“Xəzər”də yubiley: “Axtarışlarda keçən ömür” Jubilee Celebration at Khazar: “A Life Spent on Searching”
Dekabrın 9-da Xəzər Universitetinin Konfrans zalında Tarix və arxeologiya departamentinin təşkilatçılığıilə tarix elmləri doktoru, professor, əməkdar müəllim, Bakı Dövlət Universiteti Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, “Azərbaycan arxeologiyası” jurnalının baş redaktoru Qüdrət İsmayılzadənin anadan olmasının 80 illiyi münasibətilə “Axtarışlarda keçən ömür” adlı yubiley tədbiri keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşlar və tələbələr, qonaqlar iştirak edirdilər. Tədbir Q. İsmayılzadənin həyat və fəaliyyətinə aid slayd-filmin nümayişi ilə başlandı.
Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, görkəmli alimin çoxşaxəli fəaliyyətindən danışdı, universitetin təbrik məktubu və hədiyyəsini ona təqdim etdi. Şair Teyyub Qurban, universitetin Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub, Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Firəngiz Nəsirova, AMEA Arxeolgiya və Etnoqrafiya İnstitutunun Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Tarix Dostiyev və İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin elmi işlər üzrə rəis müavini, tarix elmləri doktoru Vəfa Quliyeva da yubilyarı təbrik etdilər.
Sonda Q. İsmayılzadə tələbələrin suallarını cavablandırdı. On December 9, a jubilee celebration was held in the conference hall of Khazar University in honor of the 80th birthday of Qudret Ismayilzadeh, Doctor of Historical Sciences, professor, instructor, Head of the Department of Archaeology and Ethnography of Baku State University, and editor of the Azerbaijan Archaeology journal. The celebration was organized by the Department of History and Archaeology of Khazar University and was called “A Life Spent on Searching.” The university administration, staff, students and visitors participated in the event.
Professor Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, made a presentation about the varied activities of the scholar and presented him a congratulatory letter and a gift from the university. Other participants who made speeches included Poet Teyyub Gurban; Vurghun Eyyub, Head of the Department of Language and Literature of the University; Roza Arazova, Head of the Department of History and Archaeology; Firengiz Nasirova, instructor of Department of English Language and Literature, Tarikh Dostiyev, Doctor of Historical Sciences and Head of the Medieval Archeology Department of the Institute of Archaeology and Ethnography of ANAS; and Vefa Guliyeva, Deputy Chief of Scientific Studies of Old City State Historical-Architectural Reserve Office. At the end of the event, G. Ismayilzade answered students’ questions.