“Şekspir dünyada” adlı konfrans keçirildi “Shakespeare in the World” Conference
2016-cı il aprelin 22-də Xəzər Universiteti və British Council-in birgə təşkilatçılığı ilə universitetin “Mərmər” zalında Uilyam Şekspirin ölümünün 400 illiyinə həsr olunmuş “Şekspir dünyada” adlı konfrans keçirdi.
Konfransı giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, qonaqları salamladı və belə bir konfransa ev sahibliyi etməkdən məmnun olduqları bildirdi.
Sonra söz Böyük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İrfan Siddiqə verildi. Səfir i.Siddiq belə bir məsuliyyəti öz üzərinə götürdüyü üçün Xəzər Universitetinə təşəkkürünü bildirdi.
British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt da tədbirlə bağlı fikirlərini bölüşdü.
Daha sonra tədqiqatçılar –Lester Universitetindən (Birləşmiş Krallıq) professor Sarah Knight, İlia Dövlət Universitetindən (Gürcüstan) Natalia Tvalçrelidze, Azərbaycanın müxtəlif təhsil ocaqlarından Alla Bayramova, Sabir Mustafa, Qılıncxan Bayramov U.Şekspirlə bağlı apardıqları tədqiqatlardan təqdimatlar etdilər.
Akademik yönümlü təqdimatlara əlavə olaraq, konfransda “Dünya” məktəbinin şagirdlərinin, Xəzər Universitetinin tələbələrinin təqdimatları, film və qısa dram səhnələri nümayiş etdirildi. On April 22, 2016, a conference entitled “Shakespeare in the World” jointly organized by Khazar University and British Council was held at the university in honor of the 400th anniversary of William Shakespeare’s death.
Prof. Hamlet Isaxanli, Founder of the University and Chairman of the Board of Directors and Trustees, opened the event and welcomed the guests.
Then the floor was given to H.E. Irfan Siddiq, Extraordinary and Plenipotentiary Ambassador of Great Britain to Azerbaijan. He thanked Khazar University for hosting the event.
Ms Elizabeth White, Director of British Council in Azerbaijan, also shared her thoughts about the event.
Then researchers gave lectures about Shakespeare, including Professor Sarah Knight of Leicester University (UK), Natalia Tvalchrelidze of Ilia State University (Georgia), and Alla Bayramova, Sabir Mustafa, and Gilinjkhan Bayramov from Azerbaijani universities.
In addition to the academic lectures, the conference also included brief film and drama performances prepared by Dunya School pupils and Khazar University students.