“Xəzər” və Prinston Universitetlərinin birgə layihəsi ilə bağlı mətbuat konfransı keçirildi Press Conference about Joint Project of Khazar and Princeton University

2014/06/17

İyunun 10-da Xəzər Universitetində “Xəzər” və Prinston (ABŞ) Universitetlərinin birgə layihəsi olan “Azərbaycan və müasir dünya: enerji tərəfdaşlığında Orta Şərq müsəlman ölkəsi” adlı təlim proqramının həyata keçirilməsi ilə bağlı mətbuat konfransı keçirildi.
Mətbuat konfransını Xəzər Universitetinin Xarici əlaqələr üzrə prorektoru Fərda Əsədov giriş sözü ilə açaraq, mətbuat nümayəndələrinə layihənin Azərbaycanda keçirilməsinin səbəbləri barədə qısa məlumat verdi. Sonra Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı layihənin əhəmiyyəti və Xəzər Universitetinin beynəlxalq əlaqələri barədə, layihənin təşəbbüskarı və rəhbəri professor Michael A. Reynolds isə Princeton Qlobal Seminarlar seriyasının yaranma tarixi, Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə iştirakçılara məlumat verdilər. M. A. Reynolds Prinston Qlobal Seminarlar seriyası çərçivəsində regionda ilk dəfə olaraq Azərbaycanda təşkil ediləcək bu layihədə 15 Prinston və 3 Xəzər Universiteti tələbəsinin 40 gün ərzində (iyunun 9-dan iyulun 18-nə kimi) Azərbaycanın tarixi və mədəniyyəti, müasir Azərbaycanın siyasi quruluşu və beynəlxalq əlaqələri, Azərbaycan dövlətinin enerji siyasəti, Cənubi Qafqaz regionunun inkişaf layihələri və regionda təhlükəsizlik məsələləri barədə mühazirələr dinləyəcəklərini bildirdi. Seminarlar proqramına Azərbaycanın bölgələrinə səfərlər, Azərbaycanın tarixi abidələrinə və gözəl təbiət guşələrininə ekskursiyalar da daxildir.
Eyni zamanda, qeyd olundu ki, bu seminarlar Azərbaycan və Amerika gənclərinə bir-birilə ünsiyyət yaratmaq, dünya siyasəti və gündəlik həyat məsələləri haqqında onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparmaq imkanı yaradacaq. On June 10, a press conference was held at Khazar University in connection with the implementation of the training program “Islam, Empire, and Energy: Azerbaijan and the Modern World” which is a joint project of Khazar and Princeton University (USA). Farda Asadov, Vice President for International Relations at Khazar University, opened the press conference and gave brief information about the reasons for holding the project in Azerbaijan. Then Chairman of the Board of Directors of Khazar University, Professor Hamlet Isaxanli, gave information about the importance of the project and the international relations of Khazar University.Professor Michael A. Reynolds, head and initiator of the project, informed participants about the history of the Princeton Global Seminars series and the importance of holding it in Azerbaijan. M. A. Reynolds noted that for the duration of 40 days (from 9 June till 18 July), 15 students from Princeton University and 3 students from Khazar University involved in the project will hear lectures about the history and culture of Azerbaijan, the political structure of contemporary Azerbaijan and international relations, the state’s energy policy, development projects in the South Caucasus and security issues in the region. This project is being implemented in the region for the first time as part of the Princeton Global Seminars series. Visits to the regions of Azerbaijan as well as excursions to see historical monuments and beautiful natural areas are also included in the seminar.
At the same time, it was noted that the seminar will create an opportunity for Azerbaijani and American youth to communicate with each other and to exchange ideas about issues that interest them regarding world politics and daily life.