səslərlə qarışdırmamaq üçün son anda nəğmələrinin qanadından onu bütün ömrü boyu gəzdirən, xəyallarının atından yerə enir, bugünkü insanların arasında dayanır. Daha nəğmə yox, asta-asta onun dodaqlarının arasından pıçıltılarını eşidirik:
Ayrıca bir məlahət olmasa da səsimdə. Ürəyimin telləri yanırdı nəfəsimdə.
Bəlkə də, H.İsaxanlının bu hisslərini, duyğularını daha sərrast, daha dəqiq, daha biçimli formalarda vermək cəhdləri ola bilərdi. Amma onda bu təbiiliyi və bu səmimiyyəti görə bilməzdik. Məzmun da bizi çəkməzdi. Nə qədər səmimi olmalısan ki, səsində qeyri-adi bir məlahət görməsən də, ancaq özünə aid olan səslə oxuyasan və ürəyinin də telləri öz nəfəsində yana. Zənnimcə, şair bu hissləri yaşaya bilməsəydi, bu duyğuları mənəvi aləmindən təzədən keçirə bilməsəydi, ürək tellərinin nəfəsində yandığını da hiss etməzdi. Buradaca bir sevgi-məhəbbət dastanının tarixini bir muğam kimi dinləmiş oluruq. Təsadüfi deyil ki, müəllif son misrada “Şur” muğamının adını xatırladır. O, lap bəmdə oxusa da, zildə oxusa da, dərdin sarı simi üstündə oxuyur. Sarılıq ayrılıq, hicran rəngidir, həsrətin ifadəsidir. Filankəs elə oxuyur ki, lap sarı simə dəyir. Xalq canlı danışıqda sarı simin mahiyyətini belə ifadə edib. Və zənnimcə, müəllif də səssiz-səssiz oxuduğu nəğmələri ilə oxucusunun könül aləminin sarı simini dilləndirə bilib:
Köklənirdim “Şur” üstə, həzin, sarı simdə də. Oxuyurdum zildə də, səssiz, ürəyimdə də.
Yuxarda demişdik ki, bədii əsərdə oxucunu çəkən nədir? sualı bədii əsərin mahiyyəti haqqında düşünənləri həmişə düşündürüb. “Ziyarət” poemasının ayrı-ayrı hissələrində olduğu kimi, burada da sanki nəbzi əlimizdə olan insanın ürəyinin döyüntülərini hiss edirik. Biz burada bir şairin həyatdankənar, qeyri-insani bir varlığı təsvir etdiyini yox, həqiqi insanı, bizimlə danışan, bizi duyan, onu duymağımızı istəyən bir insanı görürük. Göründüyü kimi, müəllif insanlara aşılamaq istədiyi ideyanı, fikri, məqsədi bunu mənəvi sağlamlıq kimi duymaq olar, ucalığa çağırış kimi anlamaq olar, insanın insan olduğunu təsdiq edən xeyirxah niyyət kimi başa düşmək mümkündür öz içindən, daxili aləmindən götürüb ona nəfəs verdiyi, ona can verdiyi, ruh verdiyi obrazın timsalında təqdim edir. Görünür, mütəfəkkirlər də elə bu məqamı bu cür qavramağı daha üstün tutublar:
“…Bitki toxumdan necə cücərib boy atırsa, hadisələr də ideyadan elə inkişaf edir. Məhz buna görə oxucular onun şəxslərində kölgələr deyil, canlı surətlər götürürlər, bunların sevincləri ilə sevinir, bunların haqqında düşünür, mühakimə edir və bir-biri ilə mübahisə edirlər, sanki söhbət doğrudan da yaşayan və onlarla tanış olan adamlar haqqında gedir…” 1.
H. İsaxanlının yaratdığı obrazın, daha dəqiq desəm, Yaddaş Sahibinin ruhumla doğmalığını hiss etməsəydim, onu özümlə müsahib kimi görməsəydim, başqa sözlə, onu dəqiq tanımasaydım, yəqin ki, ustadın fikirlərinə də, düşüncələrinə də güvənə bilməzdim.
…Özündən başqa bir kimsənin könlünü səsi ilə, sözü ilə dilləndirə bilən hər kəs sənətkardır istər şair olsun, istər nəğməkar, müğənni…

Hər şairin dünyasında həyatın qara rənglərini görməyən saf bir aləm var. Şair yaşadığı dünyaya o təmiz aləmi verib getmək istəyir. Şairi yazmağa, yaratmağa vadar edən elə bu duyğulardır, bu hisslərdir.

Ədəbiyyat:

V.Q.Belinski. “Rus ədəbiyyatı klassikləri haqqında”. Bakı, 1954, s.347.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-x%c9%99yalin-qanadlarinda/feed/ 0
Zirvədən görünən dünya http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-zirv%c9%99d%c9%99n-gorun%c9%99n-dunya/ http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-zirv%c9%99d%c9%99n-gorun%c9%99n-dunya/#respond Thu, 14 Mar 2024 07:03:44 +0000 https://hisaxanli.org/?p=12900 Əli Rza Xələfli

H.İsaxanlının “Ziyarət” poemasında ayrı-ayrı hekayətlərin gətirdiyi təəssürat şübhəsiz ki, Yaddaş Sahibi ilə bağlıdır. Bəzən onun duyğuları şahə qalxır, bütün gücü ilə haqsızlıqlara qarşı durmaq istəyir, ananın çəkdiyi əzab və iztirabların ağrılarını hisslərində, emosiyalarında əks etdirir, bəzən də bu fırtınaya çevrilən hisslər, emosiyalar sakit bir axara düşür. Düzənlikdə axan çay kimi sakitsakit öz məcrasına doğru yolunu davam etdirir. Bu sakitlikdə bir təəssüf, ötüb keçmiş həyatın arxasınca baxmaqla artıq tarixə, yaddaşa çevrilmiş insanları əbədiyyət yuxusundan qaldırmaq, onlara layiq olduqları haqqı vermək istəyi də duyulur. “Ziyarət” poemasında Böyük Ana hekayəti ilə bağlı növbəti hissə “neyləyək, qismət bu imiş” adlanır. Həyatın min cür zülmünü görmüş, cəfasını çəkmiş ana özünün ağlı, düşüncəsi ilə ətrafında hörülmüş hiylə, qəddarlıq torlarını dağıdır. Özünə yol açmaqla övladlarına yol açır. Bəlkə də ananın hansısa arzuları başa çatmadı:
Zülm gördü, cəfa çəkdi, Ayaq altında qalmadı. Arzusu gözündə qaldı, İmanı zədə almadı.
Zənnimcə, müəllifin ananın arzusunun gözündə qalması ilə bağlı qənaəti doğrudur. Əlbəttə, nə qədər şübhəli olsa da. Çünki ana bu yolları – övladlarını böyütmək, boya-başa çatdırmaq yolları ömür-gün yoldaşı ilə adı artıq elatda, bütün Borçalıda dastanlaşan Qaçaq İsaxanla birgə keçməli idi. Əlbəttə, zaman, rejim buna imkan versəydi. Hər halda onun bu arzusu gözündə qalsa da, imanı zədə almır. El arasında müdriklərə alxış eləyəndə nisbətən cavanlar deyərlər: “İmanın kamil olsun”. İmanı kamil olmaq insanın xeyirə çalışmağı, insanlığı hifz etmək üçün səyləri ilə bağlıdır. Belə insanın dilindən yalan çıxmaz. Əlindən hiyləyə qulluq edən əməl gəlməz. Bu ana da gözləri ilə od götürsə də, özü oda dönüb heç vaxt ətrafı yandırmır. Amma işığa çevrilirinsanların ətrafındakı qaranlıqları qovan işığa. Başına gələnlərə görə nə qohumu, nə də yadı töhmətləmir, qınamır, heç kimdə günah görmür. Bununla da, əslində övladlarına kinsizlik, qərəzsizlik dərsi keçir. Elə bir öyüd verir ki, onun övladları gələcəyin insanları ilə ləyaqətlə davransınlar. Ən kamil insan özündən sonra kin, qərəz, münaqişə ocağı qoyub getməyəndir.Yaddaş Sahibinin yaşantılarında biz də Böyük Ananı beləcə görürük:
Nə yalan çıxdı dilindən, Nə hiylə gəldi əlindən. Gözü od-alov görsə də, Oda dönmədi heç vədə. Nə qohumu, nə də yadı, Töhmət edib qınamadı.
Böyük Ana çox istəyərdi ki, dünyanın az qala yarısından çoxunun qiblə hesab elədiyi Məkkəyə getsin, müqəddəs ocaqda gələcək naminə dualar etsin. Əlbəttə, bu onun zamanında mümkün deyildi. Və Yaddaş Sahibi də elə bunu deyir:
Məkkəyə yolu düşmədi
Tikanlı, məftilli dünya…
O vaxt Məkkə nəydi? Xülya…
İndi Məkkəyə gedərdi.
Əgər Böyük Ananın arzusu bu idisə, bu da indi rejimlərin çökdüyü, imperiyaların dağıldığı, idealogiyaların insan istəklərinə rəğmən puç olduğu günlərimizdə mümkün olardı. Və buna Yaddaş Sahibinin özünün gücü yetərdi. Çünki o, Böyük Ananın mənəvi olaraq ona bəxş elədiyi sərvətin sayəsində uzaq yolları yaxın eləmək iqtidarındadır. Amma əlbəttə, zaman ötmüş, karvan getmişdir:
Buna hünərim yetərdi,
Neyləyək, qismət bu imiş.
Artıq nə etsəm hədərdi
Olan olmuş, keçən keçmiş…

İndi təəssüf qalır. Amma əlbəttə, bu təəssüf nikbin, sabaha ümidli bir təəssüfdür. Yaddaş Sahibi sinəsində alovlanan bir yanğını da pıçıltıları ilə onu dinləyənlərə çatdırmalı olur. Nənə ömrünü şam kimi əridib, dünyadan köçür. Və son günündə şamın sönən anında nəvəni istəmişdi. Yaddaş Sahibi həmin anda onun görüşündə ola bilmədiyi üçün indi də ürəyində bir nisgil daşıyır:
Son günü məni istəmiş Eşidəndə içim yandı. Nənə-nəvə görüşmədi, Bir daha fürsət düşmədi, Arada divar dayandı.

