[:az]2018-ci il fevralın 20-də Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva Şotlandiya Keyfiyyətin Təminatı Tələbə Tərəfdaşlığının (Sparqs) Şotlandiyanın Dandi Universitetində təşkil etdiyi Akademik Nümayəndəliklər Koordinatorlarının görüşündə iştirak etdi. O, ERASMUS+ tərəfindən dəstəklənən beynəlxalq kredit mobilliyi proqramında iştirakının nəticəsi olaraq, Britaniyanın Middlesex Universitetində son 5 ayda apardığı araşdırmaları və tapıntılarını təqdim etdi. Təqdimat ali təhsildə olan nöqsanları əhatə edirdi və tələbə cəlbinin Azərbaycanda universitet idarəçiliyini necə yaxşılaşdıra biləcəyi haqqında idi. O, həmçinin, təqdidat planını və metodologiyasını, məqsədini, ideyasını və araşdırmasında arxalandığı məntiqi təqdim etdi.

Sparqs Şotlandiya universitetlərində tələbələrin özləri üçün keyfiyyətli təhsil təcrübəsi əldə edə biləcəyi və həmçinin, başqalarına eyni şeyə nail olmaqda köməklik göstərə biləcəyi mühiti təbliğ edən bir xeyriyyə təşkilatıdır. Sparqs təlimlər, seminarlar, görüşlərin təşkili və Sparqs tərəfindən hazırlanan resurslara çıxışı təmin etməklə, tələbələr, institutlar və ümumilikdə, təhsil sektorunu dəstəkləyir.

http://www.khazar.org/az/news/article/2975[:en]On February 20, 2018, Raziya Isayeva, Head of Development Centre of Khazar University, visited University of Dundee, Scotland, to participate in the Academic Representation Coordinators’ meeting, organized by Student Partnerships in Quality Scotland (Sparqs). She presented her research conducted and findings gained at Middlesex University, UK, for the last 5 months, as a result of her participation in the international credit mobility program supported by ERASMUS+.

The presentation covered the shortcomings in Higher Education and was about how the student engagement could improve the university management in Azerbaijan. She also presented the purpose, main idea, plan, methodology of her research and rationale behind it.

Sparqs is a charitable organization which promotes the environment within universities of Scotland, where students can achieve high quality educational experience, as well as help others, experience the same practice. Sparqs supports students, institutions and the education sector through training, workshops, meetings and providing access to the resources developed by Sparqs.

http://www.khazar.org/en/news/article/2975[:]