“Xəzər”in musiqi kollektivləri “Tələbə baharı” festivalının yenə qalibləri sırasındadır Khazar University’s Music Group among the Winners of “Student Spring” Festival

2017/05/15

Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkil etdikləri “Tələbə baharı” yaradıcılıq festivalının qala-konserti keçirildi və qaliblər elan olundu. İyirmidən artıq ali təhsil müəssisəsindən səkkiz yüzdən çox tələbənin iştirak etdiyi seçmə turu aprelin 3-6-da keçirilmişdi.
Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, festivalın hər il yeni istedadlar üzə çıxarması etibarilə böyük əhəmiyyətindən danışdı, iştirakçılara və münsiflər heyətinə təşəkkürünü bildirdi.

Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin rəhbərliyi ilə universitetin musiqi kollektivləri artıq 10 – cü dəfə keçirilən festivalda daim iştirak etmiş və həmişə qaliblər sırasında olmuşdur. Builki festivalda da universitetin qızlardan ibarət rəqs qrupu (müəllim Səbinə İsmayılova) “Müasiir rəqslər” nominasiyasında birinci yerə, oğlanlardan ibarət rəqs qrupu (müəllim əməkdar artist Telman Əliyev) isə “Milli rəqslər” nominasiyasında ikinci yerə layiq görüldülər. Qaliblərə diplomlar təqdim olundu.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Direktorlar və Qəyyumlar Şurası sədrinin müşaviri, “Dünya” məktəbinin təsisçisi Nailə xanım İsayeva da iştirak edirdilər.

Tədbir ölkə mediasında işıqlandırılmışdır. On April 27, gala concert of “Student Spring” student arts festival was held and the winners were announced in Azerbaijan State Musical Theater organized by The Ministry of Youth and Sports in cooperation with the Azerbaijan Student Youth Organizations’ Union.

The qualifying round where more than 20 high educational institutions and more 800 students participated was held on the 3-6th of April. Azad Rehimov,the Minister of Sports and Youth delivered a speech emphasizing the importance of the event for discovering new talents each year and expressed his gratitude to jury and the participiants.

Under the leadership of the Department of Music and Fine Arts, Khazar University’s music groups always participated and were among the winners in the event held for the 10th time. In this year’s festival Univeristy’s girls’ dance group (instructor Sabina Ismayilova) won the first place in the nomination “Modern Dances”, boys’ dance group (instructor Honoured Artist Telman Aliyev) won the second place in the nomination “National Dances”. The winners were awarded diplomas.

Professor Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Advisor to the Chairman of the Board of Directors and Trustees, Nailakhanim Isayeva, co-founder of Khazar University’s affiliate Dunya School and Advisor to the Board of Directors and Trustees also participated in the event.

The event was covered by local media.