“Elm və Sənət Məclisi”nin növbəti 63-cü məşğələsi keçirildi 63rd Meeting of Assembly of Science and Art
Fevralın 3-də Xəzər Universitetinin Mərkəz kampusunda “Elm və Sənət Məclisi”nin növbəti 63-cü məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, məruzəçi – bolqarıstanlı alim, professor Stoyan Dinkov haqqında geniş məlumat verdi.
S. Dinkov “Genetik miqrasiyaların coğrafiyası və tarixi” mövzusunda maraqlı məruzə ilə çıxış etdi. Sonra məclis iştirakçılarının müxtəlif suallarını cavablandırdı. Məruzə ilə bağlı müzakirələrdə Fərda Əsədov, Hamlet İsaxanlı, Orxan Zamanov, Seymur Rzayev, Roza Arazova (Xəzər Universiteti), Sevda Süleymanova, Şahin Mustafayev (AMEA-nın Şərqşünaslıq İnstitutu), Vaqif Əmirkişiyev (Azərbaycan Pedaqoji Universiteti), İsmixan Osmanlı (AMEA-nın Ədəbiyyat İnstitutu), İradə Bağırova ( AMEA-nın Tarix İnstitutu) , Elmira Muradəliyeva ( BDU) və digər alimlər çıxış etdilər. Sonda xatirə şəkilləri çəkildi. On February 3rd, the 63rd meeting of the Assembly of Science and Art was held at Khazar University’s downtown campus. Prof. Hamlet Isaxanli, Founder of Khazar and Chairman of its Board of Directors and Trustees, opened the assembly and introduced the guest lecturer, Professor Stoyan Dinkov from Bulgaria.
Prof. Dinkov spoke on the topic of “Geography and History of Genetic Migrations.” Then he answered participants’ questions. After the lecture, the following scholars actively participated in discussions: Farda Asadov, Hamlet Isaxanli, Orkhan Zamanov, Seymur Rzayev, Roza Arazova (Khazar University); Seyva Suleymanova, Shahin Mustafayev (Institute of Eastern Studies of ANAS); Vagif Amirkishiyev (Azerbaijan Pedagogical University); Ismikhan Osmanli (Institute of Literature of ANAS); Irada Baghirova (Institute of History of ANAS); Elmira Muradaliyeva (BSU); and others. At the end of the event, group photos were taken.