Haifa Universitetinin əməkdaşları ilə görüş Meeting with Haifa University Staff

2014/11/18

Xəzər Universitetində qonaq olan İsrailin Haifa Universitetinin İran və Fars körfəzi Araşdırmaları Mərkəzinin direktoru Soli Şahvar (Soli Shahvar, Director of the Ezri Center for Iran and Persian Gulf Studies, University of Haifa) və həmin mərkəzin əməkdaşı Emil Abramov (Emil Abramoff) Xəzər Universitetinin əməkdaşları ilə görüş keçirmişlər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonaqları səmimi salamlamış, Xəzər Universiteti ilə Haifa Universiteti arasında əməkdaşlığın əhəmiyyətindən və bu əməkdaşlığın perspektivlərindən söz açmışdır. S. Şahvar Xəzər Universiteti ilə Haifa Universiteti arasında əməkdaşlıqda maraqlı olduqlarını vurğulamış, bu əməkdaşlığın müsbət nəticələr verə biləcəyinə ümid etdiklərini bildirmişdir. Görüşün sonunda əməkdaşlıq sənədlərinin hazırlanması və qəbul edilməsi üçün birgə iş aparılması qərara alınmışdır. On October 27, Khazar University hosted Soli Shahvar, Director of the Ezri Center for Iran and Persian Gulf Studies, University of Haifa, and Emil Abramoff, employee of the same center. Prof. Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, welcomed the guests and talked about the importance of cooperation between the University of Haifa and Khazar University as well as specific prospects for future cooperation. S. Sahvar emphasized the center’s interest in cooperation between Khazar University and the University of Haifa, and expressed the hope that this cooperation will be fruitful for both parties. At the end of the meeting, a decision was made to prepare and adopt an MOU between the universities.