Təsisçi Azərbaycan DMX-nin sədri general-mayor Firudin Nəbiyev ilə görüşdü Hamlet Isaxanli Meets with Major General Firudin Nabiyev, Head of State Migration Services
2016-cı il noyabrın 28-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumla Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan Dövlət Miqrasiya Xidmətinin sədri genral-mayor Firudin Nəbiyev ilə görüşdü. Görüşdə Xəzər Universiteti ilə Azərbaycan DMX arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycana dəvət edilən mütəxəssislərlə, o cümlədən alim və müəllimlərlə bağlı problemlər barədə fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı 2017-ci ilin martında Xəzər Universiteti və Azərbaycan DMX təşkilatçılığı ilə Xəzər Universitetində tematik konfrans keçirilməsi qərara alındı. On November 28, 2016, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, met with Major General Firudin Nabiyev, Head of the State Migration Services of the Azerbaijan Republic, at the Migration Services office. They discussed partnership opportunities between Khazar University and Azerbaijan State Migration Services. They also exchanged ideas about issues related to foreign specialists and scholars visiting Azerbaijan. As a result of their discussions, they made a decision that Khazar University and Azerbaijan State Migration Services will jointly organize a thematic conference in March 2017.