Xəzər Universitetinin nümayəndə heyəti Azərbaycanın UNESCO-dakı səfiri ilə görüşdü Delegation of Khazar University meets with Ambassador of Azerbaijan to UNESCO
2017-ci il oktyabrın 12-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın UNESCO-dakı səfiri və daimi nümayəndəsi cənab Anar Kərimovla görüşdü. Görüş UNESCO-nun Parisdəki Baş qərargahında keçirildi.
Professor Hamlet İsaxanlı Xəzər Universitetindən, onun dünya universitetləri arasında reytinqindən və layihələrdəki yüksək nailiyyətlərindən danışdı. Səfir Xəzər Universitetinin müvəffəqiyyətlərinə çox sevindiyini bildirdi və ona uğurlar arzuladı. Onlar, həmçinin, Xəzər Universiteti ilə UNESCO arasında elm və təhsil sahəsində gələcək əməkdaşlığı da müzakirə etdilər.
Həmin gün Xəzər Universitetinin nümayəndə heyəti Viktor Hugo Məktəbini də ziyarət etdi və məktəbin rəhbəri cənab Frans Ponsartla görüşdü. Həm Viktor Hugo məktəbinin, həm də “Dünya” məktəbinin nümayəndələri məktəblər haqqında təqdimatlar etdilər və iki tərəf arasında əməkdaşlıq imkanları müzakirə olundu.
Nümayəndə heyətinə Xəzər Universitetinin (rektor Hassan Niknafs, Elmi işlər üzrə prorektor Dr. İradə Xəlilova, İnkişaf Mərkəzinin direktoru Raziya İsayeva, Psixologiya departamentinin koordinatoru Ülkər İsayeva, Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova) və onun nəzdindəki “Dunya” məktəbinin (“Dünya” məktəbinin həmtəsisçisi Nailə xanım İsayeva, məktəbin direktoru Mərufə Mədətli, İB proqramı koordinatoru Rəna Həsənova) inzibati əməkdaşları daxildirlər.
Səfər Xəzər Universiteti və Paris Sorbonne Universiteti-Abu Dabi tərəfindən birgə təşkil edilmiş və Azərbaycan Respublikasının Fransadakı səfirliyi tərəfindən dəstəklənmişdir.

On October 12, 2017, the delegation of Khazar University headed by Prof. Hamlet Isakhanli had a meeting with Mr. Anar Karimov, the Ambassador and Permanent Delegate of Azerbaijan to UNESCO. The meeting took place at UNESCO Headquarters in Paris, France.
Prof. Hamlet Isakhanli spoke about Khazar University, its high achievements in world university rankings and its projects. The Ambassador was impressed by Khazar University’s successes and wished good luck. They also discussed future cooperation between Khazar University and UNESCO in the field of science and education in particular.
On the same day, the delegation of Khazar University also visited the Victor Hugo School and met with Mr. France Ponsart, the head of school. The representatives of both Victor Hugo school and Dunya school gave presentations about their schools and cooperation opportunities have been discussed between two parties.
The members of delegation include administrative staff members of Khazar University (Rector Dr. Hassan Niknafs, Vice-Rector for Research Dr. Irada Khalilova, Development Center Director Ms. Raziya Isayeva, Psychology Department Coordinator Ms. Ulkar Isayeva, Director of International Affairs Office Ms. Turan Jafarova) and its affiliate Dunya School (co-founder of Dunya School Ms. Naila Isayeva, Principal of Dunya School Ms. Marufa Madatli, IB Program Coordinator Ms. Rena Hasanova).
This trip was organized jointly by Khazar University and Paris Sorbonne University Abu Dhabi and supported by the Embassy of Azerbaijan Republic in France.
