2017-ci il dekabrın 14-də Xəzər Universitetinin Magistratura, doktrantura və elmı işlər üzrə bölməsinin müdiri Eldar Şahgəldiyev Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə əməkdaşlığı ilə Bakıda təşkil olunmuş “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak etdi. Tədbirdə rəqəmsal mühitdə müəlliflik hüququ və onun pozulması hallarına qarşı mübarizə tədbirləri, əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlıq və onun perspektivləri, əqli mülkiyyət hüquqlarının müdafiə məsələləri müzakirə olundu.

http://www.khazar.org/az/news/article/2738