2017-ci il dekabr 15-də Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Su İstifadəçiləri Assosiasiyasının təsis yığıncağı keçirildi. Assosiasiyada respublikanın nazirliklərinin, aparıcı elmi institutlarının tanınmış su mütəxəssisləri təmsil olunurlar. Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov təsis yığıncağında işçi qrupunun üzvü seçildi.
Qeyd edək ki, Xəzər Universiteti bu qurumda təmsil olunan yeganə universitetdir.
http://www.khazar.org/az/news/article/2758