[:az] Fevralın 18-də Xəzər Universitetinə səfərim zamanı məni səmimi qarşıladığınız üçün təşəkkür edirəm.
Mövzudan agah olan və mövzu ilə maraqlanan tələbələrinizə mühazirə demək mənim üçün çox xoş idi.
Mən nahar üçün də, həmçinin, təşəkkürümü bildirmək istəyirəm. Sizinlə tanışlıqdan məmnun olmaqla yanaşı, bu görüş bizə fransız tərəfdaşları ilə ikitərəfli müqavilələr, tələbə mübadiləsi və təqaüd, eləcə də Xəzər Universitetində fransız mətbəxi gününün təşkili kimi maraqlı və perspektivli əməkdaşlıq layihələrini müzakirə etmək üçün imkan verdi. Mən əminəm ki, hər iki komandamız nəzərdə tutulan layihələri həyata keçirmək üçün əlindən gələni edəcək.
Biz Xəzər Universitetini aprelin 4 və 5-də ADA-da keçirəcəyimiz Fransa-Azərbaycan universitetleri forumunun iştirakçıları arasında görməyə şad olarıq.
Hörmətlə,
Paskal Mönye,
Fransanın Azərbaycandakı səfiri[:]