Xəzər Universiteti kamera ansamblının konserti Concert of Khazar University Chamber Ensemble
Aprelin 24-də Xəzər Universitetinin qonağı olan Hacəttəpə Universitetinin (Türkiyə) rəhbərliyi və Türk xalq musiqisi qrupunun üzvləri üçün universitetin kamera ansamblının konserti oldu. Konsertdə Xəzər Universitetinin rəhbərliyi, müəllim və əməkdaşları, tələbələr iştirak edirdilər. Konsertdən əvvəl universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet isaxanlı çıxış edərək, qonaqları salamladı, ansambl haqqında məlumat verərək, musiqiçiləri təqdim etdi.
Ansambl və solistlər – Xəzər Universitetinin müəllimi, M. F. Axundov adına Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva, Təhsil fakültəsinin 4-cü kurs tələbəsi Elçin Feyzullayev və İqtisadiyyat və menecment fakültəsinin 1-ci kurs tələbəsi Musa Abdullayevin ifasında Azərbaycan və dünya musiqisindən nümunələr səsləndi. Fortepianoda universitetin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova müşayiət edirdi.
İştirakçılar ansambl və solistlərin çıxışlarını alqışlarla qarşılasılar. On April 24, a concert of the university’s chamber ensemble was held for the leadership of Hacettepe University (Turkey) and members of the Turkish folk music group who are guests of Khazar University. The university administration, faculty, staff, and students participated in the concert.
Before the concert, Professor Hamlet Isaxanli, the university’s founder and Chairman of the Board of Directors and Trustees, greeted the guests, providing information about the ensemble, and introduced the musicians.
Songs from Azerbaijan and around the world were performed by the ensemble and its soloists – Meritorious Artist Fidan Hajiyeva, Instructor of Khazar University and Soloist of the Opera and Ballet Theater; Elchin Feyzullayev, 4th year student of the School of Education; and Musa Abdullayev, 1st year student of the School of Economics and Management. Zulfiyya Sadigova, Head of the Music and Fine Arts Department of the university, accompanied the ensemble on the piano.