“Dünya” məktəbinin müəllimi, bəstəkar Sevda Rəhimovanın şair Hamlet İsaxanlının sözlərinə bəstələdiyi romans müsabiqədə seçilmiş 10 romans arasında yer alıb

2017/10/03

AzTV “Mədəniyyət” kanalı və “Azərbaycan” radiosunun bu ilin may ayında elan etdiyi bəstəkarlar arasında romans janrında yazılan əsərlərin müsabiqəsində yüzdən çox romansdan seçilmiş 10 romans arasında “Dünya” məktəbinin müəllimi, bəstəkar Sevda Rəhimovanın Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “İkimizdən birimiz” adlı şeirinə bəstələdiyi eyni adlı romans da yer almışdır.

Seçilmiş 10 romans oktyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək qala-konsertdə ifa olunacaq.

khazar.org