2017-ci il aprelin 24-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, universitet fəaliyyətə başlayandan burada çalışan Roza Arazovanın 70 illiyi münasibətilə yubiley tədbiri keçirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək,ötən illər ərzində Roza Arazovanın yüksək səviyyəli tarixçi kadrların hazırlanmasında, departamentin gənc müəllimlərinin əsl peşəkar kimi yetişməsində misilsiz xidmətlərindən, tələbələrə böyük diqqətlə yanaşı, həm də ciddi tələbkarlıqla yanaşmasından, səriştəli pedaqoq, səmimi, qayğıkeş bir insan kimi universitet kollektivinin dərin hərmətini qazanmasından danışdı, yubilyarı təbrik edərək, ona uzun ömür və fəaliyyətində uğurlar arzuladı.
Xəzər Universitetinin rektoru Hassan Niknafs, Akademik işlər üzrə prorektor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı, “Dünya” məktəbinin təsisçisi Nailəxanım İsayeva, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, baş müəllim Firəngiz Nəsirova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli də yubilyara öz təbriklərini və ürək sözlərini çatdırdılar..
Tədbirin sonunda Roza Arazova yubiley tədbirinin təşkilinə görə universitet rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.
On April 24, 2017, 70th jubilee event of Roza Arazova, Head of the Department of History and Archeology at Khazar University, was held. Roza Arazova has been working at Khazar University since the very start of the university.
Prof. Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, delivered a speech emphasizing Roza Arazova’s immense effort on training high-level historians for years, and on growth of young teachers of the department as professionals, her attitude toward the students with all her strictness and great care, her winning the hearts of her colleagues as an experienced pedagogue, sincere and attentive person. The Founder adressed his congratulations to Roza Arazova and wished her long life and success in her career.
Hassan Niknafs, Rector of Khazar University; Mahammad Nuriyev, Vice-rector of Academic Affairs; Isakhan Isakhanli, Vice-rector of Management and Student Affairs; Nailakhanim Isayeva, the Founderof “Dunya” school; Jabir Khalilov, the Dean of Humanities and Social Sciences Faculty; Firangiz Nasirova, Head teacher; Alovsat Amirbeyli, the Director of Public Relations and Media congratulated Roza Arazova and expressed their heartfelt words.
At the end, Roza Arazova expressed her gratitude to the management and participiants for organizing the event.