[:az]2018-ci il martın 31-də Bakıdakı hotellərin birində KUNİB – Kafkas Universiteler Birliyinin təhsil sərgisi keçirildi. Sərgidə Türkiyənin və Azərbaycanın müxtəlif universitetləri iştirak edirdilər. Sərginin ilk günü rəsmi açılış oldu. KUNİB-in başqanı Ramazan Korkmaz təhsil sərgisində iştirak edən qonaqları salamladı və rəsmi açılışı elan etdi. Açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan universitetlərinin rektorları və digər şəxslər çıxış etdilər. Sonra qonaqlar universitetlərlə tanış oldular. Xəzər Universiteti hər zaman olduğu kimi, bu dəfə də qonaqların və çoxsaylı orta məktəb şagirdlərinin diqqət mərkəzində idi. Sərgidə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, tələbə və qeydiyyat şöbəsinin müdiri Lamiyə Namazova və Karyera Mərkəzinin meneceri Səbinə Allahverənova iştirak edirdilər. Sərgi iki gün davam etdi.

http://www.khazar.org/az/news/article/3068

[:en]KUNIB (Caucasus University Association) held an exhibition in one of the hotels in Baku, on March 31, 2018. Several universities of Turkey and Azerbaijan participated in the exhibition. An official opening ceremony was held on the first day of the exhibition. Ramazan Korkmaz, President of KUNIB, greeted guests and declared the exhibition officially open. Prof. Hamlet Isakhanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, Erkan Ozal, Ambassador of Turkey to Azerbaijan, rectors of universities of Turkey and Azerbaijan also delivered speeches at the opening ceremony. Then participants got acquainted with the universities. As usual, Khazar University was in the focus of attention of visitors and secondary school students. Alovsat Amirbeyli, Director for Public Relations and Media, Lamiya Namazova, Head of Division of Students and Registration, and Sabina Allahveranova, Manager of Career Centre, also participated in the 2-days exhibition.

http://www.khazar.org/en/news/article/3068

 [:]