Təsisiçi Gürcüstanın Təhsil və Elm Nazirliyində görüşdə Founder Visits Ministry of Education and Science of Georgia

2015/11/18

2015-ci il noyabrın 13-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Tbilisi şəhərində Gürcüstanın Təhsil və Elm Nazirliyində oldu vənazir müavini Giorgi Şarvaşidze ilə görüşdü. Görüşdə tərəflər Gürcüstan və Azərbaycan respublikalarında təhsilin vəziyyəti haqqında müzakirə və müqayisəli təhlillər apardılar. Gürcüstanda yaşayan azərbaycanlı əhalinin təhsil problemləri, məktəblərin vəziyyəti, keyfiyyətli mütəxəssislərin hazırlanması məsələlərinə toxunuldu. Təhsil problemlərinin həllində hər iki ölkənin təhsil nazirliyinin əməkdaşlığının vacibliyi qeyd edildi və bu işdə Xəzər Universitetinin rolu vurğulandı. On November 13, 2015, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, met with Giorgi Sharvashidze, Deputy Minister of Education and Science of Georgia, in Tbilisi. At the meeting, the parties discussed the status of education in Georgia and Azerbaijan and made a comparative analysis. They also talked about the education of the Azerbaijani population in Georgia, the state of schools, and the preparation of highly-trained personnel. They noted the importance of the participation of both countries’ ministers of education in order to fix educational problems as well as Khazar University’s role in this process.