Universitetin növbəti mükafatı: “Körpü” diplomu University Wins “Bridge” Award
2015-ci il mayın 6-da Alman-Azərbaycan Cəmiyyətinin fəaliyyətinin 25 illik yubileyi münasibəti ilə Kapelhaus Alman-Azərbaycan Mədəniyyət Birliyində tədbir keçirildi. Tədbirdə ictimaiyyət və mədəniyyət nümayəndələri, Almaniyada müxtəlif sahələrdə çalışan qonaqlar iştirak edirdilər. Tədbirdə çıxış edənlər iki ölkə arasında dostluq əlaqələrinin inkişafı və perspektivlərini vurğulayaraq, 25 il ərzində cəmiyyətin mədəni, elmi, tədris, idman və digər sahələrdə həyata keçirdiyi layihələr haqda məlumat verdilər.
25 il ərzində cəmiyyət tərəfindən mütəmadi təqdim olunan “Körpü” diplomu Alman-Azərbaycan dostluq əlqələrində fərqlənən şəxslərə və təşkilatlara təqdim olundu. Xəzər Universiteti də bu mükafata layiq görüldü. 2002-ci ildə Xəzər Universitetində nəşr olunan “Kitabi-Dədəm Qorqud aşiqi” kitabı (redaktor: professor Hamlet İsaxanlı; tərtibçilər: dr. H.Achmed Schmiede, professor Süleyman Əliyarlı, dosent Roza Arazova) xüsusi vurğulandı.
Tədbir bayram konserti ilə sona çatdı. On May 6, 2015, an event was held at the Kapelhaus German-Azerbaijan Cultural Union to celebrate the 25th anniversary of the German-Azerbaijan Society. Participants in the event included public representatives and cultural figures as well as guests working in various fields in Germany. Speeches were made emphasizing the development prospects of the two countries’ friendly relations as well as giving information about projects carried out over the past 25 years in the Society in the fields of culture, science, education, sports and other fields.
The “Bridge” award, which is regularly awarded by the Society to people and organizations who stand out in serving German-Azerbaijani relations, was awarded to Khazar University. The role of Khazar’s “The Ashug of Kitabi-Dedem Qorqud” book (edited by Professor Hamlet Isaxanli; compiled by Dr. H.Achmed Schmiede, Professor Suleyman Aliyarli, and Associate Professor Roza Arazova) was especially emphasized.
The event ended with a festive concert.