İngiltərənin müdafiə məsələləri üzrə keçmiş dövlət katibi “Xəzər”də Former UK Secretary of State for Defence at Khazar
Sentyabrın 16-da Xəzər Universiteti Siyasi Elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə fəlsəfə doktoru Liam Foks “Qloballaşdırmanın çətinlikləri və riskləri: Avropa bundan nə dərs çıxara bilər?” mövzusunda mühazirə oxudu. L. Foks 2010-cu ilədək İngiltərə Parlamentinin İcmalar Palatasının üzvü olnuş, 2010-cu ildən 2011-ci ilədək isə müdafiə məsələləri üzrə dövlət katibi vəzifəsində işləmişdir.
Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, qonağı iştirakçılara təqdim etdi. Sonra Jean Monnet proqramının sədri, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə Avropaya inteqrasiyanın müxtəlif aspektlərinə dair müzakirələri davam etdirmək üçün təşkil etdiyi Avropa seminarlar silsiləsi haqqında məlumat verdi.
L. Foks transmilli terrorçuluq, dünyanın müxtəlif qaynar nöqtələri, dövlətlərin nüvə təhlükəsizliyi problemləri xüsusi diqqət mərkəzində olmaqla müasir dövrün təhlükəsizlik problemləri və qlobal əmtəələr üzərində rəqabət haqqında danışdı. O, müdafiə məsələləri üzrə dövlət katibi vəzifəsində işlədiyi dövrdəki xatirələrini seminarda iştirak edən departament tələbələrindən ibarət auditoriya ilə bölüşdü. L. Foks, həmçinin, Şotlandiya referendumu, Britaniya və Avropa İttifaqı, Avropanın Təhlükəsizlik və Müdafiə Siyasəti daxil olmaqla beynəlxalq münasıbətlərin müxtəlif aktual məsələləri barədə fikirlərini bölüşdü. Sual-cavab sessiyasından sonra tədbir iştirakçıları qeyri-rəsmi müzakirələr apardılar. On September 16, the Khazar University Department of Political Science and International Relations hosted Rt. Hon. Dr. Liam Fox, who spoke about the contemporary challenges and risks of globalization and what lessons Europe can learn from them. Dr. Fox has been a Member of the House of Commons – UK Parliament since 2010 and was Secretary of State for Defence from 2010 to 2011.
The event started with a welcoming speech by Professor Hamlet Isaxanli, the Founder and Chairman of the Board of Directors and Trustees of Khazar University, who presented the guest lecturer to the audience. Dr. Mukhtar Hajizada, Jean Monnet Chair and Head of the Department of Political Science and International Relations, informed the audience about the European Seminar Series the department has launched to facilitate discussion on various aspects of European integration.
Dr. Liam Fox started his presentation discussing transnational terrorism and security challenges of the modern era with a particular focus on various hotspots in the world, especially in states with nuclear security problems. He also talked about the competition over global commodities. He shared his memories as a Former Secretary of State for Defence with the audience, which was composed of students of the department as well as members of the community attending the seminar. He also shared his opinion on various topical and timely matters of international relations including the Scottish referendum, Britain and the European Union and the European Security and Defence Policy. After the question-and-answer session, the participants of the event had further informal discussion over refreshments.