Nənə artıq əbədiyyətdədir. Yaddaş Sahibi bunun qanunauyğun olduğunu bilir. Axı filosoflar demiş: dünyanın dəyişkənliyi haqqında qanundan başqa hər şey dəyişilməyə məruz qalır. Yaddaş Sahibinin şəffaf eynəyinin arxasından nəzərləri dünyanın uzaq üfüqlərinəcən çata bilir. Çünki o, dünyaya zirvədən baxır. Bu sərraf nəzərlər Misir ehramlarını da görür, bir təpəlikdə adı qalmış Semiramidanın asma bağlarını da. Bu nəzərlər Rodos nəhənginin əzəmətini min illər boyu parçalanmış daşlarda saxlayan insan hisslərinin də gücündə dayanır…
İnsan təfəkkürünün möcüzələri ardıcıl sıralanır. “Avesta”, Dədə Qorduq möcüzələri, Firdovsi, Xəyyam, Nizami, Nəsimi, Füzuli, Xətai…sözün, mənəvi gücün vəhdəti Yaddaş Sahibinin mənəvi aləmindən süzülüb gələn dünya, cəmiyyət, həyat, zaman haqqında fəlsəfi ümumiləşdirmələrə çevrilir:
Tale hər vaxt nəvazişə qərq etməz, Günəşlər də nəhayətsiz bərq etməz. Ölüm haqdır, dadacaqdır hər insan, Dəli olsun, dahi olsun, fərq etməz.
Nə qədər kükrəsə, aşıb-daşsa sel, Qoynunda ram eylər onu dəniz, göl. Həyatın axarı-çıxarı budur:
Əvvəl sel kimi coş, qayna…sonra öl.

Nədəndir gen dünya mənə dar gəlir? Sevinc üz döndərir, intizar gəlir? Kişiyə ağlamaq yaraşmasa da,
Bəzən ağlamamaq mənə ar gəlir.
Ölüm deyil həyatda ən böyük zülm, Yaşamaqdır bu dünyada ən ağır iş, Varlığımız yoxluğa doğru bir giriş, Həyatımız ölümə gedən yol imiş.
Bu dördlüklərdə, daha dəqiq desək, insanı mənən zənginləşdirən, ona sonsuz estetik zövq bəxş edən bu rübailərdə Xəyyam ruhu duyulur, Məhsəti Gəncəvi nəfəsi hiss edilir. İnsan hissləri və duyğuları o qədər təbii axarla bu rübailərdə bir-birini tamamlayır ki, yaradılan təəssüratı dağıtmamaq xatirinə şairin mənəvi aləmindən gələn ecazkar duyğulardan alınan zövqü oxucunun öz ixtiyarına buraxmaq daha yaxşıdır qənaətindəyəm. Bundan sonra nəsə yazmaq, nəsə demək bəlkə də artıq olardı, amma ruhən, qəlbən sevdiyim Belinski sanki bir əsr yarım bundan əvvəl elə indiki məqamda mənim yazacaqlarımı demək istəyib:
“Daha nə deyim? Bəlkə indiyə qədər dediklərimin özü də sizi çox az razı salmışdır. Nə etməli? Gözəlliyi hiss edib anlamaq başqalarını gözəlliyi hiss edib anlamağa məcbur etməkdən dəfələrlə asandır! Əgər oxuculardan bəziləri mənim məqaləmi oxuyaraq “bu həqiqətdir” deyərlərsə, yaxud bəziləri heç olmasa “bütün bunların hamısında həqiqət də var” deyərlərsə, əgər bir başqaları məqaləni oxuduqdan sonra orada təhlil edilən əsərlərin özlərini oxumaq meylinə düşərlərsə, o zaman mən öz vəzifəmi yerinə yetirmiş və məqsədə çatmış oluram” 1.
Sözün ecazkar gücü… yalnız sənin önündə təzim etmək, yalnız sənin
haləndə dolanmaq, oduna, işığına pərvanə kimi yanmaq səni duyana yeganə təsəlli olardı.
… Sözün bətnində Tanrı gücü var.

Ədəbiyyat:

V.Q Belinski. “Rus ədəbiyyatı klassikləri”. Bakı, 1954, s. 285.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-zirv%c9%99d%c9%99n-gorun%c9%99n-dunya/feed/ 0
Dərdini göyə açanda http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-d%c9%99rdini-goy%c9%99-acanda/ http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-d%c9%99rdini-goy%c9%99-acanda/#respond Thu, 14 Mar 2024 07:01:47 +0000 https://hisaxanli.org/?p=12898 Əli Rza Xələfli

