Sorğu nəticələrinin təqdimatı keçirildi Public Opinion Survey Presentation

2016/01/22

2016-cı il yanvarın 19-da Xəzər Universitetində Avropa Komissiyasının Qafqazda sabitlik və qeyri-sabitlik amillərinin öyrənilməsi layihəsi çərçivəsində keçirilmiş “Vətəndaş içtirkaçılığı və QHT-lərə cəmiyyətimizdə münasibət” haqqında rəy sorğusunun təqdimatı keçirldi. Sorğu Xəzər Universitetinin Avrasiya və Orta Şərq Araşdırmaları Mərkəzi (AOŞAM) və Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz (STBM) şirkəti tərərfindən aparılmışdır. Təqdimat tədbirində Azərbaycan Prezidenti yanınıda  QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi, Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri, Mədən Hasilatı Sənayesində Beynəlxalq Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyasının rəhbərliyi, bir neçə başqa aparıcı QHT rəhbərləri və Xəzər Universitetinin tədqiqatçıları iştirak edirdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasını sədri professor Hamlet İsaxanlı təqdimat iştirakçılarını salamladı və universitetdə sosial tədqiqatların aparıması üçün yaradılmış şərait haqqında məlumat verdi. Təqdimatı STBM direktor müavini Tahir Fərhadov və təşkilatın elmi məsləhətçisi İradə Bağırova etdilər. Tədbirin sonunda iştirakçılar sorğu nəticələrini müzakirə etdilər. Əldə edilmiş məlumatların vətəndaş iştirakçılığı məsələlərinin  öyrənilməsində önəmli olması  vurğulandı. Qeyd edildi ki, fəal vətəndaş cəmiyyəti qurumları və hökumət arasında konstruktiv dialoq cəmiyyətdə sabitliyi artıran amillərdən biridir, onun uğurla aparılması üçün insanlar arasında etimadın artırılması və qanunvericilikdə bundan ötrü daha da münasib qaydaların yaradılmasına zərurətin olması bildirildi. Bu cür sorğuların müntəzəm aparılması tövsiyə edildi və bu sahədə universitet, QHT sektoru və Azərbaycan Prezidenti yanınıda  QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlığının vacibliyi qeyd olundu.

The Khazar University Center for Eurasia and Middle East Studies (CEMES) and International Center for Social Research (ICSR) jointly conducted a presentation of the outcomes of a public opinion survey on civil society perceptions in Azerbaijan on January 19, 2016 at Khazar University. The survey was a part of research program supported by the EU project “Intra-and Inter-Societal Sources of (In)Stability in the Caucasus and EU Opportunities to Respond” (ISSICEU).

Leadership of the State Council for NGO support under the President of the Republic of Azerbaijan, representatives of the Center for Strategic Research, Leadership of the NGO coalition on Extractive Industries Transparency Initiative, NGO activists and Khazar University academics attended the event. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, welcomed the guests and informed them about the significance of social studies in research and educational programs of the university.

The survey outcomes were presented by Tahir Faradov, ICSR Deputy Director, and Irada Bagirova, academic consultant of the Center. Then a lively discussion of survey data followed. It was noted that the survey data made a significant contribution to the study of civic participation in Azerbaijan. The dialogue between civil society institutions and the government was emphasized as important factor of social stability. Successful implementation of such dialogue requires the increase of trust among people and further improvement of legal regulations for civic participation. Implementation of regular public opinion surveys on the subject was recommended, and cooperation among the university, NGO sector and the State Council for NGO support was indicated as helpful contribution to such work.