Polşa səfiri Xəzər Universitetində oldu Polish Ambassador Meets with Founder

2016/03/18

2016-cı il martın 18-də Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Marek Tsalka Xəzər Universitetində oldu, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü.

Görüşdə Polşa universitetlərinin Xəzər Universiteti ilə əlaqələrinin daha da genişləndirilməsi, Polşa səfirliyinin müxtəlif tədbirlərində Xəzər Universitetinin iştirakı və köməyi, müxtəlif tədbirlərin (sərgilər, konfranslar, görüşlər) birgə keçirilməsi və elmi nəşrlər üzərində bərabər çalışmaları kimi məsələlər müzakirə olundu.

On March 18, H.E. Marek Calka, Ambassador Extraordinary and Plenipotentiary of the Republic of Poland to the Azerbaijan Republic, visited Khazar University and met with Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees.

During the meeting, they discussed the further development of partnerships between Polish universities and Khazar University; Khazar University’s participation in and assistance in organizing various events of the Polish Embassy; the possibility of holding various events together (including exhibitions, conferences, and meetings); and the idea of working together on academic publications.