Şühbəsiz, bir elm adamı, təhsil təşkilatçısı olaraq özünün ləyaqətli yerini elm və maarif sahəsində zəhməti və zəkası ilə təsdiq etmiş H.İsaxanlı bircə misra yazmasaydı belə, yenə də adı hörmət və iftixarla çəkiləcək ziyalılarımızdandır. Ancaq Tanrı ona səmimiyyətlə silahlanmış poetik istedad da bəxş edib. 30-40 il ərzində elmin dərinliklərinə doğru yeridikcə şairliyi, poetik istedadı onun mənəvi qida mənbəyi, ruhunun daşıyıçısı olub. Dünyanı gəzə-gəzə bu mənəvi gücə tapınıb. Həyatın ona qucaq açdığı sevincli günlərdə də, kədərli anlarında da uzaq kənddən, dünyanın mənəvi səmasından ucuşundan bəri onun poetik nəfəsi həmişə qəlbində yaşayıb. Şeriyyəti, şairliyi poeziyası ilə sonsuz sevgilərlə munis olub. Klassik təbircə desək, onun həbibi, munisi olan poeziyası bir qayda olaraq tənhalığında onun çiyinləri üstündə qanad gərib. Və beləcə H.İsaxanlı həmişə şeirlə nəfəs alıb. Şeri ilə, poeziyası ilə şan-şöhrət azarına tutulmayıb. Ruhunun, paklığının müqəddəsliyini qoruya-qoruya poeziyanın İlahi yüksəkliyində, uçalığında mənəvi rahatlıq tapıb. Yoxsa, başqa cür bir ana ruhunun mənəvi dünyasını misra-misra, söz-söz o necə gəzə bilərdi?
Ananı müxtəlif məqamlarda həyatın qərəzlə başının üstündə qılınc oynatdığı anlarda da, ağzının duası ilə dərdini göylərə açanda da, iztirablarla çırpındığı məqamlarda da, görə bilir. Bu fərqli anların ovqatını özü təzədən yaşayır. Yaddaş Sahibi olaraq əlli il bundan əvvəlki dövrün xarakterini, təbiətini ananın öz dili ilə təqdim edir. Ananın gələcəyə olan ümidi balaları ilə böyüyür. Onun övladları gün-gün, ay-ay, fəsil-fəsil boy atır və onların hər birinin simasında ananın dərdləri dağ buzlaqları kimi əriməyə başlayır. Ananın tənhalıq anları nə qədər orijinaldı. Ana haqqında saysız duyğular, düşüncələr qələmə alınıb. Və bu “Odisseya”nın, “İlliada”nın, Qorqudluğun məğzində Hamletin dərdini göylərə açan Anasının (əsərdə nənənin) obrazı xarakter etibarı ilə tarixi anaların banisi olduğu kimi həm də çox fərqlidir. Öz düşüncələri ilə saflığı ilə, müasir günümüzün anasına daha yaxındır. Ana tənhadır və bu tənhalıqda onun bir munisi də öz Tanrısıdır. “dərdini göyə açardi” adı ilə təqdim olunan hissədə Tanrıya dualar pıçıldayan ananın bütün aləmini görə bilirik. Onun həlimliyini, müqəddəsliyini övlad sevgisini, dünyaya, bəşərə əmin-amanlıq arzularını müəllif çox səmimi duyğularla təsvir edir. Və təbii ki, ananın öz dilindən, öz səsi ilə yaradılan mənzərə kifayət qədər bəs eləyir ki, biz onun zəngin aləmini görə bilək:
“Kiminin körpə balası var, Ona dəyməsin tufanlar. Kasıb, varlı, gədə, ya şah, Kim nədirsə, özü bilər… İlan yerisin, ay Allah,
Dalınca da balaları,
İçində də mənimkilər”.
Ana dualarında da son dərəcə ədalətlidir. Çünki Tanrı özü ədalətli olduğu üçün ananın düşüncəsinə görə onun dərgahında yalnız ədalət arzulayan dualar qəbul ola bilər. Ona görə də ana əslində Tanrıya dua eləyəndə təkcə öz övladı üçün dua eləmir. Onun nəzərində kasıb, varlı, gəda ya şah hamısı insandır. Və ona görə də kimin nə dərəcə haqlı-haqsız olduğunu öz ixtiyarına buraxır. Hətta Tanrının yaratdığı bütün varlıqları yaşarı hesab edir. Və yenə yalnız nənənin dilində öz gücünü göstərə bilən xalq ifadəsi oxucunun ruhuna hədsiz estetik zövq bəxş edir: “İlan yerisin, ay Allah, dalınca da balaları; içində də mənimkilər”.
Müəllif nənənin mənəvi durumunu bu cür təqdim edir. Və onun yaşantılarını əslində həyatının mənası hesab edir. Və sanki nənənin dünyasına əlavə nə isə deməyin xələl gətirəcəyini düşünərək öz sözünü və həm də illərin üstündən keçib gələrək bu günkü sözünü deyir: “Özü kimi gözəl idi arzuları, duaları…” Ana obrazı bütün əzəməti ilə H.İsaxanlının yaradıcılığında illər boyu özünü hifz edəcək gücdə yaradılıb.
Dərdini göyə açanda insan hansı hisslərlə yaşayırsa, şair də poeziyanın ecazkar aləmində özünü o cür hiss edir. Saf, sevgili duyğuların tərənnümü poeziyanın uğur mənbəyidir.
Bir anlığa düşünək ki, H.İsaxanlı tarixi keçmiş, yaşarı dəyərlər, adətənənələr, nəsilə-kökə bağlılıq motivləri ilə süslənmiş “Ziyarət” əsərini yaratmasaydı, məhz bu əsərdə ifadə elədiyi düşünəcələri başqa hansı mövzuda bu qədər mükəmməl ifadə edə bilərdi? Zənnimcə, hər hansı bir məzmunun mükəmməl ifadəsi üçün onun özünə uyğun forma tapılmalıdır. Başqa sözlə, cırtdana nəhəngin paltarını (yaxud əksinə) geydirmək mümkün olmadığı kimi, məzmunun tələb elədiyi forma həm də kifayət qədər mükəmməl, fikrin ifadəsinə şərait yaradan, meydan açan düşüncələrə qol-qanad verən forma olmadan kamil əsər də yaratmaq mümkün deyildir. Hegel təsadüfi demirdi ki,
“İncəsənət mənzərələr yaratmaq üçün yalnız subyektiv obrazlardan, təsəvvürlərdən ibarət xarici materiala deyil, ruhi məzmunu ifadə etmək üçün həm də incəsənətin duyduğu və özündə yaşatdığı anlama malik təbiət formalarına ehtiyac duyur. Təbiətdəki bütün formalardan ən alisi və həqiqisi insan biçimidir, çünki yalnız onda ruh öz bədənini və əyani ifadəsini tapa bilər”1.
İndiki məqamda müəyyən tarixi şəraitdə övladları üçün gözünün işığını verən, ürəyinin yağını əridən bir ananın obrazını yaratmaq üçün şair Yaddaş Sahibinin düşüncələrinə güvənir. Və o düşüncələrdə ən istinadlı obraz olaraq nənəni görür. Nənə ruh etibarilə sağlam adamdır. Həyat ona hər cür pislik etmişdir. Hətta rejimlərin yumuşalmasından sonra müəyyən itkilərdən, ölümlərdən, böyük əzab və əziyyətlərdən keçərək yenidən yurda qayıda bilsə də, rejimin tör-töküntüləri yenə də onu rahat buraxmır. Ana bütün bunlara təmkinlə zirvədən baxırmış kimi nəzər salır, dözür. Bütün bunlarla belə yenə də onun qəlbində heç kimə qərəz yoxdu. Ancaq üzünü Tanrıya tutanda, dərdini göylərə açanda pisliklərə şərait yaradan mühitin dəyişməsini diləyir. Böyük Ananın dilindən verilmiş və kökünü xalqdan alan, şirəsini xalq təfəkküründən götürən, qaynağını sağlam mənəvi aləmdən başlayan bir düşüncə ilə arzulayır:
Dağların qarı ərisin,
Balamın suru yerisin.

Çox məharətlə ananın dilindən verilmiş mövzuya tabe etdirilən xalqdangəlmə alqış (alxış) kimi “Dağların qarı” ifadəsinin hansı məzmunu daşıdığını anlamaq o qədər də çətin deyil. Əvvəla, dağların qarı əriyərsə düzlərə su gələr, torpağa bərəkət gələr. Dağların başı açılar, sinəsi çiçəklərlə, çəmənlərlə bəzənər. Amma əlbəttə, bu misranın alt qatında insanların arzu və diləklərini, istəklərini donduran mənəvi mühitdə qış sərtliyi yaradan rejimin ünvanına da bir ananın deyə biləcəyi qədər fikir yönəlikdir. “Sur” bağlı-bağatlı vadi, gücün təsdiqi olan şeypur səsi (İsrafil surunu yada salaq), güc rəmzi buğa, öküz mənalarını özündə cəmləyir. Buradaca qeyd etmək yerinə düşər ki, xalq təfəkkürü, “sur” sözünün hökm, güc mənasını ananın dilindən həmin misradaca təsdiqləyir. Əgər dağların qarı ərisə, böyük ananın övladının da haqqı-hüququ tapdanmaz. Onun nəslinin hökmü yeriyər. Hökmü ayaq tutar. Tanrının iradəsilə dağların qarının əriməsi həqiqətə yol açar. Ananın övladını oxşaması onun övladına məhəbbəti bir sözlə, ananın ailə dünyasına sədaqəti Tanrıya şükranlığında bir daha görünür:
Balam oxşar bəyə, xana, padşaha, Qurban olum onu verən Allaha.
Ana halal zəhməti ilə böyütdüyü övladının çatdığı bəyzadəliyi, yetdiyi ağlı, kamalı alqışlayır və bunu Allahın haqqın tərəfində olması ilə bağlayır. Və buradaca yenə ananın ləyaqətini görürük, onun qəlbinin genişliyini duyuruq. Çünki o, öz övladlarına arzuladıqlarını hamıya arzulayır. Dualarının əvəzində Tanrıdan alacaqlarını hər kəsin arasında bərabər bölür. Ana üçün sosial ədalət ən böyük meyardır:
Evində çırağı yansın hər kəsin, Quru çörək üstə dava düşməsin.
Biz burada Böyük İnsanı görürük. Ruhu ilə bədənin, cismi ilə canının vəhdətində təzahür edən “təbiətin ən ali formasını” görürük. Yuxarıda qeyd etdiyimiz kimi Hegelin insan biçimi ruhun öz bədənini və əyani ifadəsini tapan forma haqqındakı düşüncələrini təsadüfi xatırlamadıq. Əslində Hegel həmin düşüncələrə gələnə qədər insanı ifadə edən formanın mahiyyəti haqqında öz sözünü demişdi:

“İnsanı ifadə edən formaya misal onun şaquli durmasını, əllərinin mütləq alət kimi inkişafını, onun ağız quruluşunu, gülüşü, ağlamasını və s. göstərmək olar, özəlliklə ali bir təbiətin ifadəsi kimi insan bədənini bilavasitə xarakterizə edən bütün varlığında axan mənəvi ton söylənilənləri daha da təsdiqləyir”1.
Yaddaş Sahibi nənəni elə beləcə də olduğu kimi təqdim edir. Və əsər boyu onun mənəvi aləmində ucalığa doğru yüksəlişini, kamilləşmə yolunu göstərir. Başqa sözlə, məzmun forma ilə vəhdətdə addımlayır. Ana yaşa dolduqca daha da kamilləşir, müdrikləşir. Müəllif öz üslubuna sadiq qalaraq sanki əsərin ümumi xəttindən kənara çıxır, ayrı-ayrı hadisələrə, obrazlara münasibət bildirir. Dərdini göylərə açan ananın düşüncələrini yazarkən də belə müdaxiləyə ehtiyac duyur:

