2017-ci il yanvarın 31-də Xəzər Universitetinin “Mərmər” zalında Bakı şəhəri üzrə məktəb direktorları ilə görüş-seminar keçirildi. Görüş Xəzər Universitetinin “Potensial Məktəb Direktorları” layihəsində məzun olmuş məktəb direktorları üçün nəzərdə tutulmuşdu.Tədbirin aparıcısı universitetin Təhsil fakültəsinin dekanı Elza Səmədova qonaqları salamladıqdan sonra “Uğur yolum” adlı video çarx nümayiş olundu.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, məktəb-universitet əməkdaşlığından danışdı və öz təcrübələrini, xatirələrini bölüşdü. Sonra söz Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya verildi. Daha sonra E.Səmədova Xəzər Universiteti haqqında ətraflı təqdimatla çıxış etdi.
Xəzər Universiteti kamera orkestrinin çıxışından sonra tədbir maraqlı müzakirələrlə davam etdi.
On January 31, 2017, a meeting-seminar for former participants of the “Potential School Dierctors” project was held at Khazar University. Dr. Elza Samadova, Dean of the School of Education, opened the ceremony, and a short film entitled “My way to success” was shown.
Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, made a speech and spoke about school-university cooperation, shared his experience and memories. Mahabbat Valiyeva, Head of the Education Bureau of the city of Baku, took the floor. Her speech was followed by Elza Samadova’s thorough presentation about Khazar University.
The event also included music with the participation of Khazar University’s Chamber Orchestra. The meeting-seminar ended with discussions about school-university cooperation.