2017-ci il dekabrın 20-də Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələbələri üçün “Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “CanSat Azərbaycan-2018” tələbə peyki müsabiqəsinin təqdimatı keçirildi. “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentinin aparıcı mütəxəssisi Fidan Behbudova müsabiqə haqqında məlumat verərək qeyd etdi ki, kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəlmiş Beynəlxalq CanSat müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu (AIAA), eləcə də, kosmik sektorda aparıcı qurumların dəstəyi ilə 1998-ci ildən etibarən hər il keçirilir. 2018-ci ildən etibarən bu müsabiqənin Azərbaycanda da keçirilməsi planlaşdırılır. “CanSat Azerbaijan” adlandırılacaq bu müsabiqə ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulur. Müsabiqənin məqsədi tələbə peyki layihələrinə marağın daha da artırılması və azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsi, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və uğurlu nəticələrin əldə edilməsi, gələcəkdə nano və digər real peyklərin ölkəmizdə məhz yerli mütəxəssislər tərəfindən hazırlanması üçün təcrübi bacarıq və vərdişlərin əldə edilməsidir.
Təqdimatın sonunda “Azərkosmos” ASC-nin nüməyəndələri tələbələrin müsabiqə ilə bağlı suallarını cavablandırdı.
Müsabiqə haqqında daha ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar:
http://www.khazar.org/az/news/article/2763
Presentation of “CanSat Azerbaijan-2018” student satellite competition, which will be held with organizational support of “Azercosmos” OJSC and Ministry of Education, was conducted for the students of School of Engineering and Applied Sciences, Khazar University, on December 20, 2017. Fidan Behbudova, a leading expert of Department of Cooperative communication, “Azercosmos” OJSC, gave detailed information on competition and added that International CanSat competition, designed for motivation of development of university students in cosmic sector, has been held since 1998 with joint support of NASA, American Astronomical Society (AAS), The American Institute of Aeronautics and Astronautics (AIAA) as well as other leading institutions in space industry. It is also planned to hold this competition in Azerbaijan as of 2018. “CanSat Azerbaijan” is for students of higher education institutions. The objective of the competition is to increase interest in, and popularization of, student satellite projects, represent Azerbaijan in similar competitions with experienced teams and gain achievements as well as help experts to attain relevant skills for producing Nano and real satellites in the future in Azerbaijan.
After the presentation “Azercosmos” OJSC representatives answered the students’ questions.
For further information on competition: