“Dünya” məktəbində Nailəxanım İsayevanın yaradıcılıq gecəsi keçirildi The evening dedicated to the work of Nailakhanim Isayeva, was held at “Dunya” school
2017-ci il mayın 27-də “Dünya” məktəbinin konsert-konfrans salonunda “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayevanın bəstəkarlıq fəaliyyətinə aid yaradıcılıq gecəsi keçirildi.
Tədbirdə “Dünya” məktəbinin rəhbərliyi və kollektivi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasnın sədri professor Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi və əməkdaşları, bir sıra ali təhsil müəssisələrinin rəhbərliyi, yaradıcılıq ittifaqlarının nümayəndələri və qonaqlar iştirak edirdilər.
Aparıcılar yaradıcılıq gecəsini açıq elan edəndən sonra Nailəxanım İsayeva və Hamlet İsaxanlının birgə həyat və yaradıcılıq fəaliyyətinə aid “İnciçiçəyi” adlı sənədli-bədii film nümayiş etdirildi. Tamaşaçıların böyük maraq və diqqətlə izlədikləri filmdə ailə fraqmentlərinin göstərilməsi ilə yanaşı, şairlə bəstəkarın uğurlu yaradıcılıq işindən bəhs olunurdu. Qeyd edək ki, Nailəxanım İsayeva mahnılarının hamısını Hamlet İsaxanlının sözlərinə bəstələmişdir. Film Mir Rafiq Əbdülrəhimov, Afaq Qəmbərova, Murad Allahverdiyev, Lalə Həsənova, Hüseyn Qəhrəmanlı və Nigar Fərmanovadan ibarət yaradıcılıq qrupu tərəfindən hazırlanmışdı.
İştirakçıların alqışları ilə qarşılanan filmin nümayişindən sonra Nailəxanım İsayevanın mahnılarından ibarət konsert proqramı təqdim olundu. Mahnıları Xəzər Universitetinin Kamera orkestri, universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqova və “Dünya” məktəbinin müəllimi, pianoçu Nərgiz Gözəlovanın müşayiəti ilə xalq artisti Brilyant Dadaşova, Sumqayıt “Dünya” məktəbinin təşəbbüsü və iştirakı ilə keçirilmiş Sumqayıt şəhər məktəblilərinin Mədəniyyət festivalının qalibi Murad Haqverdiyev, “Dünya” məktəbinin müəllimi Arzu Ömərova, əməkdar artistlər Manana, İlqar Muradov, Fərid Əliyev və Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova ifa etdilər. Tamaşaçılara Xəzər Universitetinin qızlardan ibarət rəqs qrupunun çıxışları da təqdim olundu. “Dünya” məktəbinin şagirdlərinin ifasında Nailəxanım İsayevanın Hamlet İsaxanlının sözlərinə bəstələdiyi “Dünya” məktəbinin himni səsləndi.
Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsinin icra edən Əfqan Abdullayev, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti, Xəzər universitetinin müəllimi, professor Yeganə Axundova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, ailə adından Aygün İsayeva, “Dünya” məktəbinin direktoru Mərufə Mədətli çıxış edərək, yaradıcılıq gecəsi münasibətilə Nailəxanım İsayevanı təbrik etdilər, xoş arzularını bildirdilər. Mərufə Mədətli Nailəxanım İsayevaya məktəbin rəssamı Anar Şahvələdov tərəfindən çəkilmiş portretini hədiyyə verdi.
Xəzər Universiteti Təhsil fakültəsinin dekanı Elza Səmədova Xəzər Universitetinin kollektivi adından Nailəxanım İsayevaya ünvanlanmış təbrik məktubunu oxüdu və ona təqdim etdi. Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor, Prezident təqaüdçüsü Əjdər Ağayev Nailəxanım İsayevanın təhsil şurasının “Nailiyyət” diplomu ilə təltif olunduğunu bildirdi və diplomu ona təqdim etdi.
Çıxış və təbriklərdə Nailəxanım İsayeva Azərbaycanın maarifpərvər qadınlarının ənənələrini davam etdirən yenilikçi təhsil təşkilatçısı kimi səciyyələndirildi,bəstəkarlıq fəaliyyəti yüksək qiymətləndirildi. Qeyd olundu ki, o, professor Hamlet İsaxanlı ilə birlikdə Azərbaycanın nadir təhsil müəssisələri olan Xəzər Universiteti və “Dünya” məktəbinin qurulmasında və inkişafında misilziz xidmətlər göstərmiş, “Dünya” məktəbi onun rəhbərliyi ilə böyük nailiyyətlər qazanmışdır.
Yaradıcılıq gecəsi Nailəxanım İsayevanın tortu kəsməsi və atəşfəşanlıqla başa çatdı.
Xəzər Universitetinin təbriki
Əziz Nailə xanım!
Yaradıcılıq gecənizin keçirlməsi münasibətilə Sizi təbrik edirik! Siz “Xəzər ailəsi” üçün çox doğma və dəyərlisiniz! Siz daima öz alicənablığınız, sadəliyiniz, təmkinli və obyektiv münasibətinizlə bütün kollektivimizin həqiqi sevgisini və dərin hörmətini qazanmısınız.
Xəzər Universitetinin 26 illik keşməkeşlı tarix kitabının hər səhifəsində, hər sətrində Sizin çox böyük əməyiniz və inkaredilməz rolunuz var.
Bütün ölkəmiz üçün çətin 90-cı illərdə yaranmış Xəzər Universiteti yenicə ilk addımlarını atan körpə kimi daima sizin isti nəfəsiniz və qayğınız, mehriban ana şəfqətiniz, səbrli və mətanətli həyat yoldaşı əzminizlə ildən ilə böyümüş, uğur qazanmışdır. Nə qədər böyüsək də, kollektivimiz nə qədər genişlənsə də, nəsillər nəsilləri əvəz etsə də, Sizin təməlini qoyduğunuz mehriban, səmimi kollektiv, birlikdə uğurlara nail olan komanda ruhu “Xəzər ailəsi”ndə getdikcə möhkəmlənmiş və əvəzolunmaz dəyərlərə çevrilmişdir.
Siz, eyni zamanda, öz yaradıcılığınız və istedadınızla, zərif musiqi sədalarınızla daima ruhumuzu oxşamış, bizi şövqləndirmış, estetik zövqümüzü zənginləşdirmisiniz.
Siz ömrünüzün ən gözəl illərini İsaxanlılar ailəsinə, “Xəzər ailəsi”nə və ən kiçik və şirin övladınız olan “Dünya” məktəbinə həsr etmisiniz. Bu kiçik övladı dünyaya gətirib, ilk addımlarını Xəzər Universitetində atdırmısınız. O günün körpə çinarı bugün böyüyüb, gənç fidanları ilə Azərbaycanın hüdudlarından çox uzaqlara şaxələnib.
Siz çox dəyərli ziyalımız Hamlet İsaxanlı ilə birlikdə Azərbaycan cəmiyyəti üçün əvəzolunmaz və tarix səhifəsinə keçəcək xidmətin başlanğıcını qoymusunuz. Azərbaycan gəncliyinin şüurlu, fəal və demokratik vətəndaş olaraq yetişməsi üçün məktəbəqədər pillədən başlayaraq təhsilin ən yüksək səviyyəsinə qədər cəmiyyətin öyrənmə və öyrətmə ehtiyacına cavab verən təhsil ocaqları yaratmış və Azərbaycan təhsilini dünya təhsili ilə rəqabət edə biləcək səviyyəyə yüksəltmisiniz.
Əziz Nailə xanım!
“Xəzər ailəsi” olaraq Sizə sağlam, uzun ömür, yeni yaradıcılıq uğurları və bütün “övlad”larınızın daha da yüksələn uğur hekayələri ilə daima qürurlanmağınızı arzu edirik.
Xəzər Universitetinin kollektivi
27 may 2017-ci il
On May 27, 2017 the evening dedicated to composer activities of Nailakhanim Isayeva, the co-founder of ‘Dunya’ school, adviser to the Board of Directors and Trustees of Khazar University, was conducted in the concert-conference Hall of Dunya School.
The administration and staff of ‘Dunya’ school, the management and staff of Khazar University, headed by Professor Hamlet Isakhanli, the Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees,including the leadership of a number of higher education institutions, representatives of creative unions and the invited guests took part in the event.
After the opening of the evening, the documentary film entitled “Lily of the Valley” dedicated to the life and creative activity of Nailakhanim Isayeva and Hamlet Isakhanli was demonstrated.
The film aroused great interest and attention of the audience, in which along with fragments of family life, the moments of successful creative activity of the poet and composer were shown.
It should be noted that all the compositions of Nailakhanim Isayeva were written to the words of Hamlet Isakhanli. The film was produced by a creative group, which included Mir Rafig Abdulrahimov, Afag Gambarova, Murad Allahverdiyev, Lala Hasanova, Huseyn Gahramanli and Nigar Farmanova.
After the film, which was greeted with applause by the audience, a concert programme that contained the songs of Nailakhanim Isayeva was presented. Compositions were performed by Brilliant Dadasheva, National Artist of the Republic of Azerbaijan, Murad Hagverdiev, Winner of the School Festival “Culture” of Sumgait city, conducted by the initiative and participation of ‘Dunya’ school, Arzu Omarova, teacher of ‘Dunya’ school, Manana, Ilgar Muradov, Farid Aliyev, Honored Artists of the Republic of Azerbaijan and Mahsati Jabbarova , teacher of Khazar University accompanied by the Chamber Orchestra of the University, the head of the Department of Music and Fine Arts, the pianist Zulfiyya Sadigova and the teacher of ‘Dunya’ school, the pianist Nargiz Gozalova.
Moreover, a dance group, consisting of girls from Khazar University, presented a dance to the audience. The hymn of ‘Dunya’school, written by Nailakhanim Isayeva to the words of Hamlet Isakhanli, was performed by the schoolchildren of “Dunya”.
The acting rector of Azerbaijan State University of Languages, Afgan Abdullayev, vice-rector of Baku Musical Academy named after Uzeyir Hajibeyov, national artist, teacher of Khazar University, professor Yegana Akhundova, Deputy Head of executive power of Sumgait city, Teymur Samadov, on behalf of the whole family Aygun Isayeva, the director of Dunya school Marufa Madatli congratulated Nailakhanim Isayeva on a creative evening and expressed their best wishes. Marufa Madatli presented a portrait of Naila Isayeva, drawn by the painter Anar Shahvaladov. Dean of the School of Education of Khazar University, Elsa Samadova read a congratulatory letter on behalf of the university staff and handed it to her.
Chairman of the Education Council of the Republic of Azerbaijan, Doctor of Pedagogical Sciences, professor and owner of the presidential scholarship, Ajdar Agayev noted that Nailakhanim Isayeva was awarded with the “Achievement” award of National Education Board and presented the diploma to her.
In congratulations, Nailakhanm Isayeva was characterized as an innovative educational leader, continuing the traditions of enlightener women of Azerbaijan. It was pointed out that she, together with Hamlet Isakhanli rendered enormous services in the foundation and development of the unique educational institutions – Khazar University and Dunya School and ‘Dunya School’ achieved great success under Nailakhanim Isayeva’s leadership.
The evening ended by fireworks and cutting a cake by Nailakhanim Isayeva.
Congratulation of Khazar University
Dear Nailakhanim!
Congratulations on the evening dedicated to your creative work! You are a very dear and valuable person for the “Khazar family”! You have earned deep respect and sincere love of our team with your kindness, simplicity, prudent and objective attitude.
On each page, in every line of the 26-year-old complex history of Khazar University’s book, there is your enormous work and undeniable role.
Khazar University, founded in a difficult period for the whole of our country, in the 90s, as a child, making its first steps, grew up every year with your warm breath, mother’s love and care, patient and determination of a spouse, achieved a success. No matter how we grow up, no matter how our staff enlarges, no matter how the generation is replaced by the other one, the kind, friendly team, the foundation that you have laid down, the team spirit of the “Khazar family” has become an ever stronger and irreplaceable value.
At the same time, you please our soul and enrich our aesthetic taste with your creativity and talent, with your elegant music.
You devoted the best years of your life to the family of Isakhanli, the “Khazar family” and your youngest child – school “Dunya”. You have brought this little child to the world, and made his first steps at Khazar University. The small plane tree has grown and branched out by its young seedlings outside of Azerbaijan.
You, along with our dear Hamlet Isakhanli, provided invaluable services for the Azerbaijani society, which entered the beginning of history.
In order for the Azerbaijani youth to grow up as a conscious, active and democratic citizen, you have created educational institutions, starting from the pre-school stage and up to the highest level of education, meeting the needs of teaching and learning of the society and raised the level of education in Azerbaijan that can compete with the world education.
Dear Naila khanim!
On behalf of the “Khazar family” we wish you long years of life, new creative successes and stories of all your “children’s” growing success that you will be proud of.
The staff of Khazar University
May 27, 2017