Xəzər Universiteti nümayəndələrinin Ankarada görüşləri Khazar Administration in Ankara
Xəzər Universitetinin nümayəndələri-təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı professor Hassan Niknafs və Texnopark direktoru Özdən Doyuran noyabrın 24-25-də Ankarada fəaliyyət göstərən “MİTEK” şirkətlər qrupunun prezidenti Cenk Polatın dəvəti ilə Ankarada bir sıra görüşlər keçirdilər. Onlar Hidropol mühəndislik (Hidropol Engineering), “Ançağsan Hidrolik Silindir” mühəndislik makina sənaye şirkəti, “ERER” şirkəti, “Billur” makina şirkəti, “Eptim” elektrik inşaat şirkəti, Türkiye Cümhuriyyetinin Enerji ve Təbii Ehtiyatlar Nazirliyinin Türkiye elektromekanik sanayi (“TEMSAN”) , “Geo Sondaj” makine imalat şirkəti və digər şirkətlərlə Xəzər Universiteti arasında mümkün ola biləcək işbirliyi ideyalarını müzakirə etdilər. On November 24-25, a delegation from Khazar University including Professor Hamlet Isaxanli, founder and Chairman of its Board of Directors and Trustees; Professor Hasan Niknafs, Dean of the School of Engineering and Applied Science; and Ozden Doyuran, Technopark Director, visited Ankara at the invitation of Cenk Polat, president of MITEK group of companies based in Ankara. During their trip, they held discussions about potential university-industry partnerships between Khazar University and companies such as Hidropol Engineering, Ancagsan Hydraulic Cylinder engineering equipment company, ERER, Billur equipment company, Eptim electrical construction company, TEMSAN (Turkish Electromechanics Industries of the Ministry of Energy and Natural Resources of Turkey), Geo Sondaj Drilling Machine Product company, and others.