Mömin bəndə deyiləm mən,
Lakin nədir saf etiqad
Onu duymuşam nənəmdən.
O mələkdi, ülfəti qəlbimə doldu, Onun sığındığı Tanrı
Mənim də Allahım oldu
Mən onun, nənəmin Allahını sevdim.
İlk baxışdan bu düşüncələr əsərin ümumi xəttindən kənara çıxır. Sanki müəllif də bunu hiss etdiyindən öz düşüncələrini əsərdə formaca fərqləndirməyə çalışmışdır. Amma əslində bu düşüncələr nənənin uzaq gələcəyə ünvanlanmış gələcək nəsillər üçün örnək olacaq həyatının indiki andan keçən məqamına münasibətdir. Bu düşüncələr tarixi günümüzlə bağlayan, varisin sələflərdən gələn yolunun xələflərə çatası məsafəsində bir körpüdür. Yaddaş Sahibi öz aləmindədir. İnsanlar bu gününün dərdlərini yaşayırlar. Sanki onların ətrafında hörülmüş, torun kələfini açmağa çalışır, ancaq buna nail ola bilmirlər. Güclər toqquşur, qanlar axır, evlər yıxılır, sanki buna müvafiq olaraq təbiət də öz təbiətini dəyişir. Çaylar məcrasından çıxır, insanlar birbirilə anlaşılmazlıq, bir-birini başa duşməmək probleminin əziyyətini çəkirlər. Və üstəlik təbiətə qarşı da özünü mühafizə üçün qüvvə ayırmalı olurlar. Yaddaş Sahibi isə bütün bunları görür. İçin-için öz ağrı-acısını yaşayır. Başqa sözlə, sanki insanlara çatdırmaq istəyir: keçmişinizi yaxşı öyrənin, onda bu günü yaşamaq sizin üçün çətin olmaz. Yaddaş Sahibi danışır ki, imansızlıq mühitində dünyanı qoruyub saxlayan, bəlkə də özünün tənhalığında duaları ilə Tanrıya qovuşan bir ananın Allah sevgisidir. Çünki kamil insan dərdini hər ötənə açmaz, yada, yadelliyə deməz. Yaddaşdan gələnin birgə ünvanı var bu Ulu dərgahdır, haqqın özüdür:
Sübh tezdən, axşamçağı Sakit dua oxumağı,
Məndə min hiss oyadardı. O ətrafda, o dünyada
İmansızlıq ruhu vardı.
Dərdi ki, açmazlar yada Dərdini göyə açardı…
Diqqət edin, heç kimin köməyinə ehtiyac yoxdur, heç bir yad təsir yoxdur. Bir ananın ömür yolu çözələnir, onun həyata baxışı, düşüncəsi, mənəvi aləmi gözlərimiz önündə açılır. Yaddaş Sahibinin həyatın dərinliklərindən gələn bir gücdən qaynaqlanması ilə Böyük Ana hekayəti rəvan axan bir çay kimi davam edir. Ana keçmişin ona elədiyi pislikləri, qəddarlığı özündən kənara qovur. Kinin, qərəzin yerini Allaha ibadətlə, varlığına yığdığı saf duyğularla doldurur:
Oruc, namaz, dəstəmazı Yerindəydi, dəyişməzdi, Ruhu dolu sevgi, vüqar, Allahla oturub-durar.
Allaha qovuşma, ən saf duyğularla yaşama hissi xırda düşüncə sahibi olan, ömrünü qeybətlə yaşayan adamlarla onun arasında sədd yaradır. Ananın varlığına haqqın-həqiqətin rəmzi olan Tanrı hakimdir, ömrünü-gününü bəd əməllərlə aləmi bir-birinə qatan insanların (insancığazların) hakimi isə şeytandır, şər qaynağı olan iblis düşüncəsidir. Ona görə də ana qəlbində şər xisləti daşıyan insanlarla deyişmir. Sözü onların sözü ilə qarşılaşmır:
İnsanlarla deyişməzdi, Dilindən heç vaxt düşməzdi

Allah, peyğəmbər kəlməsi. Hələ getmir qulağımdan “Bismillah… üssəməd” səsi O pıçıltı, o ruh, iman
Mənimlə dünyanı gəzdi…
Yaddaş Sahibi pıçıltılarla danışır, sanki vaxtilə ananın oxuduğu xeyirxahlıq diləkləri aşılayan ərəb kəlmələrini də təkrarlayır. Bir sözlə, o pıçıltılar, o ruh, o iman anadan gəldiyi kimi Yaddaş Sahibinin dünyasında yaşayıb. Elə həmin saflıqla da özünü qoruya-qoruya gələcəyə gedir. Yaddaş Sahibi dünyanı dolansa da, o ruh onunla gəzir. Əslində o ruh həm də Yaddaş Sahibinin özünün qoruyucusuna çevrilir. Yaddaş Sahibinin mənəvi aləminin özülü böyük ananın saflıq duyğuları üzərində qurulub. Ona görə bu gün dünyanın bütün qapıları onun üzünə açıqdı. Bir vaxt nənənin duaları özünün saflığı ilə bahəm, mənəvi kamilliyi ilə bahəm həm də dini məzmun daşıyırdı. Yaddaş Sahibinin pıçıltıları Böyük Ananın yaşadığı dünyanın mükəmməl sonluğu haqqında ən dəqiq düsturdur:
Allahım, vəd etmə bol-bol, Varsan bəndənə kömək ol. Yoxsan-məxluqa yaxşı yol…
Kəskin münasibətdir. Hər bir bəndənin yaranmışın Yaradandan umacağı var. Yaradanla yaranmışın arasındakı fərq qədərdi bu umacaq. Yəni, kömək etmək, yardım etmək yalnız Yaradanın işidir. Yaddaş Sahibi yaşadığı ömrün özündə ehtiva olunan tarixin dərslərindən nəticə çıxararaq Tanrıya müraciətdə “Bəndənə kömək ol, deyir. Əlbəttə, bu kömək yoxdursa, onda məxluqa “yaxşı yol” ifadəsi istehza mahiyyəti daşıyardı. İnsanın olmadığı dünya aktyorsuz səhnədir. Tamaşaçının acı təəssüf və istehzasına hədəf olan səhnə.

Ədəbiyyat:

Hegel “Ruh fəlsəfəsi”, Bakı, 2003, s. 426.
Hegel “Ruh fəlsəfəsi”, Bakı ,2003, s. 253.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-d%c9%99rdini-goy%c9%99-acanda/feed/ 0
Əxlaqın meyarı http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-exlaqin-meyari/ http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-exlaqin-meyari/#respond Thu, 14 Mar 2024 06:58:31 +0000 https://hisaxanli.org/?p=12896 Əli Rza Xələfli

H.İsaxanlının “Ziyarət” poemasında ayrı-ayrı hissələr müəyyən silsilə təşkil edir. Artıq qeyd olunduğu kimi bu silsiləni yaradan əsərlər nə qədər bitkin olsalar da, Yaddaş Sahibinin xatırlamaları əsasında zəncirvari əlaqə ilə bir-birini tamamlayır. Demək, “Gözüm toxdu” adı ilə təqdim olunan əsər də bu silsilədə xüsusi əhəmiyyət kəsb edir. Bütöv bir nəslin az qala bir əsr ərzində keçdiyi yol dəyişən kino fraqmentləri kimi gözümüzün önündən keçir. Nəhayət, bu nəsil zülmlərə məruz qalır, sürgünlərə göndərilir, ağır düşərgə həyatı yaşayır və bir gün “QULaq arxipelaqı” dağılır. Təsadüfi deyil ki, sovet dövründə dissident həyatı yaşamış Aleksandr Soljenitsın sovet həyat tərzini düşərgə həyat tərzi ilə epitetləmiş, ona əbədiyaşarı ədəbi damğa vurmuşdu. Bir sözlə, indi düşərgənin məftilləri kəsilməkdədir. Sürgünlərə göndərilən nəsillər, yüzminlərlə günahsız insanlar vətənlərinə, yurdlarına qayıtmaqdadır. Müəllif bu hissədə (“Gözüm toxdu”) ilk sətirlərdə artıq qürbət ağrı-acılarının sonunu qəribliyin dərdini, həsrətini daşımış insanların vətənəqovuşma, yurd vüsalına çatmanın şirin duyğularını təqdim edir. Və əlbəttə, bu motivlər də xüsusi bir kövrəkliklə qələmə alınır. Bundan sonra artıq vətənin özündə dirçəlmə, birinci növbədə mənəvi yüksəliş, sonra insanların öz həyat tərzini, normal ahəngdar yaşayışını təminetmə mərhələsi başlayır. Vətəndə yaşamağın, vətəndə özünü dirçəltməyin də problemləri, çətinlikləri var. Uzaq yollar, ağır illər arxada qalsa da, kasıblığın, yoxsulluğun caynağı hələ də Böyük Ananın ailəsinin boğazından yapışıb. Ananın çırpıntıları, onun daxili mənəvi əzabları elə ilk sətirlərdəncə görünür. O, ailəni zəhmətə alışdırmalı, yurda bağlamalı, bir növ dirçəlişin əsasını yaratmalıdır. Bir vaxt mahalda Qaçaq İsaxan adı ilə məşhur olan igidin, karlı kişinin xanım-xatın arvadı bədxah adamların, mənəvi düşkünlərin nəzər-diqqətindədir. Onlar bu qürurlu qadına bütün əzablara baxmayaraq xanım-xatınlığını, izzəti-nəfsini qoruyan qadına elçi düşürlər. Onu özlərinin tamahlarına qurban etmək istəyirlər:

“Ərə getmək fikri varsa?” Belə sevdaya düşənlər
Ağız arayanlar oldu.
Dünən küncdə büzüşənlər, Hədə-qorxu gəldi bu gün:

Rejimlərə güvənən, siyasi-ideoloji dayağı olan adamcığazlar üçün Böyük Ananın hansı hisslərlə yaşamasının heç bir əhəmiyyəti yoxdur. Qaçaq İsaxanın adı gələndə zağ-zağ əsənlər indi hətta onun arvadının, ailəsinin ünvanına hədələr göndərir, təzyiqlər göstərirlər. Bəyliyin, ağalığın bitdiyindən danışırlar:
Dünya dəyişib büsbütün, Ölüb getdi bəy, ağa, xan. Alt-üst oldu köhnə dövran,
Xanım-xatınam deməsin, Sonra məndən inciməsin. Arvadı saxlayan ərdi,
Ya evdəki yetimlərdi?

