2017-ci il aprelin 11-də Sumqayıt Dövlət Dram teatrında Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Sumqayıt Şəhər Təhsil İdarəsinin və Xəzər Universiəsi Sumqayıt “Dünya” məktəbinin təşkilatçılığı ilə Sumqayıt Məktəblilərinin Mədəniyyət Festivalının Qala konserti keçirildi.
Qala konsertində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov salona toplaşanları salamlayaraq bildirdilər ki, Sumqayıt Məktəblilərinin Mədəniyyət Festivalı sumqayıtlıların həyatında mühüm hadisədir. Sonra isə onlar festivalın I yer qaliblərini təbrik etdilər və qaliblərə qiymətli hədiyyələr təqdim etdilər.
“Dünya” məktəbinin təsisçisi Nailəxanım İsayeva, Xəzər Universitetinin İctimai Əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıt Təhsil Şöbəsinin müdiri Nizami Namazov, “Dünya” məktəbinin müdiri Mərufə Mədətli və Sumqayıt “Dünya” məktəbinin müdiri Münəvvər Bayramova II və III yer tutan qaliblərə sertifikatlarını və hədiyyələrini təqdim etdilər.
Gecənin bədii hissəsində qaliblər maraqlı proqramla çıxış etdilər.
Şəhər Rəhbərliyi tərəfindən Məktəblilərin Festivalını hər il keçirtmək qərara alındı.
On April 11, 2017, Gala concert for the Cultural Festival of Sumgayit school children was held in Sumgayit State Drama Theater with the coordination of Executive Power of Sumgayit City, Sumgayit Regional Department of Culture, Sumgait City Department of Education and Khazar University’s affiliate Dunya School’s Sumgayit branch.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Teymur Samedov, Deputy Head of Sumgayit City Executive Power, welcomed the participants of the concert and emphasized that Cultural Festival of Sumgayit school children is an important event in the life of the people of Sumgayit. Then they congratulated the 1st place winners of the festival and awarded them with valuable prizes.
Nailakhanim Isayeva, founder of Dunya School; Alovsat Amirbeyli, Director for Public Relations and Media; Mehman Shukurov, Head of Sumgayit Regional Department of Culture; Nizami Namazov, Head of Sumgayit City Department of Education; Marufe Madatli, Dunya School Director, and Munavar Bayramli, Dunya School’s Sumgayit branch director awared the 2nd and 3r place winners with certificates and prizes.
At the end of the event the winners introduced interesting performances.
Executive Power of Sumgayit City decided to hold Culture Festival every year.