[:az]2018-ci il fevralın 27-də Xəzər Universitetinin Mədəniyyət mərkəzində görkəmli muğam ustadı, xalq artisti Arif Babayevin 80 illik yubileyi münasibətilə mərasim keçirildi.

Mərasimi qısa giriş sözü ilə universitetin Musiqi və incəsənət departamentinin müdiri – əməkdar müəllim, dosent, pianoçu Zülfiyyə Sadıqova açdı.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı geniş çıxışında Arif Babayevin qədim və zəngin muğam ənənələrinə əsaslanan özünəməxsus ifaçılıq xüsusiyyətlərindən, özünün də iştirakçısı olduğu səfərlərdə xarici ölkələrin tamaşaçıları tərəfindən sənətkarın böyük rəğbətlə qarşılandığından danışdı, yubileyi münasibətilə onu təbrik etdi.

Dosent Zülfiyyə Sadıqova Xəzər Universitetinin kollektivi adından professor Hamlet İsaxanlının imzaladığı təbrik məktubunu oxudu. Yubilyara gül dəstəsi və hədiyyə təqdim olundu.

Xalq artisti mərasimin təşkilinə görə universitet rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi, tarzən Ramin Rzayev, kaman ifaçısı əməkdar artist Mirnazim Əsədullayev və skripkaçı Fərid Abbasovun müşayiəti ilə muğam parçası ifa etdi.

Tədbirdə universitetin rektoru Hassan Niknafs, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, dekanlar və departament müdirləri, əməkdaşlar iştirak edirdlər.

[:en]A ceremony was held to commemorate Arif Babayev’s, a prominent mugham singer and People’s Artist, 80th anniversary in the Culture Centre of Khazar University on February 27, 2018.

Honored instructor, Associate Professor and pianist Zulfiyya Sadigova, Head of the Department of Music and Art, opened the ceremony with a brief speech.

Prof. Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered a long speech about Arif Babayev’s mastery of mugham, which is based on ancient and rich traditions, and mentioned that Arif Babayev is warmly welcomed even by people of foreign countries to which he visits, and congratulated him on his birthday. Associate Professor Zulfiyya Sadigova read a letter of congratulation, with a Hamlet Isakhanli’s signature, on behalf of the staff of Khazar University. Arif Babayev was presented a bunch of flowers and a gift.

Arif Babayev expressed his gratitude to the university administration for the ceremony and sang a piece of mugham accompanied by Ramin Rzayev, a tar player, Mirnazim Asadullayev, a kaman player, and Farid Abbasov, a violinist.

Dr. Hassan Niknafs, rector, Mahammad Nuriyev, vice-rector for Academic Affairs, Isakhan Isakhanli, vice-rector for Administration and Student Affairs, deans, heads of departments, and other staff members took part in the ceremony.

http://www.khazar.org/en/news/article/2999

[:]