Amma unudurlar ki, bu qadın öz ərindən güc, təpər, dəyanət dərsi alıb. Onu heç nə ilə sındırmaq olmaz. Onun tapındığı güc mənbəyi əxlaqi dəyərdir. Onun ölçüləri, qadınlıq meyarı o qədər sərt, o qədər bütövdür ki, sanki şəxsiyyət qayasıdır. Onun üstündən əsən zaman küləkləri qayanın üstündən heç nə apara bilməz. Amma hər halda axı o, insandır. Hələ özünə gəlməmiş, çəkdikləri zəhmətin sayəsində əlləri bir tikə çörəyə çatmamış övladlarının yoxsulluqdan, kasıblıqdan çəkdiyi əzabları da görür. Amma bütün bunlar onun qürurunu sındıra bilmir, onun dəyanətini yenə bilmir. Elə ona görə də gözləri dolsa da, kövrəlsə də, düşkünlərin, şərəfsizlərin cavabını ləyaqətlə verir:

Gəlinin gözləri dolu
“Nə yoldaş, nə sirdaş, nə ər? Yoxdu, getdi o kişilər.

Mənə lazım deyil heç kimKim olsa da, yalvarsa da, Hökmü-divanı varsa da. Könlümdə eşqə yer yoxdu, Nəfsim ölü, gözüm toxdu. Dünyanın çalxanan vaxtı, Arzum, diləyim, tək eşqim Evimdi, oğul-uşaqdı”.

Ananın idealı, düşkünlərin idealı ilə tərs mütənasibdir. Sanki tərəflər qarşı-qarşıya dayanır. Bir tərəfdə maddiyyat, tamah, fiziki zor və bir sözlə, rejimə arxalanan qüvvələr. Digər tərəfdə ananın mənəvi saflığı, ləyaqət arzusunu, diləyini, ilk eşqini evi, oğul-uşağı bilən böyük insan, onun mənəvi ucalığı sözün həqiqi mənasında əxlaqi-meyar təsiri bağışlayır. Və biz onun gücünü görürük. Əxlaqa arxalanan gücünü, mənəvi dəyərlərə sədaqət gücünü. Əslində elə onun gücünün qaynağı bu dəyərlərdir.
H.İsaxanlının hadisələrə ibrətli ümumiləşmiş münasibəti ayrı-ayrı parçaların arasında lirik lövhələrlə sıxlaşmış qara buludları yaran şimşək kimi görünür. Dərin fikir, müdrik söz bir anda bütün qaranlığı parçalayır. Xalq təfəkküründən qaynaqlanan misralar əsərin üstündə (zamanın üstündə, insanların düşüncəsində və elə həm də bu günümüzdə) parlaq işıqla yanan alova bənzəyir. Bu alovlu işıq ən passiv beyinləri belə silkələyir, oyadır. İnsanı düşünməyə vadar edir:

Müdriklər tez od almaz, Boş sözü saya salmaz.
Hər hürənə daş atsaq, Yurdumuzda daş qalmaz.

Göründüyü kimi, xalq təfəkküründən qaynaqlanan və insana mənəvi güc, təpər bəxş edən bu misralar sözün həqiqi mənasında, süd aydınlığına bələnən gecənin parlaq ulduzlarına bənzəyir.
Və yenə bundan sonra ananı təmkinli görürük. Axı şairin özünün dediyi kimi Yaddaş Sahibinin xatırladığı kimi. Hər hürənə daş atmağın nə faydası var? Axı bir də atalar “İt hürər, karvan keçər” deyirlər. Karvan öz əzəməti ilə yolun ona məxsus olduğunu görür, yolundan dönəsi deyil. İtin hürməyi özünə qalacaq. Bu psixoloji hazırlıqdan sonra artıq ananın düşüncələri tam əsaslı görünür:
Düzdür, çətindir, dardayam,
Təkəm, köməyim kəsilib.
Amma dost da var, düşmən də,
Gərək göz yaşımı silib,
Cərgəyə qatılam mən də.
Hələlik bircə dərdim var
Korluq çəkməsin uşaqlar…

Ana yaxşı bilir ki, hər batan günün bir açılan səhəri də var. Hələlik onun bircə dərdi özünün dediyi kimi, uşaqları korluq çəkməyə qoymamaqdır. O, bilir ki, zəhmət çəkən, zəhmətdən yapışan insan darda qalmaz. Demək, onun övladlarının da qarnı tox olacaq. Çünki onların heç kimin əlində gözü yoxdur. Ona görə də ananın düşüncələri nikbindir:

Qarınları tox olacaq, Canları sağ olsun təki. Dirçələcək oğul-uşaq, Qarşımızda yaxşı günlər çox olacaq…

Gərək insan nə qədər böyük gücə sahib olsun ki, zülmət qaranlığın içərisindən işığa gedən yolu görə bilsin. Ana da özünün iradəsi, dözümü ilə bu gücdədir. O, təkcə uşaqlarını cismən sağ-salamat saxlamaq fikrində deyil. Həm də onları oxutmaq, onları mənən zəngin insanlar kimi böyütmək istəyir. Axı bu həm də böyük atanın -İsaxanın arzusu idi. Demək, atanın arzusunun davamı ananın istəklərində, mübarizəsində yaşayır:

Bir də… bir də ataları deyirdi ki, Gərək uşaqlar oxusun…
O yoxdursa mən ki, varam.
Allah üstümüzdə olsun,
Mən böyüdüb, oxudaram.

Ananın duyğularında qətiyyət görünür, təəssüf və çaşqınlıqdan əsərəlamət yoxdur. Onun bu qətiyyəti, inamı şəxsiyyətinin bütövluyünü təsdiqləyir. Onun bir güvənci də gələcəyə inamıdır. İnam ananın nəzərində Allah timsalındadır. “Allah üstümüzdə olsun” deyəndə inam bizimlə olsun mahiyyəti başa düşülür. Əslində Allah özü insanın tapındığı ən uca dəyərdir, inam anlamında isə bütün parlaqlığı ilə özünü göstərir. Elə ona görə də qorxmur, heç kimsədən çəkinmir, əlbəttə, təkliyə düşəndə ürəyini yeyə-yeyə yaşayır. Məşhur Çələbilər nəslinin böyük analarından biri Zibeydə Çələbi deyərdi ki,
“Ürəyi çörəyinə yavanlıq eləməyənin qapısına salam düşmür”. Gündüzlər başı uca gəzir, haqqa-həqiqətə tapındığı üçün ümidini üzmür:

Gündüz heç qorxu bilmədi, Gecələr içini yedi.
Gündüz vüqarlı hərləndi, Gecə-gündüz “Allah birdi, haqdı” dedi.

