2017-ci il fevralın 9-da Nizami Rayon İcra Hakimiyyətində rayonun 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq toplantı iştirakçılarını salamladı və hesabat məruzəsi ilə çıxış etdi.
Məruzə ətrafında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, millət vəkilləri Flora Qasımova, Rufət Quliyev, Rasim Musabəyov, Sədaqət Vəliyeva və Prezident Administrasiyasının nümayəndəsi Tağı Tağıyev çıxış etdilər. Yığıncağın sonunda rayon ictimaiyyəti adından müraciət qəbul edildi. Yığıncaqda Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli də iştirak edirdi. On February 9, 2017, Prof. Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, attended an annual meeting held by the city council of Nizami District. Prof. Isaxanli made a speech in which he spoke about achievements and problems in education in Azerbaijan.