Xəzər Universitetinin 25 illiyinə həsr olunmuş yaradıcılıq sərgisi Art Exhibition in Honor of Khazar University’s 25th Anniversary

2016/06/16

İyunun 8-də Xəzər Universitetinin Mərmər zalında Musiqi və incəsənət departamentinin təşkilatçılığı ilə universitetin 25 illiyinə həsr olunmuş tələbələrin rəsm əsərlərindən ibarət sərgi təşkil edildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşlar və tələbələr, qonaqlar  iştirak edirdilər.

Tədbiri Universitetin müəllimi, rəssam Afaq Kərimova açaraq, sərgi haqqında iştirakçılara məlumat verdi. Sonra  sənətşünas, elmlər doktoru Kübra Əliyeva, əməkdar rəssam Asif Azərelli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, elmlər doktoru Esmira Fuad, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin direktoru, elmlər doktoru Telman İbrahimov, əməkdar rəssam Rəis Rəsulzadə, rəssam Rafael Əlizadə çıxış edərək, tələbələrin rəsm əsərləri haqqında  fikirlərini bildirdilər, universiteti 25 illiyi münasibətilə təbrik etdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxışında qeyd etdi ki, universitetdə tələbələrə peşə ixtisası verilməklə yanaşı, onların mədəni səbiyəsinin yüksəldilməsi, estetik zövqlərinin formalaşdırılması sahəsində də ciddi iş aparılır.

Tədbir iştirakçıları universitetin Kamera orkestrinin kiçik konsertini dinlədikdən sonra tələbələr bir-bir öz işlərini təqdim etdilər və onlara “Xəzər Universitetinin 25 illiyi münasibətilə tələbələrin uğurlu rəsm əsərlərinə görə” sertifikatı təqdim olundu. Sertifikatları rəssamlar Rəis Rəsulzadə, Asif Azərelli və Rafael Əlizadə təqdim etdilər.

On June 8, 2016, an art exhibition coordinated by the Department of Music and Fine Arts was held in Khazar University’s Marble Hall in honor of the university’s 25th anniversary. University administrators, staff members, students and guests participated in the event.

Afag Karimova, designer and university instructor, opened the event with information about the exhibition. Then Dr. Kubra Aliyeva, art scholar; Asif Azarelli, Meritorious Artist; Dr. Esmira Fuad of Nizami Literature Institute of ANAS; Dr. Telman Ibrahimov, Director of Azim Azimzada Baku Art School; Meritorious Artist Rais Rasulzada; and artist Rafael Alizadeh made speeches, shared their opinions of the student works, and congratulated the university on its 25th anniversary.

Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, noted that the university not only gives students professional education; it also strives to improve their cultural knowledge and formation of their sense of aesthetics.

After a brief concert by the Khazar University Chamber Orchestra, students presented their works one by one and were presented certificates “for Successful Art Works in Honor of Khazar University’s 25th Anniversary.”  Rais Rasulzada, Asif Azarelli, and Rafael Alizadeh handed out the certificates.