H.İsaxanlının əsərinin bu hissəsi bir oxucu kimi məndə çox dərin təəssürat oyatdı. Zənnimcə, əsl həyat həqiqətlərinə güvənən belə əsərlər insanların mənəvi harmoniyasına çox ciddi təsir göstərir. Əlbəttə, bu harmoniyanı qorumaq insanın mənəvi ucalığına xidmət etmək baxımından. Görkəmli ədəbiyyatşünas Məmməd Cəfər Lev Tolstoyla bağlı düşüncələrində maraqlı müqayisələr aparıb:
“Elm və incəsənətin bütün tarix boyu bəşəriyyətə böyük faydaları dəymişdir, lakin bəşəriyyətə xeyri dəyməyən, zərər verən elm və incəsənət də vardır. Təzə, məhvedici silahlar, toplar, daha güclü partlayıcı maddələr ixtira edən elm həqiqi elm deyildir. Hüquq gözəl elmdir, ancaq xalqın hüququnu məhdudlaşdıran hüquq elmi həqiqi elm deyildir. Tarix mənalı, faydalı elmdir, ancaq azğın hökmdarların səltənət tarixini yalanlarla bəzəyən tarix həqiqi tarix ola bilməz. Psixologiya gözəl elmdir, ancaq spiritizm ilə məşğul olmaq elm deyil, hoqqabazlıqdır. Rəssamlıq gözəl sənətdir, lakin sərgi salonlarını çılpaq qadın heykəllərilə dolduran rəsm sənəti həqiqi incəsənət deyildir. Ədəbiyyat: roman, şeir gözəl sənətdir, lakin əxlaqsızlıq təbliğ edən bədii əsərlər həqiqi ədəbiyyat deyildir. Kitab mədəniyyəti böyük mədəniyyətdir, lakin hər il xalqa lazım olmayan milyonlarla kitab nəşr olunur ki, bunlar həqiqi kitab mədəniyyətini təşkil edə bilməz” 1.
Elə buradaca deməyin yeridir ki, böyük əxlaqı tərənnüm edən əsərlər həqiqi ədəbiyyatın səsidir, nəfəsidir, özüdür. Böyük Ananın timsalında əxlaqa tapınmanın, mənəvi ucalığın gücünü gördük.
İndi bir daha əsərin yaratdığı təəssürat əsasında Böyük Anaya ehtiram bildirməyin məqamıdır: Böyük Ananın gözü toxdur. O, sanki dünyadan bir qadın olaraq öz payına düşəcək hisslərdən çox ucadadır. Çünki o, Qaçaq İsaxan kimi bir kişinin arvadı olub. Ondan sonra, onun ünvanından sonra qətiyyən “yastıdığını” dəyişə bilməz. Əlbəttə, o izzəti-nəfsinə qadınlığını qurban etməsəydi, bəlkə dolanışığı üçün də kömək olardı. Amma o, bu yolu seçmir. Mənəvi toxluğu, göz toxluğunu mədə toxluğundan çox ucada tutur. Toxluq anlamı var dilimizdə. Bu anlam mənəvi mahiyyət kəsb edəndə şəxsiyyətin gücünü göstərir, onun ləyaqət, dəyanət rəmzinə çevrilir, filankəs gözü tox adamdır deyirik. Demək, o, ləyaqətli adamdır. Dünya oduna yanmağı onun gözündə heç nədir. Təki onun adı, ünvanı gələcək nəsillər tərəfindən hörmət və ehtiramla xatırlansın. Bax, budur Böyük Ananın gücü, qüdrəti! Göründüyü kimi, “Gözüm toxdu” adı ilə başlayan hissə toxluğun mənəvi mahiyyətini, başqa sözlə fəlsəfi mahiyyətini açır. Sənət həyatın özü ilə birgə dünyaya gəlib. Həyatı Tanrı yaradıb. İlk əvvəl təbiət obrazı olaraq yaradıb, bir gözəllik obrazı olaraq, paklıq, saflıq obrazı olaraq təbiət ilk növbədə Tanrının əsəridir.
“…Sənətin mənşəyi həyatın özünün mənşəyi qədər qədimdir, çətin dərk olunandır. Ancaq hər şeyi dərk etmək mümkün deyil, bəlkə heç buna lüzum da yoxdur… İnsan hisslərinin nəhayətsizliyi, çoxölçülü tutumu çox vaxt ağlın açmağa gücü çatmadığı hadisələri, anlayışları yozmaqla, özünəməxsus şəkildə şərh etməklə boşluğu doldurur, insanı ovundurur, beləliklə, bir növ, onun canını mübhəm sarsıntılardan qurtarır”2.
Və sonra düşünən insan yaranır. Və insan özü də əbədiyyət arzusunda olur. Və bununla da özünün sənətini yaratmağa başlayır. Qobustan rəsmləri, qaya yazıları təkcə yazı olaraq, sənət olaraq yaşamır. Həm də o, insanların özlərini yaşadır. H.İsaxanlının “Ziyarət” peoması onun mənəvi aləmindəki fırtınaların, təlatümlərin poetik əks-sədasıdır. Yaddaş Sahibi obrazının timsalında o, bu daxili sarsıntılardan ovunmağın yeganə yolunu sənətdə görür. Məlum olduğu kimi sənət qədər insanın başqa heç bir məşğuliyyəti elmdən tutmuş müxtəlif peşələrə qədər onu ovundura bilməz.
“Ziyarət” həm də yalnız bir müəllifin özünü ovundurmaq istəyinin bəhrəsi deyil. Bütöv bir tarixin, bir nəslin sarsıntılardan xilas olmaq, ovunmaq istəyinin bəhrəsidir.

Ədəbiyyat:

Məmməd Cəfər. “Seçilmiş əsərləri “. “Çinar-Çap”. Bakı, 2003, s. 318.
Kamil Vəli Nərimanoğlu. “Özümüz-Sözümüz”. Çinar-Çap. Bakı, 2005, s. 437.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-exlaqin-meyari/feed/ 0
Soruşun vətənsizdən http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-sorusun-v%c9%99t%c9%99nsizd%c9%99n/ http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-sorusun-v%c9%99t%c9%99nsizd%c9%99n/#respond Thu, 14 Mar 2024 06:56:11 +0000 https://hisaxanli.org/?p=12894 Əli Rza Xələfli

…Ruhun həsrət yolu: Bədən Vətən. Bədən və Vətən anlamı nə qədər bir-birinə yaxındır. Elə bilirəm ki, bu sözlər qohum sözlərdir.
Sürgündən qayıtmağın, Vətənə qovuşmağın nə demək olduğunu Vətən həsrəti çəkənlər daha yaxşı bilər. Bunu kifayət qədər duyğularının tarixi yaşantılar üstündə köklənməsi ilə müəllif verə bilib və biz də bu barədə danışdıq. Əsərin oxucu ruhunda yaratdığı əhval, təəssürat, əsərin təsirilə oxucunun yaddaşında canlanmış mənzərələr, əslində, müəllifin uğurudur. Və onun özünün səsinin, sözünün oxucu dünyasındakı əks-sədasıdır. “Ziyarət” poemasında sürgünün qurtardığı, Vətənə qovuşma zamanındakı təəssüratlara müəllif “gözüm toxdu” hissəsində yer ayırıb. Amma nədənsə, Vətənə qayıdıb, sanki Vətənə qayıtmaqla ayrılmış bədən və ruh təzədən bir-birinə qovuşub. Düşüncəsinin təsiri altında yaddaşında oyanan daha bir mənzərəni buradaca, bu sətirlərin arasına gətirməyə bilmərəm. Bu, görkəmli ədəbiyyatşünas alim, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının Şah İsmayıl Xətai ilə bağlı düşüncələridir. İndiki məqamlarda mənim düşüncələrimə qol-qanad verdiyi üçün, ilhamıma yeni duyğular bəxş etdiyi üçün yada salıram:
“On altıncı yüzilliyin tarixi salnamələrindən birində Şah İsmayılın Təbrizi fəth edərək hakimiyyəti öz əlinə alması barədə poetik bir bənzətmə var: “O, Təbrizə girdi, elə bil ruh bədənə daxil oldu”. Bu bənzətmədəki milli romantika indinin özündə də vətənçi duyğunu, dövlətçi düşüncəni dimdik ayaq üstə saxlamağa qadirdir. Şah İsmayılın Təbrizə girməsinin ruhun bədənə daxil olmasına bənzədilməsi onun Azərbaycan tarixi içindəki yerinin son dərəcə dəqiq ifadəsidir. O, öz keşməkeşli, yorulmaz mübarizəsi və dövlət idarəçiliyi ilə təkcə Təbrizə deyil butövlükdə Azərbaycana böyük bir ruh gətirdi. Bu, milli kimlik, vətənçilik, dövlətçilik ruhu idi”1.
Göründüyü kimi, professorun özünün də qanadlı duyğularla qələmə aldığı tarixi salnamənin hansısa bir küncünə ilişib qalmış faktın, hadisənin mahiyyəti Vətən və dövlətçilik duyğuları üstə köklənib. Əlbəttə, indiki məqamda ruh və bədən mahiyyəti məni daha çox cəlb eləyir. Və elə bu fikirlə də şərikəm ki, Vətəni olmayanın milləti də olmaz. Bütün sürgünlər, deportasiyalar, təqiblər ona xidmət edir ki, gücünü Vətəndən, yerindən, yurdundan alan insanların özlərini Vətəndən ayırsınlar. Və beləliklə, milli ruhu öldürsünlər. Təbiətdə də belədir. Bir ağacı, bitkini başqa bir şəraitdə asanlıqla yetirmək olmur. Uyğunlaşmaq üçün on illərlə vaxt lazımdır. Hindistan filini təbii şəraitdə Qafqazda təmin etmək mümkünmü? İnsan da təbiətin bir parçasıdır. Onu öz mühitindən ayıranda cismən məhv olmaqdan başqa mənən də ölümə məhkum olur. Ancaq “Ziyarət” poeması bir nəslin sürgünlərin, qürbətlərin bütün məhrumiyyətlərinə dözərək ağır qurbanlar bahasına təzədən yurda dönüşünü bizə təqdim edir. Yurda qayıdacaqlarına inam bu adamları qoruyub saxlayıb. Yaddaş Sahibinin dinlədiyi hekayətin mahiyyəti budur; ana Vətəndədir ruh bədəndə olduğu kimi. Bu qayıdışın ruhun bədənə təzədən qayıdışına bənzəri var. Həmin anlarda nənə hansı hissləri yaşayıb? Onu dilləndirən hansı duyğular olub?
Sürgündən dönəndə dedi: “Şükür, şükür Yaradana Balalarım vətəndədi…” (Ey müqəddəs, əziz ana, İlahi ruh, Allah eşqi
Əgər varsa, o, səndədi).

