Xəzər Universitetində beynəlxalq elmi konfrans keçirildi Khazar University Hosts International Conference

2016/11/14

2016-cı il noyabrın 7-dən 9-dək Xəzər Universitetində Xəzər Universiteti ilə Fransanın Milli Elmi Tədqiqarlar Mərkəzinin (CNRS) nəzdində fəqliyyət göstərən “Labex Transfers” elmi qurumunun təşkilatçılığı ilə “Qafqazda görüşlər və qarşılıqlı təsirlər. Mədəniyyətlərarası əlaqələrin uzunmüddətli tarixi” adlı beynəlxalq elmi konfrans keçirildi.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şirasının sədri professor Hamlet İsaxanlı giriş sözü ilə konfransı açıq elan etdi. Konfransda Fransa, İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə və Azərbaycan alimləri Qafqazda tarix, arxeologiya, kulturologiya sahələrində baş verən mədəni transfer prosesləri ilə əlaqədar məruzələrlə çıxış etdilər.

Konfrans zamanı antik zamanlardan Sovet dövrünə qədər Qafqaz regionunda baş verən mədəni transformasiyalar və qarşılıqlı mədəni təsirlərin dinamikası məsələləri müzakirə edildi.

Konfrans iki hissəsədən ibarət idi: Birinci hissədə, noyabrın 7-si və 8-də konfrans iştirakçıları elmi məruzələr oxudular və mövzular ətrafında müzakirələr apardılar. İkinci hissədə – noyabrın 9-da konfrans iştirakçıları Azərbaycanın qədim məbədlərindən biri olan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda, Şəhidlər Xiyabanında və İşəri Şəhərdə oldular. Günün sonunda Xəzər Universitetinin şəhər mərkəzindəki kampusunda (Bəşir Səfəroğlu küç. 122) qonaqlar üçün təşkil olunan milli musiqidən və rəqslərdən ibarət konsert təşkil olundu.

Konfrans müxtəlif televiziya və xəbər agentləri tərəfindən işıqlandırıldı.

On November 7-9, 2016, Khazar University and Labex TransferS in affiliation to the French National Research Center (CNRS) jointly organized an international conference on “Encounters and Interweavings in the Caucasus: a long-term history of cross-cultural transfers” which was held at Khazar University.

Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, opened the conference. Then presentations were made by scholars from French, Switzerland, Russia, Georgia, Turkey and Azerbaijan about cultural transfer processes in the Caucasus in the fields of history, archeology, and cultural studies.

The conference focused on the cultural history of the Caucasus or more precisely on the mixed forms generated by cultural encounters from Antiquity to the end of the Soviet Period.

The conference included two parts. The first was plenary sessions on November 7 and 8. The second part was a cultural program on November 9 in which visitors were given a tour of Ateshgah Temple National History-Archeology Reserve, Martyrs’ Cemetery and the Old City. At the end of the day, a concert with musical and dance numbers was given in their honor at the Khazar University downtown campus (122 Bashir Safaroghlu St.).

The conference was reported by multiple TV channels and news agencies.