2017-ci il oktyabrın 21-i və 22-də keçirilən Qəbələ Arxeologiyası Beynəlxalq Elmi Seminarında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Tarix və arxeologiya departamentinin müdiri Roza xanım Arazova, Xəzər Universitetində nəşr olunan “Azərbaycan arxeologiyası” jurnalının redaktoru professor Qüdrət İsmayılov, “Dünya” məktəbinin təsisçisi Nailə xanım İsayeva iştirak etdilər.

Professor Qüdrət İsmayılov xüsusi məruzə ilə çıxış etdi. Professor İsaxanlı arxeologiyanın dünya tarixini necə dəyişdirdiyi, Azərbaycan tarixi və mədəniyyətinin XIX əsrdə inkişafı, həmçinin, elm və iş dünyası arasında əlaqələrin vacibliyi məsələlərindən danışdı.

khazar.org