“Təhsil fədaisi Əlövsət Osmanlı” kitabında Hamlet İsaxanlının məqaləsi Hamlet Isaxanli’s Artile in “Alovsat Osmanli: A Life Dedicated to Education”

2014/09/18

Qanun Nəşriyyatında “Təhsil fədaisi Əlövsət Osmanlı” adlı kitab çapdan çıxmışdır. Kitabda tanınmış təhsil eksperti və naşir, riyaziyyat üzrə fəlsəfə doktoru mərhum Əlövsət Osmanlı haqqında məqalə, xatirə və şeirlər toplanmışdır. Azərbaycan və Türkiyənin elm, təhsil, ədəbiyyat və mətbuat sahəsində fəaliyyət göstərən tanınmış ziyalılarının, eləcə də onun yaxınlarından bir qrupun bu yazılarında onun vətənpərvər bir ziyalı olaraq həyatı və yaradıcılığı, eləcə də xarakteri, həyat tərzi və ətrafındakı insanlarla qarşılıqlı münasibətləri barədə maraqlı məlumatlar tapmaq olar. Kitabda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının da “Amalından dönməyən fədai – Əlövsət Osmanlı” adlı məqaləsi verilmişdir.
Kitabın tərtibçisi Cəlalə Osmanlı, redaktoru Fikrət Süleymanoğludur. The book Alovsat Osmanli: A Life Dedicated to Education was published by Ganun Publishers. The book includes articles, memories and poems about the late Alovsat Osmanli, well-known educational expert, publisher and Doctor of Mathematics, written by recognized intellectuals from Azerbaijan and Turkey in the fields of education, sciences, literature and the media. They noted the patriotism in the life and academic activities of Alovsat Osmanli as well as his character, lifestyle and relationships with people around him. An article by the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, entitled “Sacrifice who did not flinch from his goal: Alovsat Osmanli” was also included in the book.
The book was compiled by Jalala Osmanli and edited by Fikret Suleymanoghlu.