Beynəlxalq Əlaqələr Şöbəsi qəbul prosesinin gedişatı barədə məlumat verdi International Affairs Office Reports on Admission Progress

2016/05/16

2016-cı il mayın 6-da Beynəlxalq Əlaqələr Şöbəsi 2016-2017-ci tədris ili üçün elan olunmuş beynəlxalq tələbə qəbulu prosesinin gedişatı haqqında məlumat vermək üçün görüş təşkil etdi. 

Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Dr. Hassan Niknafs, Akademik işlər üzrə prorektor professor Məhəmməd Nuriyev, İqtisadiyyat və menecment fakültəsinin dekanı professor İnqilab Əhmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı professor Cabir Xəlilov, Təhsil fakültəsinin dekanı Dr. Elza Səmədova, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova və Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşları iştirak edirdilər.

Görüş Turan Cəfərovanın (Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru) keçən və cari ilin müqayisəli statistikasını təqdim etməsi ilə başladı. O, keçən illə müqayisədə cari qəbul ilinə əlavə edilən dəyişikliklər haqqında iştirakçıları məlumatlandırdı. Günay Fərzəliyeva (Beynəlxalq Əlaqələr Şöbəsi, direktor assistenti) daxil olan ərizələrin sayı, ölkələr üzrə paylaşımı, fakültələr, təhsil səviyyələri və s. haqqında ətraflı məlumat verdi. G.Fərzəliyeva, həmçinin, beynəlxalq tələbə qəbulu ilə bağlı keçirilən tədbirlər haqqında məruzə etdi və 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan plan çərçivəsində görülən işlərdən danışdı.

Görüş növbəti addımların müzakirəsi ilə bitdi.

On May 6, 2016, the International Affairs Office organized a meeting to report about the progress on international admission for the 2016-2017 academic year.

            Participants included Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Dr. Hasan Niknafs, President of the University; Professor Mahammad Nuriyev, Vice President for Academic Affairs; Dr. Ingilab Ahmadov, Dean of the School of Economics and Management; Associate Professor Jabir Khalilov, Dean of the School of Humanities and Social Sciences; Dr. Elza Semedli, Dean of the School of Education; Raziya Isayeva, Development Director; Lyudmila Sotova, Director of the Quality Assurance Center; andInternational Affairs Office staff.

Turan Jafarova (Director, International Affairs Office) started the meeting with a presentation of comparative statistics for the current and last years. She informed participants about the changes introduced into the current admission cycle as compared to the previous year. Gunay Farzaliyeva (Director’s Assistant) continued the presentation by giving thorough information about the number of received applications and their distribution by countries, schools, levels of study, etc. Gunay also reported on recruitment activities and provided information about the work carried out in the frame of the recruitment plan for the 2016-2017 academic year.

            The meeting ended with a discussion about future steps.