Xəzər Universiteti rəhbərliyinin MBA tələbələri ilə görüşü Administrators Meet with MBA Students

2015/03/11

Martın 7-də Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsində universitet rəhbərliyinin Biznesin idarə olunması (MBA) ixtisası üzrə təhsil alan tələbələrlə görüşü keçirildi. Görüşdə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, prorektorlar Məhəmməd Nuriyev və İsaxan İsaxanlı, İqtisadiyyat və menecment fakültəsinin və müvafiq departamentin rəhbərləri iştirak edirdilər.
MBA tələbələri tədris prosesində qarşılaşdığı problemlər, dərslərin keyfiyyəti və digər məsələlərlə bağlı çoxsaylı suallarla universitet rəhbərliyinə müraciət etdilər. Açıq və səmimi ruhda keçən görüşdə tələbələrin əsasən tənqidi suallarını cavablandıran professor Hamlet İsaxanlı görüşdən məmnun qaldığını, qaldırılan məsələlərlə bağlı müvafiq addımların atılacağını, MBA təhsilinin Xəzər Universitetində daha təkmil çərçivədə inkişaf etdirilməsinin prioritet vəzifə olduğunu bildirdi.
On March 7th, administrative members of Khazar University met with MBA students in the School of Economics and Management. Professor Hamlet Isaxanli, founder of the university and Chairman of the Board of Directors and Trustees; Vice Presidents Mahammad Nuriyev and Isakhan Isakhanli; and the administrators of the School of Economics and Management participated in the meeting.
MBA students participating in the meeting asked questions about problems, quality of classes and other current issues. The meeting’s atmosphere was sincere and open. Professor Hamlet Isaxanli answered students’ critical questions and said that he was pleased with the meeting and would take appropriate steps to deal with the issues that were brought up. He said that he considered it his duty and priority to continue developing the Khazar University MBA program.