Bəli, bu, ruhun bədənə qayıdış hekayətidir. Elə bir hekayətdir ki, heç vaxt yaddaşdan çıxmamalı, heç vaxt unudulmamalıdır. Çünki yeni nəsillər bu tarixi bilmədən gələcəyin etibarlı təminatçısı ola bilməzlər. Nəslin yaşarılığını təmin etmək, nəsli qorumaq hissi ananın ehtiyat enerjisini səfərbər edib, onu uzaq yollardan keçirib, Vətənə qaytarıb ona görə ki, bu, acınacaqlı, bu dəhşətli tarixi Yaddaş Sahibinin kitabına yazsın. Artıq bu fikri neçənci dəfədir ki, vurğulayırıq. İndi yurdu dirçəltmək, qürbətdə göz açmış övladlara Vətəni tanıtmaq, bəlkə, onlara gədiklərin, təpələrin, yolların, cığırların, bulaqların, talaların da adlarını demək lazım olacaq. İndi yaşamaq üçün Vətənin havası və suyu var. Bərəkət gətirən torpaq indi onların ayaqları altındadır, indi onlar kifayət qədər güclüdürlər, indi onlar halal zəhmətə, bəhrəsini görəcək zəhmətə qayıtmalıdırlar. Bəli, zillət, zəhmətlə əvəz olunmalıdır. Nənə də elə bunu deyir:

“Balalarım, zəhmət çəksək, Bir bağ salıb, bostan əksək, Düzəldərik ev-eşiyi;
Bəndə bağlayan qapını
O gözəgörünməz kişi
Bir gün gələr açar” dedi.

Yeri gəlmişkən, H.İsaxanlının “Ziyarət” adlandırdığı epik-lirik poeması oxucuda güclü təəssürat yaradan əsərdir. Oxucunu hisslərlə silahlandırır, onu duyğulandırır, düşüncələrini əsərin ovqatı üstə kökləyir. Əsərin ayrı-ayrı fəsillərinə uyğun olaraq oxucu qəzəblənə bilir, acıyır, qürurlanır, inamın nəyə qadir olduğunu dərk edir, bəzən sevinir, bəzən kədərlənir. Əslində, elə bədii əsərin də, ədəbiyyatın da əsas məqsədlərindən biri elə budur: İnsana hisslər sahibi olduğunu xatırlatmaq. Hisslərlə qavramaq, hisslərlə düşünmək iqtidarında olan insan daha az qərəzsiz olar. Belə adamların duyğuları insana hörmət, insana ehtiram, ən başlıcası insana sevgi üstə köklənir.

Ədəbiyyat:

Məhərrəm Qasımlı, “Şah İsmayıl Xətayinin poeziyası” , Elm, Bakı, 2002. s.3.
Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-sorusun-v%c9%99t%c9%99nsizd%c9%99n/feed/ 0
Vətən nədi, qoy desin http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-v%c9%99t%c9%99n-n%c9%99di-qoy-desin/ http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-v%c9%99t%c9%99n-n%c9%99di-qoy-desin/#respond Thu, 14 Mar 2024 06:54:45 +0000 https://hisaxanli.org/?p=12892 Əli Rza Xələfli

