“Elm və Sənət Məclisi”nin 62-ci məşğələsi keçirildi 62nd Meeting of Assembly of Science and Art

2015/01/09

Dekabrın 17-də Xəzər Universitetinin Mərkəz kampusunda ənənəvi “Elm və Sənət Məclisi”nin 62-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, məclisə toplaşanları salamladı. O, bu günə kimi məclislə bağlı görülən işlər haqqında iştirakçılara məlumat verdi və məclisin bu günkü qonağını Gürcüstandan şəxsən dəvət etdiyini bildirdi. Sonra məruzə üçün sözü Gürcüstan Elmlər Akademiyasının prezidenti, akademik Giorgi Kvesitadzeyə verdi.
G. Kvesitadze “Cənubi Qafqazın ekoloji birliyi” mövzusunda məruzə etdi. Məruzə geniş müzakirələrə səbəb oldu. Müzakirələrdə Hamlet İsaxanlı, Fərda Əsədov, İngilab Əhmədov, İradə Xəlilova, Roza Arazova, Rövşən Abbasov, Seymur Rzayev (Xəzər Universiteti) , Pənah Muradov (AMEA-nın müxbir üzvü), Qəhrəman Yusifov (Turizm İnstitutu), Rza Mahmudov (Ekologiya Nazirliyi) və digər alimlər çıxış etdilər. Sonda xatirə şəkilləri çəkildi. Məclisin işində Gürcüstan Elmlər Akademiyasının məsul katibi İrakli Jordaniya iştirak edirdi.
Məclis Azərbaycan Televiziyası (AzTV) və İctimai Televiziya tərəfindən geniş işıqlandırılmışdır.