Xəzər Universiteti “Dünya” məktəbinin 15 illiyinə həsr olunmuş mərasim Ceremony Dedicated to 15th Anniversary of Khazar University’s Dunya School

2014/04/10

Aprelin 5-də Xəzər Universitetinin Mərmər salonunda “Dünya” məktəbinin 15 illiyinə həsr olunmuş mərasim keçirildi. Mərasimi Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurası sədrinin müşaviri, məktəbə yarandığı gündən təxminən on ildən çox müddət ərzində rəhbərlik etmiş Nailəxanım İsayeva açaraq, məktəb kollektivini və məktəbin yaranıb bərqərar olmasında əməyi olan insanları təbrik etdi.
Məktəbin direktoru Mərufə Mədətli çıxış edərək, məktəbin ötən illərdəki fəaliyyəti və gələcəkdə görüləcək işlər haqqında geniş məlumat verdi. “Dünya” məktəbi haqqında film nümayiş etdirildi.
“Dünya” məktəbinin və Xəzər Universitetinin təsisçisi, universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı məktəb kollektivini təbrik edərək, gələcək fəaliyyətində onlara uğurlar arzuladı.
Mərasimdə “Dünya” məktəbinin rəhbərliyinə və müəllimlərinə, Xəzər Universitetinin “Dünya” məktəbinin yaranması və inkişafında əməyi olmuş əməkdaşlarına təşəkkürnamələr təqdim edildi. Mərasim konsert proqramı ilə müşayiət olundu və ziyafətlə başa çatdı.
A ceremony dedicated to the 15th anniversary of Dunya School was held in Khazar University’s Marble Hall. Nailakhanim Isayeva, advisor to the Chairman of the Board of Directors and Trustees of Khazar University, and who led the school over a period of about ten years after its establishment, congratulated the school staff and people who have contributed to the establishment of the school.
Marufa Madatova, acting director of the school, gave information about the school activities over the last few years and future work to be done. A film about Dunya School was shown. Professor Hamlet Isaxanli, the founder of Dunya School and Khazar University as well as the university’s chairman of the Board of Directors and Trustees, congratulated the school staff and wished them success in their future endeavors.
Diplomas were presented to Dunya School administrators, staff and teachers who contributed to the establishment and development of the school. The ceremony was followed by a concert and a reception.