Vətəndən qürbətə gedişi üzü qürbətə doğru, naməlum bir məchulluğa doğru gedən karvanın apardığı həsrət yükünü kifayət qədər aydınlatmağa çalışmışdım. Evin bir divarı uçub, qalan divarlar da özülündən silkələnib. Karvan da yola cəm olub. Qürbət var, qərib var…
…Yaddaşımda oyanan və hələ çox da məndən uzaqlaşmayan beş-on il bundan əvvəlin bir təəssüratını buradaca xatırlatmaya bilmirəm:
“Ailə içində, qardaşlar arasında çoxlu mübahisələrimiz olub. Bir dəfə də mübahisə “qərib” və “qürbət” sözlərinin üzərində dirəndi. Hər kəs qəribi və qürbəti bir cür mənalandırırdı. Mənim fikrim beləydi: Qərib vətənindən qopmuş şəxs, qürbət onun bəxtinə yazılmış məkandır”. Ədəbiyyatda bu sözlər çox qarışdırılıb. Qurbət adının şəxsə verilməsi, “qərib ellər”, “qərib yerlər” ifadələri, dastanlarda, bayatılarda, folklorda çox işlənib. Bunu da misal gətirib mənim fikrimi dağıtmaq istəyənlər də var idi. Bizim belə mübahisələrimizin atamız da şahidi olurdu. Televiziyadan Avdı Qoşqar da gəlmişdi. Bəlkə də, peşəsindən irəli gəldiyi üçün o, üzünü ömrünün 77-ci pilləsinə çatmış atama tutdu. Zal əmi, sən nə deyirsən bu mübahisəyə? Elə bil ki, sözlər kişinin sinəsinin altında növbə gözləyirmiş:
Qürbətdi ötən sizdən, Qəribdi bitən sizdən. Vətən nədi? qoy desin, Soruşun vətənsizdən.
Atamın kim olduğunu, onun hansı ruhun silkələməsi ilə danışdığını bildiyimdən tam qətiyyətlə deyirəm ki, bu misralar həmin anlarda yaranmışdı. Həmin anların, həmin ovqatın həmin anlarda yaşadığı ağrıların sözə çevrilişi idi.
Daha heç kimin deməyə sözü qalmamışdı”.
…Bəli, Vətən nədi, qoy desin, Soruşun vətənsizdən. Soruşun bütöv bir nəsli qanadlarının altına yığıb Orta Asiya səhralarını dolaşan, səhra küləklərinin göylərə sovurduğu qumların ölüm püskürən vahiməsindən keçən bir anadan. Vətənsizliyin, yurdsuzluğun qənimə dönüb, əcələ dönüb onun başının üstündə qılınc oynatdığı anlarda qəlbindən hansı duyğular keçib? Həmin anlarda Vətən nə demək olub onun üçün? Elə bilirəm ki, Vətənin nə demək olduğunu, ən düzgün cavabı elə vətənsiz verə bilər. Vətənindən, yurdundan əli üzülmüş Vətənin nə demək olduğunu daha yaxşı bilər.
Dostum Qərib Aşkari tələbəlik illərində Şəhriyarın “Heydərbabaya salam” əsərinə cavab yazmışdı. Bir gənc tələbənin, heç o tayı görməmiş, amma atasının, anasının vətənsizlik həsrətindən necə qovrulduğunu görə-görə böyümüş bir gənc adında daşıdığı qəriblik mahiyyətini o vaxt elə beləcə də ifadə eləmişdi: “Bilməz idim Vətən nədi, el nədi? Vətən dərdi ürəyimi göynədi…”
Hələ H.İsaxanlının bir ananın qəlbində daşıyıb gətirdiyi Vətən haraylarını təəssüratımın mərkəzinə çəkə bilməmişəm. Amma əsərin həsrətdən keçən, həsrəti öz içində qovuran misralarını oxuyan kimi yaddaşımda bu duyğular göyərdi.
H.İsaxanlının “Ziyarət” poeması öz qaynağını demək olar ki, şifahi düşüncədən götürüb, folklordan qidalanıb. Bu əsərin şirəsi, mayası xalq təfəkkürüdür. Və elə ona görə də H.İsaxanlı tez-tez bayatılara üz tutur. Həsrəti, dərdi, kədəri, vətənsizlik haraylarını bayatıların dili ilə çatdırmağa çalışır:
Dərd yaman seçdi məni, Tapdayıb keçdi məni. Təzə baş qaldırmışdım, Doğrayıb biçdi məni.
İlk baxışdan bu bayatını hər bir dərdli dilindən car edə bilərdi. Bayatı şəxsin və zamanın qarşılaşması anında, zamanın ədalətsizliyi, şəxsin varlığını, mənəvi aləmini dəmir dabanları altında əzəndə onun sinəsini caynaqları ilə didib dağıdanda yaranır. Və əsərin özünə qayıdanda şairin çox böyük təbiilik və doğmalıqla yaratdığı Ana obrazının mənəvi simasını onun varlığında, ruhunda tüğyan edən dərdlərin miqyasını, başqa sözlə, sərhədsizliyini görürük. Başqa cür yurdundan, Vətənindən qoparılmış bir ananın bundan qeyri nə deyə biləcəyini təsəvvür etmək olar?
Dəryadayam, gəmim yox, Çöllərdəyəm, zəmim yox. Qəmdən zəngin olmuşam
Kəsirim yox, kəmim yox.
Və zənnimcə, bu, Vətən ağrısı ilə ömürü başa vurmuş insanların qürbət ellərdə qəriblərin sinəsinin altında yara bağlamış Vətən həsrəti başqa nə cür dilə gətirilə bilərdi? H.İsaxanlının bayatı yaradıcılığı elə bilirəm ki, “Ziyarət” poemasında zirvəsinə çatıb. Və nə vaxt “Ziyarət” poemasının motivlərinə qayıdacaq, o zaman yeni bayatıları da yaranacaq. Başqa ovqatda inanmıram ki, “Ziyarət” poemasındakı bayatı ruhu bu dərəcədə öz səmimiyyətini qoruyub saxlaya bilsin.
* * *
Ruh etibarilə “Ziyarət” poemasının ən kövrək, ən duyğulu səhifələrini
çevirirəm. İnanıram ki, Vətən həsrətilə yoğrulmuş, Vətəndən uzaqdakı dərdlərin, ağrıların sözə çevrilməsi anlarında müəllif də ən kövrək anlarını yaşayıb. Söhbət onda deyil ki, bu anlar hansı poetik səviyyədə qələmə alınıb. Ancaq onun kövrək bir aləmdən qopub gəldiyinə, o anların vətənsizlik ağrılarının təzədən yaşantılarını “Ziyarət” poemasının “Yol uzundu” kiçicik parçasında qələmə alarkən H.İsaxanlı bəlkə hələ anadan doğulmadığı, bir qərinə əvvələ qədər hiss, duyğu məsafəsi keçib. Nənəsinin nağıllarından təsirlənərək yaddaşa yığdığı hadisələri bütöv bir mərhələnin, bir neçə kəlmənin içərisində yaddaş koduna çevirərək, onun özünə əmanətlənməsinə qədərki zamanı öz varlığında dərk eləməsəydi, qavramasaydı, bu qədər kövrək notlarla vətənsizlik ağrılarını da yaza bilməzdi.
Yol uzundu. İlk baxışdan bu iki sözün içərisində cəmlənmiş mahiyyəti elə ağrısız da təsəvvür etmək olar. Bir qonaq getdiyin ölkəyəcən yol uzundu, doğulduğun torpağa, kəndə, elata, bir toya, şənliyə, lap elə bir doğmanın kədərinə şərik olmağa gedirsənsə, müəyyən vaxt və məsafə baxımından yol uzundu. Sən bir ömür yaşamalısan. Dünyaya gəlişindən gedişinəcən yaşayacağın ömrün yolu uzundu. Bir sözlə, olumun və ölümün arasında zaman var, məsafə var. Amma əsərdən müvafiq parçanı oxuyan kimi bu iki kəlmənin içərisində “yol uzundu” sözlərinin arasında nə qədər ağrı, nə qədər həsrət, nə qədər hicran, vətənsizlik dərdi deyilən bir ağırlığın olduğunu təsəvvür etmək o qədər də çətin olmur.
Tiranların ölümü labüddür. Tiranlar ölən kimi onların yaratdığı rejimin
o rejimin ki, onun hər vintindən, rıçağından qan süzülür sonu çatır. Tarixin tərsinə çevrilmiş çərxi yenidən yerin günəş ətrafında fırlanma istiqamətinə dönür. Rejimlərin, onları təmsil edən tiranların qəddarlığı onunla ölçülür ki, sanki onların zamanında saatın əqrəbləri tərsinə fırlanır. Beləcə, tarix susa-susa təfkirinin ömrünü başa çatdırır. Cəzalanmalı olanlar haqlı cəza qarşısında qalırlar. Və beləcə, bir gün xeyir bir xəbər gəlir. İndi də Şərin hüznüdür, iblisin qılıncı korşalıb. Uzaq Orta Asiya çöllərində rejimin təmsilçisi olan komendant komissar adamları başına yığıb tikanlı məftillərlə hasarlanmış düşərgənin ömrünün qurtardığını elan edir. “QUL-aq arxipelaqı” (A.Soljenitsin) çiçəklənmə dövrünü bitirir, yeni zaman başlanır. Nağıl dili yüyrək olar, H.İsaxanlının dərd-ağrı motivləri ilə qələmə alınmış bir xalq taleyini, bir etnosun iradəsinin, inamının qırılmasına, sındırılmasına yönəlik olan cinayətin etirafı:
Xeyir xəbər gəldi bir gün,
Oxudular, bu fərmanı:
Azadsınız, bitdi sürgün!
Xalq susmuşdu biixtiyar,
Danışırdı tək komissar:
Lap elə komissarın dediyi kimi, onun işlətdiyi terminlərlə, başqa sözlə, nənənin nəvəyə yaddaş kodu kimi ötürdüyü şifrələrlə danışan müəllif həmin mənzərəni gözlərimizin qabağında canlandırır. Sürgün bitib, indi hamıya azadlıq fərmanı verilib, indi komissarın özü də çox mülayim görünür:
“İstəsəniz burda qalın, Buralar da müsəlmandı. Uşaq xırda, ayaq yalın,
Yol uzundur, ölərsiniz… Borcumuzdur təklif etmək,
Siz özünüz bilərsiniz
Burda qalmaq, yoxsa getmək?”
Guya ki, müsəlman olmaq, müsəlmanın özünün müsəlmanlar arasında olması… bütün bunlar haqsız, ədalətsizcəsinə, qəddarlıqla yüz minlərlə insana qarşı soyqırımı siyasəti kimi həyata keçirilən sürgün siyasəti səhv imiş. Ona görə də komissar buralar da müsəlmandır, deyir. Müəllif də komissarın sözünə izah verir: “Müsəlmandı müsəlmançılıqdı, müsəlmanlar yaşayan yerdi”. Nənə komissarın dilindən işlədilmiş “buralar da müsəlmandı” sözlərini yaddaşında necə qoruyub? Bəlkə də, qəddar tarixi gələcək nəsillərin yaddaşına ötürmək üçün həyat uğrunda mübarizə instinkti orada işə düşüb. Və həmin sözlər yaddaşa yazılıb və bir gün əli qələm tutan nəvəyə çatdırılıb. Rejimləri təmsil edənlər bacarsaydılar bütün dünyadakı qələmləri yığıb ən dəhşətli vulkan odunda yandırardılar. Axı onlar çox gözəl bilir ki, qələm onların qəddarlığını, cinayətlərini bağışlamayacaq. İndi sanki dünənki qəddarlığı ilə yox, bu günün gətirdiyi havanın təsiri altında yumşaq danışan komissar adamlara yol göstərir. “Azadsınız, qapılar açıqdı, buyurun, gedin, hökumətimiz, partiyamız sizə qayğı göstərir…” Bəs onda yollarda tələf olmuş minlərlə körpələrin, vaqonlarda ölmüş qocaların bir içim su götürmək üçün stansiyada düşüb vaqondan aralaşan gənci al qanına qəltan edən ölümlərin əvəzini kim verəcək, kim qaytaracaq havaya sovrulmuş ömürlərin zamanını?
Müəllif rejimin ikiüzlülüyünü, onun antiinsani mahiyyətini bir neçə misranın isərisində ironik, kinayəqarışıq bir dillə ifşa edir:
Heç bir günahı olmayan İnsanları sürgün etmiş. Sürgün sona yetən zaman, “Azadsınız, gedin” demiş… Mənim Şura hökumətim
Nə “insaflı” hökumətmiş…
Yaddaş kitabı, Yaddaş Sahibi… İinsanların dəhşətli faciələrlə üzləşdiyi dövrlərə qayıdış… bütün bunlar müəllif üçün adi təəssürat deyil. O, hər bir ifadədən yapışıb oxucusunu həmin dövrə, zamana qaytara bilir. Bir sözlə, bu obrazlar H.İsaxanlı üçün ideya mənbəyidir. Nəhayət, onun özünəməxsus ümumiləşdirməsi, sanki uzun yola yekun vurması, mənzil başına qayıdış və bütün bunların bir ibrət, dərs kitabına inam aşılayan düşüncələri…
Ətrafı tutarsa şər, Ürəyi boğar kədər. Yanıb-yaxılar ürək Yana bildiyi qədər.
Hər kəs bildiyicəndi. Hər kəsin gücü, qüdrəti söhbət qələmdən, qələmdən yapışandan gedirsə, onda deməliyik: sözü qədərdi, sözünün dəyəri qədərdi.
…Şair “yol uzundu”, deyirdi. O, hansı yolun uzunluğundan, bitməzliyindən, tükənməzliyindən danışırdı? Hər halda bir yol da var. Bu, inam yoludur. Haqqın bir gün ayaq üstə duracağına, haqqın özünə təpər alacağına inam yolu…

Ədəbiyyat:

Hamlet İsaxanlı. “Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı, Bakı, 2009.

]]>
http://hisaxanli.org/eli-rza-x%c9%99l%c9%99fli-v%c9%99t%c9%99n-n%c9%99di-qoy-desin/feed/ 0